Modern.az

Bakıda daha küçələri yumayacaqlar - Şəhər Meriyası SƏBƏBLƏRİ açıqladı

Bakıda daha küçələri yumayacaqlar - Şəhər Meriyası SƏBƏBLƏRİ açıqladı

2 May 2019, 11:40

Bir vaxtlar Bakının mərkəzi küçə və prospektləri su maşınları vasitəsilə yuyulurdu. Amma indi yolların təmizlik işlərini yalnız süpürgəçi qadınlar icra edir. Xüsusilə yaz-yay aylarında nəqliyyat vasitələrinin sıx olduğu küçə və prospektlərdə tozanaq göyə qalxır.

Bəs vaxtilə xüsusən yaz-yaz aylarında həyata keçirilən bu təmizlik üsulu yenidən bərpa oluna bilərmi?

Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) Mənzil-Kommunal Təsərrüfatı Departamentindən (MKTD) Modern.az-ın sorğusuna cavab olaraq bildirilib ki, küçələrin xüsusi maşınlar vasitəsilə yuyulması vətəndaş şikayətlərindən sonra dayandırılıb:

“Şikayətlər əsasən küçələrin yuyulması zamanı hərəkətdə olan nəqliyyat vasitələrinin çirklənməsilə bağlı idi. Vətəndaşlar küçələrin su vasitəsilə yuyulması zamanı yolların palçıq olmağından narazılıq edirdilər. Çoxsaylı şikayətlətlərdən sonra bu üsuldan imtina etdik”.

 

Rəsmi məlumatda qeyd olunub ki, hazırda səhər saat 06:00-da magistral yolların xüsusi tozsoran maşınlar vasitəsilə təmzilənməsinə üstünlük verilir:

“Küçələrin kütləvi surətdə yuyulması nəzərdə tutulmayıb. Hansısa yolda təmir-tikinti işi həyata keçirildikdən sonra xadimələr ərazinin təmizlənməsini həyata keçirir”.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Əliyev Putinlə görüşə gedir