Modern.az

Azyaşlı qızını zorlayan “kişi” həbs olunub

Azyaşlı qızını zorlayan “kişi” həbs olunub

12 May 2019, 14:13

Bəzən uşaqlarla bağlı baş verən hadisələrə görə haqlı-haqsız məktəbi, müəllimi günahlandırmaq, hətta evdə baş verən faciəvi hadisələrin məsuliyyətini müəllimin üzərinə yuvarlamaq cəhdləri insanlarda haqlı qınaq yaradır.

 

Axı ailə məsuliyyəti, valideynlik missiyası da unudulmamalı, övladlarımıza ilk növbədə evdə sahib çıxmağı bacarmalıyıq.


Hamımız bunu edə bilirikmi?! Təəssüf ki, “hə” deyə bilməyəcəyik! Bu kimi əksər hallarda yenə sahib çıxanın məktəb, yaxşı müəllim, həssas məktəb rəhbəri olduğunu görürük.

Əldə etdiyimiz məlumata görə, bir neçə il öncə azyaşlı qızını zorlayan “kişi”nin çirkin əməlinin üstü açılıb.


Belə ki, məktəblərdən birinə bu dərs ilindən gələn 7-ci sinif şagirdinin davranışındakı aqressivlik müəllim və məktəb rəhbərliyinin diqqətini çəkir. Məktəbin psixoloqu şagirdi nəzarətə götürür, uzun müşahidələr və söhbətlərdən sonra uşaq psixoloqa atası tərəfindən seksual zorakılığa məruz qaldığını açıqlayır.


Daha sonra məktəb rəhbərliyi şagirdlə söhbət edir. Uşaq yalan danışmadığına əmin etmək üçün dediklərinin az bir qismini yazılı şəkildə təqdim edir. Məktəb rəhbərliyi də yazılı məlumatı rəsmi məktubla birlikdə müvafiq Rayon İcra Hakimiyyətinin Yetkinlik Yaşına Çatmayanların İşləri və Hüquqlarının Müdafiəsi üzrə Komissiyaya və təhsili idarəetmə qurumuna təqdim edir. Təhsili idarəetmə qurumu və RİH-in müvafiq Komissiyası öz səlahiyyətləri çərçivəsində araşdırma apardıqdan sonra məlumat polisə ötürülür.

 

Bundan sonra qızını zorlayan “kişi” polis tərəfindən saxlanılır. Polisdə onun qızına qarşı seksual xarakterli zorakılıq hərəkətləri etməsinin üstü tam açılır. Faktla əlaqədar onun barəsində 14 yaşına çatmayan şəxsə qarşı seksual xarakterli zorakılıq əməllərinin törədilməsi maddəsi ilə iş açılıb.

 

İnsan adına yaraşmayan bu məxluqun iyrənc cinayət əməli ilə bağlı araşdırmalar davam etdirilir.
Bu “ata”nın naqisliyi, insanlığa sığmayan əməli bir daha göstərir ki, ailə mühiti və valideyn məsuliyyəti cəmiyyətin təməlidir. Təməlimizə diqqət edək, valideyn məsuliyyətini unutmayaq! Əgər belələrində valideynlik hissi və məsuliyyəti varsa....

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır