Arxiv
13 May 2019, 13:30 | İQTİSADİYYAT
Azərbaycanda mənzillərin qiymətləri optimallaşdırılacaq

Havalar isindikcə daşınmaz əmlak bazarında da müəyyən canlanma müşahidə edilir. Yay mövsümündə adətən dənizkənarı ərazilərdə bağ evləri kirayə götürənlərin sayı artır, bunun üçün ölkə xaricindən də gələnlər də olur. Bəs görəsən hazırda daşınmaz əmlak bazarında vəziyyət necədir?

 

Məsələ ilə bağlı Modern.az-a danışan iqtisadçı Rəşad Həsənov deyib ki, daşınmaz əmlak bazarında qiymətlərdə ciddi bir dəyişiklik yoxdur.

 

“Xüsusilə yeni tikililərə çıxarışların verilməsi ilə əlaqədar görüləcək işlər artıq yeni tikililərdə mənzillərin qiymətinə təsir göstərməkdədir. Artıq növbəti aylardan etibarən Azərbaycanda daşınmaz əmlak bazarında sənədli yeni tikililərin təklifi artacaq. Bu isə öz növbəsində qiymətlər üzərində təzyiq formalaşdırır. Bu baxımdan da qiymətlərdə optimallaşdırma gedir. Digər istiqamət isə kirayə mənzil bazarı ilə bağlı olacaq”.

 

Rəşad Həsənov bildirib ki, kirayə mənzil bazarında da müəyyən dəyişikliklərin olması gözlənilir.

 

“Bakıda və ətraf rayonlarda müəyyən qədər kirayə qiymətlərində ucuzlaşma hiss olunacaq. Bununla yanaşı müəyyən istirahət zonanlarında, xüsusilə dənizkənarı yerlərdə - Mərdəkan, Şüvəlan, Novxanı, Pirşağı, Fatmayı və başqa yerlərdə bağların kirayə qiymətlərində artım müşahidə olunacaq. Demək olar ki, bu prosesə hazırlıq davam edir, indidən tələb formalaşmaqdadır. Ailələr öz qərarlarını qəbul edirlər və istirahət üçün bağ axtarışına çıxırlar. Tələbin formalaşması da qiymətlərə öz təsirini göstərməkdədir”.

 

İqtisadçının sözlərinə görə, bazarda aktivlik o qədər də yüksək deyil.

 

“Son iki-üç ayda çox ciddi passivlik hiss olunur.  Bunu daşınmaz əmlak dəlları da təsdiqləyir, biz onlarla danışıqlar aparmışıq. Bu da sənədli yeni mənzillərin qiymətinin ucuzlaşması ilə bağlı proqnozlaşdırmadan ortaya çıxır. Digər tərəfdən isə əhalinin alcılıq imkanları çox aşağı düşüb. Bununla yanaşı bazarda yeni aktyorlar var. Aktyorlardan biri də Mənzil İnşaatı Dövlət Agentliyidir.  Agentlikdən də bazara kütləvi şəkildə mənzillərin təklif edilməsi ehtimal olunur. Strategiyada ildə 3000 mənzilin təklifi müəyyənləşdirilib. Hələlik bu baş tutmasa da, növbəti aylarda aktivliyin nisbətən artması gözlənilir. Çünki iki yaşayış binası üzrə işlər tamamlanmaqdadır. Digər istiqamətlərdə də yeni layihələr başlanılıb. Digər bir məsələ isə İpoteka Fondu tərəfindən həyata keçiriləcək yeni layihə , yəni kirayə şərtləri ilə verilən mənzillərin sonda satılmasıdır. Bu da insanlarda gözləmə mövqeyinin artmasına gətirib çıxarır. Bu da passivliyi şərtləndirən əsas məsələlərdən biridir”.

 

Ekspert deyib ki, bazarda passivliyin qalıcı olmasına başqa səbəblər də təsir edir.

