Arxiv
30 Aprel 2019, 11:58 | PARLAMENT
Deputatlar dinin məktəblərdə ayrıca tədris olunmasını TƏHLÜKƏ SAYDILAR

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlının növbəti tədris ilindən orta və ali məktəblərdə din dərslərinin keçiriləcəyi barədə açıqlaması dünəndən müzakirə mövzusuna çevrilib. İctimiayyət təhsil ocaqlarında dini dərslərin keçirilməsinə qarşı birmənalı münasibət sərgiləmir.

Maraqlıdır, din dərsləri tədris olunmalıdırmı? Əsasən hansı formada tədrisin aparılması məqsədəuyğundur?


Modrn.az saytı mövzunun aktuallığını nəzərə alaraq Milli Məclisin deputatlarının fikirlərini öyrənməyə çalışıb.

Fazil Mustafa düşünür ki,  multikulturalizm adı ilə dinin tədris edilməsi normaldır:

“Dinlərarası münasibətlərə aqressiv formada yanaşmamaq, yaxud da,  daha humanizm yanaşma üçün dində olan müsbət təzahürlərin uşaqlara öyrədilməsinin heç bir zərəri yoxdur. Sadəcə, bunun ayrıca din dərsi kimi uşaqlara keçirilməsi məqsədəuyğun deyil. Multikultural formada keçirilməsi daha məqsədəuyğundur. Bu yolla başqa dinlərə münasibətdə insanların daha tolerant yanaşmasını təmin etmək olar. Təbii ki, İslam dininin də zəruriliyi göstərilməlidir. Qətiyyən İslam tarixi ilə bağlı müqayisəli məqamlara  yol vermək olmaz. Hansısa müzakirələrin aparılmasına imkan yaratmaq doğru deyil. Tarixdə o qədər ziddiyyətlər var ki!. Çalışmalıyıq ki, bunu Azərbaycan əhalisinin müəyyən formatına uyğunlaşdıraq. Hansısa ölkələrin ideologiyasının təbliği məsələsi gündəmdə olmamalıdır. Dini tədrisin ayrıca multikultural ad altında keçirilməsi normaldır”.

Kamilə Əliyeva dini dərslərin ayrıca fənn kimi tədris edilməsinin əleyhinə olduğunu deyib:

“Mübariz müəllimin dediyi kimi, bu, ayrıca  fənn olmayacaq. Bildiyiniz kimi, orta məktəblərdə “Həyat bilgisi” fənni tədris olunur. Həmin fənnin içərisində dünya dinləri barədə məlumat verilirdi. Sadəcə, bir o qədər də geniş deyildi. Güman ki, Təhsil Nazirliyi  proqramda dəyişiklik etməklə uşaqların bir az da geniş bilgi almasına yardımçı olacaq. Əgər uşaq məktəb yaşından  müəyyən bilgilərə sahibdirsə, bu müsbətdir. Güman etmirəm ki, İslam dini,  yaxud da, dinşünaslıq fənni ayrıca fənn kimi tədris olunsun. Ayrıca fənn kimi tədris edilməsinin mən də əleyhinəyəm. Axı, orta məktəblərdə dindar yetişdirmirik. Ümumi “Həyat bilgisi” olduğuna görə, bu mövzular haqqında daha geniş məlumatlar veriləcək. Dinlərin tədris olunması uşaqları gözüaçıq edəcək ki, onlar pis vərdişlərə uymasınlar, təsir altına düşməsinlər. Bu  mənada təklifi alqışlayıram. Dərsliklər sadə və anlaşıqlı dildə yazılmalıdır. Həmçinin,  uşaqların yaş psixologiyasına uyğunluğu da nəzərə alınmalıdır”.

