Arxiv
29 Aprel 2019, 15:16 | MEDİA
Bu saytların işinə “Reket jurnalistika”sı Komissiyasında baxılacaq - SİYAHI

Bu gün Azərbaycan Mətbuat Şurasının Şikayətlər üzrə Komissiyasının növbəti iclası keçirilib. Toplantını açan komissiya sədri Müşfiq Ələgərli gündəlikdə duran məsələlər barədə məlumat verib. Gündəlik səsə qoyularaq qəbul edilib.

 

Modern.az xəbər verir ki, iclasda müzakirəyə çıxarılan ilk məsələ “Fireland Vineyards” MMC-nin  “Dia.az” saytına qarşı şikayəti olub. Bu xüsusda son zamanlar «Dia.az» saytından şikayətlərin intensivləşdiyi, sayının çoxluğu və şikayətçilərin ciddi arqumentlərlə çıxış etdikləri önə çəkilib. Buna görə də razılığa gəlinib ki, saytla əlaqədar xüsusi müzakirə keçirilsin və daha geniş araşdırmalar aparılsın.

 

İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqovun ABA TV-yə  qarşı şikayətinin müzakirəsində sayt rəhbərliyi iradları qəbul edib. Şikayət doğuran materiallar dövriyyədən çıxarıldığı üçün məsələ qapanmış sayılıb. ABA TV-yə  xəbərdarlıq edilərək bu sayaq məsələlərin təkrarlanmaması tövsiyə olunub.

 

Komissiya “Sipark  İnşaat ” MMC-nin  “7 news.az” saytına qarşı şikayətini də araşdırıb. “7 news.az” saytının rəhbəri Səbuhi Abbasov iclasda iştirak edib. Şikayətçi tərəf isə toplantıya qatılıb mövqeyini əsaslandırmadığı üçün iddia əsassız sayılıb və geri qaytarılıb.

 

Sumqayıt şəhər tam orta məktəbin direktor əvəzi Həqiqət Abdullayevanın “Azbaku.org”, “Bakunews.az”, “Doqruxeber.az” və “Conflikt.az” saytlarına qarşı şikayətinin müzakirəsi zamanı müəyyənləşdirilib ki, fəaliyyətləri narazılıq doğurmuş saytlar tutarlı arqumentlər gətirmədən məktəb direktoru barədə ittihamedici fikirlər səsləndiriblər, həmçinin peşə prinsiplərinə zidd olaraq onun şəxsi həyatı ilə bağlı da əsassız məsələləri gündəmə gətiriblər. Qeyd edilən saytların nümayəndələri iclasda iştirak edib mövqelərini bildirmədikləri üçün məsələnin «Reket jurnalistika»ya qarşı mübarizə Komissiyasında baxılması razılığına gəlinib.

 

Kənd Təsərrüfati Nazirliyinin «Azəraqrar» Dövlət İstehsalat və Emal Birliyi MMC-nin direktoru Anar Hüseynovun «Realmedia», «Teref.info», «Bakunews.az» xəbər saytlarına qarşı şikayətini araşdıran komissiya üzvləri müəyyənləşdiriblər ki, sözügedən saytlarda yayımlanmış materiallarda A.Hüseynovun fəaliyyətinə düşünülmüş şəkildə xələl gətirmək, nüfuzunu zədələmək üçün qondarma fikirlər yer alıb. Tənqid obyekti heç bir əsaslandırma olmadan müxalif düşərgədə dayanan ayrı-ayrı şəxslərlə və terrorçu Feto hərəkatı ilə əlaqələndirilib. Komissiya sözügelən materilları geniş miqyasda araşdırmaq üçün məsələni “Reket jurnalistika”ya qarşı mübarizə Komissiyasına yönləndirib.