 

“Bir çox yerlərdə pilot layihə çərçivəsində köhnə binalar, evlər sökülüb yerində yeni bina inşa olunur. Əvvəllər sökülən mənzilin, obyektin yerinə pul verilirdisə indi indi mənzil verilir. Bu da bazarda aktivliyə təsir edən məqamlardandır”.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Samirə Əfəndi “Avroviziya”nın finalında - VİDEO 19 May 2021, 00:57 Abşeronda maşın aşdı - ölən və yaralananlar var - FOTO 19 May 2021, 00:49 BMT Təhlükəsizlik Şurası razılığa gələ bilmədi 19 May 2021, 00:38 Tacikistanda üç uşaq diri-diri torpağın altında qaldı - FOTO 19 May 2021, 00:22 Almaniyada piyada körpüsü çökdü - ölən və xəsarət alan var 19 May 2021, 00:09 “Yayılan görüntülər montajdır və mənə qarşı atılan böhtandır” – Mahir Abbaszadədən AÇIQLAMA 19 May 2021, 00:04 “Beşiktaş” Türkiyə kubokunu da qazandı 18 May 2021, 23:51 Lənkəranda piyadanın ölümü ilə nəticələnən yol qəzası 18 May 2021, 23:40 “Avroviziya”nın birinci yarımfinalı başlayıb 18 May 2021, 23:25 Bakıda piyadanı maşın vurub öldürdü - FOTO 18 May 2021, 23:11 Nijni Novqoroddan Bakıya birbaşa uçuşlar başlayır 18 May 2021, 22:58 Güləşçilərimiz Avropa çempionatında daha 3 medal qazandı - FOTO 18 May 2021, 22:44 Bakıda bir nəfər özünü dənizə atdı 18 May 2021, 22:33 Cəbrayıl Hacıyev Avropa çempionu oldu 18 May 2021, 22:20 Sahibə Qafarova İtaliyanın dövlət katibi ilə görüşdü 18 May 2021, 22:13 Qaradağ Rayon Ağsaqqallar Şurasının konfransı keçirilib 18 May 2021, 22:04 Goranboyda dəhşətli HADİSƏ 18 May 2021, 22:02 Abşeronda yol qəzası - xəsarət alanlar var 18 May 2021, 21:53 Türkiyədə yoluxanların sayı artdı, ölənlər azaldı 18 May 2021, 21:42 Neft yenidən ucuzlaşır 18 May 2021, 21:27 “Çernomor”u canlandıran rus aktyor vəfat etdi 18 May 2021, 21:13 "Zərifə Əliyeva" gəmisi gələn il istismara veriləcək 18 May 2021, 21:02 Ukraynanın səhiyyə naziri istefaya göndərildi 18 May 2021, 20:49 Ter-Petrosyan parlament seçkilərinə qatılır 18 May 2021, 20:33 Ceyhun Bayramov Türk Şurasının baş katibi ilə danışdı 18 May 2021, 20:20 Sahibə Qafarova İtaliya Senatının sədri ilə görüşdü 18 May 2021, 20:11 Milli Məclisin nümayəndə heyəti Romada Nizami Gəncəvinin abidəsini ziyarət edib - FOTO 18 May 2021, 20:03 Azərbaycanla Belarus hərbi-texniki əməkdaşlığı müzakirə edib 18 May 2021, 19:39 Bakı yollarında sıxlıq 30-dan çox avtobus tıxacda qalıb 18 May 2021, 19:21 Bu xəstəxananın vəzifəli şəxslərinə cinayət işi AÇILDI 18 May 2021, 19:02 Azərbaycanla Rusiya pomidor qadağasını müzakirə etdi 18 May 2021, 18:52 Teledərslərin mayın 19-na olan cədvəli 18 May 2021, 18:50 Qaradağ Rayon Ağsaqqallar Şurasının konfransı keçirilib 18 May 2021, 18:38 Gömrükdə rüşvət alan vəzifəli şəxslər saxlanıldı - ADLAR 18 May 2021, 18:21 Manatın sabah olan məzənnəsi açıqlandı 18 May 2021, 18:04