Arxiv
16 May 2019, 15:06 | MƏDƏNİYYƏT
Kitabın qüdrətinə inanan ADAM...

Çox gənc yaşlarından ölkədə tanınmağa başlayıb. Davranışı, mədəniyyəti, işgüzarlığı, bacarığı, istedadı ilə özünə hörmət qazana bilib. Son vaxtlar ara-sıra yazsa da, bir zamanlar ərsəyə gətirdiyi publisistik yazılar insanların zövqünü oxşayırdı. Fəaliyyətini dəyişib nəşriyyat işinə başlayandan daha möhtəşəm görünür. Ölkənin ən qabaqcıl naşirlərindən biri kimi Azərbaycan tarixində öz izini buraxıb…

Ötən illər ərzində Amerikada kitabla bağlı çox hadisələrin şahidi olmuşam. Mağazaların görünən yerində yeni nəşr olunmuş kitabların ödənişsiz verilməsi, yaşlı amerikalıların öz həyətlərinin səkiyə yaxın hissəsində kitabları xüsusi qutulara qoyub insanlara təmənnasız təqdim etməsi bu sıradadır. Burada gördüklərimlə Şahbaz Xuduoğlunun gənclərin maariflənməsi uğrunda göstərdiyi xidmətləri müqaisə edəndə, qürur hissi keçirirəm. Əslində azad düşüncəli, muasir qərb insanına məxsus güclü təfəkkürlü, dünyanı olduğu kimi dərk etməyi bacaran bu insanın varlığı ölkəmiz üçün qənimətdir. Onu sevmək, ona ehtiram göstərmək, daha geniş fəaliyyətinə yol açmaq lazımdır…


Deyir ki,- "İnsan özünə münasibətdə saxta olmamalıdır. Öz varlığına həssas yanaşmalıdır. Özü ilə yanaşı milyardlarla insanın varlığını düşünməlidir. Mənim üçün yaxşı əməlləri paylaşmağı bacaran kəs böyük dəyər sahibidir"…


Hər gün səhər saat 4-də yuxudan durmağa adət edib. Ən azı bir saat mütaliə edəndən sonra yaxınlıqdakı meydançada kros qaçır. Yoqayla məşğul olur. Səhər yeməyindən sonra isə iş yerinə- nəşriyyata tələsir…


Kitab dükanlarının azlığı onu da narahat edir. Dünya yazarlarının əsərlərinin Azərbaycan dilində olmamasından çox üzülür. Səyahət etməyi, dünya xalqlarının mədəniyyəti ilə yaxından tanış olmağı xoşlayır. İndiyədək bir sıra Avropa ölkələrində, bir neçə Asiya dövlətlərində səfərdə olub. "Dünya biz bildiyimizdən daha gözəldir"- söyləyir…


Kitabın qüdrətinə çox inanır. Həyatında mütaliənin böyük rolu olduğunu, müəyyən vərdiş və keyfiyyətləri oxuduqlarından götürüb özünə tətbiq etdiyini dilə gətirir. İnanır ki, onun bir insan kimi yetişməsində kitabların böyük rolu olub…


Deyir ki,- "Mən kitab satışı ilə mənfəət əldə edib varlanmaq üçün məşğul olmuram. Mənəvi tələbatımı ödəməyə çalışıram və özümü mənən xoşbəxt hesab edirəm"…


Bəli, dünya biz bildiyimizdən daha gözəldir. Nəyisə dəyişə bilmirsənsə ona münasibətini dəyişməlisən. Düşüncələrində bütövlük mənəvi xoşbəxtlikdir. Əsl həyat isə mənəvi xoşbəxtlikdən başlayır…


P.S. İyunun 24-də Şahbaz Xuduoğlunun 51 yaşı tamam olur. Fürsətdən istifadə edib onu kitabın ən çox oxunduğu ölkələrdən biri, böyük yazarların vətəni uzaq Amerikadan öncədən təbrik edir, ona möhkəm can sağlığı, işlərində uğurlar arzulayırıq…



