Modern.az

Azərbaycan nefti ucuzlaşıb

Azərbaycan nefti ucuzlaşıb

20 May 2019, 23:47

CIF bazisi üzrə İtaliyanın Augusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin son qiyməti 75,97 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,73 dollar/barel azdır.

 

Modern.az xəbər verir ki, bu barədə “Trend”ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.

 

FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti 75,14 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,78 dollar/barel azdır.

 

Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti isə 72,36 dollar/barel təşkil edib ki, bu, əvvəlki göstəricidən 0,74 dollar/barel azdır.

 

Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti 73,82 dollar/barel olub, bu da əvvəlki göstəricidən 0,87 dollar/barel azdır.a

Whatsapp
Bizə yazın!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?