Asim Mollazadə  din dərslərinin tədris olunmasında ciddi problem görmədiyini bildirib:

“Ümumi formada bütün dinlərlə bağlı bilik verilə bilər. Bütün dövrlərdə buna bənzər dini tədris olub. Ona görə də Mübariz Qurbanlının dediklərində qəbahətli nəsə görmürəm”.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Türkiyə daha 2 şəhid verdi 20 İyul 2019, 00:31 Yasamalda mənzildə iki  meyit aşkarlandı 20 İyul 2019, 00:14 İki nazirlik şadlıq evindəki zəhərlənmə ilə bağlı məlumat yaydı 19 İyul 2019, 23:59 Tovuzda toya gələn gənc yol qəzasının qurbanı oldu 19 İyul 2019, 23:43 Nazir Çinin yeni səfirini qəbul etdi 19 İyul 2019, 23:25 Dənizdə boğulan gənc xəstəxanada ayıldı - VİDEO 19 İyul 2019, 23:05 İran Hörmuz boğazında Britaniya tankerini saxladı 19 İyul 2019, 22:47 “İşğal altında olan Dağlıq Qarabağ dünyanın heç bir suveren dövləti tərəfindən tanınmır” - XİN 19 İyul 2019, 22:33 Əsgərin yola salınma mərasimində kütləvi zəhərlənmə 19 İyul 2019, 22:16 FETÖ-ya bağlı baş nazir istefa verdi 19 İyul 2019, 22:03 Şirvanda toyda 14 nəfər tüstüdən zəhərləndi 19 İyul 2019, 21:46 Sel Türkiyədə 7 can aldı 19 İyul 2019, 21:28 Rövşən Lənkəranskinin qətli  “göyərti kralı” ilə bağlı olub - Şok ifadə 19 İyul 2019, 21:16 Amerikada mətbuat tarixi və ya Xəbərlər heç vaxt yatmır... 19 İyul 2019, 21:09 ABŞ Venesuelaya yeni sanksiya tətbiq edir 19 İyul 2019, 20:56 Avstriyada təyyarə qəzası: Ölənlər var 19 İyul 2019, 20:43 Bu məhkəmələr ləğv edildi - SİYAHI 19 İyul 2019, 20:17 Davudoğlundan sərt təpki: “Hər qapını bağlasalar da, susmayacağıq” 19 İyul 2019, 20:03 Ərdoğan İlham Əliyevə zəng etdi 19 İyul 2019, 20:00 Polis jurnalistlərlə birgə gücləndirilmiş əməliyyat tədbirlərinə başladı - FOTO 19 İyul 2019, 19:52 Bakıda daha bir beynəlxalq turnir keçiriləcək - “Baku Open” 19 İyul 2019, 19:43 Prezident 11 səfiri geri çağırdı 19 İyul 2019, 19:34 “Qarabağ” UEFA reytinqində irəlilədi   19 İyul 2019, 19:25 Neft Fondunun gəlir və xərcləri təsdiqləndi -SƏRƏNCAM 19 İyul 2019, 19:15 Dövlət Komitəsinin bir sıra səlahiyyətləri ləğv edildi - FƏRMAN 19 İyul 2019, 19:06 Əcnəbilərə Azərbaycanda təhsil almaq üçün yeni imkan - FƏRMAN 19 İyul 2019, 18:58 Azercell ödənişsiz göz müayinələri təşkil etdi   19 İyul 2019, 18:49 Prezident məhkəmə sədrini vəzifəsindən azad etdi - SƏRƏNCAM 19 İyul 2019, 18:42 Qəbul imtahanının yeganə rekordçusu Səbinə: “Müəllimlərim məni təmənnasız hazırlayıblar”   19 İyul 2019, 18:35 Azərbaycanda hakimlərlə bağlı yeni SƏRƏNCAM 19 İyul 2019, 18:27 Bu nazirliyiə övladlığagötürmə ilə bağlı yeni səlahiyyətlər VERİLDİ 19 İyul 2019, 18:19 Mətbuat Şurası Elçin Əlibəylinin saytına xəbərdarlıq etdi 19 İyul 2019, 18:10 Dövlət Komitəsi aparatının işçilərinin sayı artırıldı 19 İyul 2019, 18:02 SƏLİS-ə daxil olan proqramlardan istifadə qaydalarına dair təlimlər başladı 19 İyul 2019, 17:55 230-dan çox insan Azercell-in ödənişsiz göz müayinələrindən yararlanıb   19 İyul 2019, 17:47