Modern.az

Oqtay Əsədov Zelenskinin andiçmə mərasiminə qatılacaq

Oqtay Əsədov Zelenskinin andiçmə mərasiminə qatılacaq

Aktual

18 May 2019, 20:18

Milli Məclisin sədri Oqtay Əsədov Ukraynanın yeni seçilmiş prezidenti Vladimir Zelenskinin mayın 20-də keçiriləcək andiçmə mərasimində iştirak edəcək.

 

Modern.az xəbər verir ki, bu barədə Ukrayna Xarici İşlər Nazirliyinin sözçüsü Katerina Zelenko öz “Twitter” səhifəsində yazıb.

 

Zelenskinin andiçmə mərasiminə, həmçinin, Latviya, Litva, Estoniya, Gürcüstan və Macarıstan prezidentləri, Türkiyənin vitse prezidenti, Belarus, Rumıniya, Slovakiya və Bolqarıstanın baş nazirləri, ümumilikdə 40 ölkədən dövlət və hökumət nümayəndələri qatılacaq.

Whatsapp
Bizə yazın!
Keçid et
Bakıdan Ermənistana xəbərdarlıq: Kəndləri boşaldın,ya da...