Elman Eldaroğlu,
ABŞ, Miçiqan

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Nazirlik məktəb direktorunun pensiyasını kəsdi – Saxta əlillik dərəcsi alıbmış 22 May 2019, 17:36 “Nar” 120-dən artıq yeni baza stansiyasını istifadəyə verib   22 May 2019, 17:30 İsgəndər Həmidov həbs oluna bilər - Müalicə adıyla ölkədən qaçıb? 22 May 2019, 17:23 Manat və dolların sabahkı MƏZƏNNƏSİ 22 May 2019, 17:09 Prezident və birinci xanım Təzəpirin qarşısındakı parkın AÇILIŞINDA 22 May 2019, 17:03 “Vətən uzaqda deyil” - Konsert olacaq   22 May 2019, 16:51 BDU-da açılan “Füyuzat Mərkəzi”nin rəhbəri: “Elmi məkan olacaq” 22 May 2019, 16:50 Azərbaycandan 40-dan çox nümayəndə Qazaxıstandakı prezident seçkisini müşahidə edəcək 22 May 2019, 16:49 Paşinyan Qarabağın itirilməsinə görə məsuliyyəti boynundan atmaq istəyir 22 May 2019, 16:47 Qazaxıstanın Azərbaycandakı səfirliyində seçki məntəqəsi açılacaq 22 May 2019, 16:46 Nazirlik: Köhnə avtomobillərin idxalı məhdudlaşdırıla bilər 22 May 2019, 16:38 Gəncədə konfrans - “Gənclərin Dayanıqlı İnkişaf Məqsədləri”    22 May 2019, 16:30 Ceyrançöl və Küdrüdə zərəvericilərlə mübarizə aparılır   22 May 2019, 16:16 Daha 5 kəndə içməli su veriləcək 22 May 2019, 16:13 Leyla Əliyeva zubrların təbiətə buraxılma mərasimində - FOTOLAR 22 May 2019, 16:10 “UNEC-də aparılan islahatlar tələbələrin yüksəlişinə səbəb olub” – Etibar Əliyev   22 May 2019, 16:09 Məhkumluğun mübarək, Aslan İsmayılov! - İş adamı SOCAR-ı da məsələyə QATDI 22 May 2019, 16:07 Köhnə avtomobillərin idxalının məhdudlaşdırılması üçün işlər görülür - RƏSMİ 22 May 2019, 16:05 Bakıda havanın daha çox çirkləndiyi yerlər - Xətai, Nizami və Sabunçu 22 May 2019, 15:52 “Güclü haqlıdır” siyasəti gerçəkləşməyəcək 22 May 2019, 15:49 Rada Zelenskinin təkliflərini rədd etdi 22 May 2019, 15:49 Fridrix Şillerin “Yunan Allahları” şeiri səhnələşdirildi 22 May 2019, 15:41 “Made in Azerbaijan 2019”un qalibləri müəyyənləşdi   22 May 2019, 15:36 Diaspor Komitəsi Fuad Abbasovla bağlı açıqlama yaydı 22 May 2019, 15:25 Azərbaycana 8 baş bizon gətirilib 22 May 2019, 15:24 Sosial müavinət və təqaüdlərin artımı 600 minə nəfərə təsir edib 22 May 2019, 15:17 Ukraynanın yeni prezidenti kadr təyinatlarına başladı 22 May 2019, 15:15 Özünü polis əməkdaşı kimi təqdim edən dələduz saxlanılıb 22 May 2019, 15:13 Vergilər Nazirliyinin əməkdaşlarına cinayət işi açıldı - SİYAHI 22 May 2019, 15:12 Bakıda hədə-qorxu ilə pul tələb edən şəxs saxlanıldı 22 May 2019, 15:01 Müdafiə naziri təlimlərdəki vəziyyətə dair məruzələri dinlədi 22 May 2019, 14:52 Ötən həftə 143 əcnəbi saxlanılıb 22 May 2019, 14:35 Küçələrin sovetdənqalma adları dəyişdirilmir - Deputat laqeydliyin nəticəsi sayır 22 May 2019, 14:13 Ordumuzun təlimləri - səhra şəraitində təminat məntəqələri yaradıldı - VİDEO 22 May 2019, 13:53 Beynəlxalq sözlərə erməni qarşıqlığı düzəldilir - Daha bir SAXTAKARLIQ 22 May 2019, 13:50