 

 

 

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Xəzərdə 19 yaşlı gənc boğuldu 19 İyul 2019, 00:54 Türkiyədə gəmidə güclü yanğın 19 İyul 2019, 00:41 Azərbaycanlı paralimpiyaçılar "Tokio 2020"yə ilk lisenziyanı qazandı 19 İyul 2019, 00:27 “F-35 proqramından çıxarılmamız NATO-ya mənfi təsir göstərəcək” - Hulusi Akar 19 İyul 2019, 00:12 ABŞ Fars körfəzində İranın pilotsuz aparatı vurdu 18 İyul 2019, 23:52 Biləcəridə kiçik gizir bıçaqlandı 18 İyul 2019, 23:36 Keşikçidağdakı insidentlə bağlı araşdırma başlayıb 18 İyul 2019, 23:26 Gülnarə Kərimova həbsxanadan çıxarıldı 18 İyul 2019, 23:09 “Neftçi” Avropa Liqasının II təsnifat mərhələsinə yüksəlib 18 İyul 2019, 22:53 Günəş fəallığı çox aşağı səviyyədə qalacaq 18 İyul 2019, 22:31 Sumqayıtda polis leytenantı iş otağında özünü güllələdi 18 İyul 2019, 22:07 "Səbail" Avroliqada mübarizəni dayandırdı 18 İyul 2019, 21:54 İran Xəzərə hərbi gəmilər buraxacaq 18 İyul 2019, 21:33 Bakıda tanınmış İtaliyalı alimlə görüş - FOTO 18 İyul 2019, 20:58 Şairə Kəmalə Ağayeva vəfat edib 18 İyul 2019, 20:45  “Kim nə istəyir yazsın, vecimizə də deyil” - Anar Bağırov 18 İyul 2019, 20:03 “Neftçi” - “Speranta” matçının "11-liyi" dəqiqləşib 18 İyul 2019, 19:50 Sumqayıtda 4 nəfərin ölümünə səbəb olan sürücünün məhkəməsi başlayır 18 İyul 2019, 19:39 Biləcəridə yük qatarının vaqonu yanır 18 İyul 2019, 19:25 XİN: “Baş vermiş hadisə xalqların sülhə hazırlanması ilə bağlı çağırışa ziddir 18 İyul 2019, 19:02 Bakıda yol qəzalarında ölənlərin sayı AÇIQLANDI 18 İyul 2019, 18:54 Bu qurum “Azəriqaz”-a 26 milyon manat borcludur 18 İyul 2019, 18:31 İspaniyadan gətirilən badam tingləri məhv edilib 18 İyul 2019, 18:17 Bakıda 6 ayda 36 adamöldürmə cinayətinin üstü açılıb - Prokurorluq 18 İyul 2019, 18:11 Koçaryana qarşı cinayət işi dayandırlıdı 18 İyul 2019, 18:06 Məktəbəqədər təhsil qruplarının sayı artırılacaq 18 İyul 2019, 17:35 Manat və dolların sabahkı məzənnəsi 18 İyul 2019, 17:32 Jurnalistlərə JEST: 3 gün pulsuz müayinə olacaq 18 İyul 2019, 17:15 Bərdədə antisanitar şəraitdə fəaliyyət göstərən daha bir pendir sexi - FOTOLAR 18 İyul 2019, 17:12 Sabitliyə hücum polisə hücumdan başlayır… – Azərbaycandakı sabitlik hədəfə çevrilir - TƏHLİL 18 İyul 2019, 17:11 Sürücülərin NƏZƏRİNƏ: Bu yolda tıxac yarandı 18 İyul 2019, 17:02 Xəzərdə zəlzələ oldu 18 İyul 2019, 16:57 Bakıda havanın ən çox çirkləndiyi ərazi - MONİTORİNQ 18 İyul 2019, 16:50 Deputat cəhbədəki gərginliyə görə Elmar Məmmədyarovu İTTİHAM ETDİ 18 İyul 2019, 16:48 “Rustavi 2”-nin baş direktoru istefaya göndərildi 18 İyul 2019, 16:37