Modern.az

Samur-Abşeron kanalında balıqlar QIRILIR

Samur-Abşeron kanalında balıqlar QIRILIR

13 May 2019, 14:23

Samur- Abşeron kanalının Ceyranbatan qəsəbəsi ərazisindən keçən hisəsində balıqların kütləvi tələf olunması halları müşahidə olunur. Bu barədə Modern.az-a yerli sakinlər məlumat veriblər.

 

Sakinlərin sözlərinə görə, ötən həftənin 5-ci və 6-cı günləri kanalda suyun səviyyəsi kəskin aşağı düşüb. Dünən  suyun səviyyəsi qalxsa da sakinlər qəribə mənzərə ilə qarşılaşıblar. Səhər kanalın suyunun üzündə  ölmüş balıqlar görünüb.

 

Hətta,  azyaşlılar balıqların çoxluğunu görüb ölmüş balıqları tora yığıb evə aparıblar.

Bəzi sakinlər ölmüş balıqları təmiz qida məhsulu kimi bişirib yeyirlər.

 

Samur - Abşeron kanalı ətrafında yaşayan sakinlər ölü balıqların iyindən yolun keçilməz olduğunu iddia edirlər.

Modern.az saytı məsələ ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə əlaqə saxlayıb.

 

Nazirlikdən bildirilib ki, məsələ araşdırılır.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
DTX-dən ƏMƏLİYYAT - Daha bir vəzifəli şəxs saxlanıldı