Modern.az

“Azərbaycanın regionun lider dövlətinə çevrilməsi təbiidir” - YAP-çı deputat

“Azərbaycanın regionun lider dövlətinə çevrilməsi təbiidir” - YAP-çı deputat

22 May 2019, 17:58

“Bu gün Azərbaycan tam müstəqil siyasət yürüdən ölkədir. Müstəqil Azərbaycan dövlətinin öz siyasi dəst-xətti, dövlətçilik siması, inkişaf yolu var. Ötən illərdə uğurla gerçəkləşdirilən sosial-iqtisadi islahatların nəticəsi olaraq respublikamız qlobal maliyyə-iqtisadi böhrandan uğurla çıxan, özünəməxsus milli inkişaf modelini yaradan dövlətlərdən biri kimi tanınır”. 

Bunu Modern.az-a Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin üzvü, YAP-çı deputat Dilarə Cəbrayılova deyib.

 O bildirib ki, bu gün Azərbaycan dövlətinin, mütəmadi olaraq, mövqeləri dünya səviyyəsində möhkəmlənməkdədir: 

“Artıq məlumdur ki, bu gün regionda Azərbaycanın iştirakı olmadan heç bir layihə uğur qazana bilməz.  Bu, regionda və regiondan kənarda da qəbul olunan reallıqdır. Azərbaycanın müstəqil xarici siyasət kursu qonşu və digər dövlətlərlə xoş, qarşılıqlı maraqlara söykənən münasibətlər qurmağa şərait yaradıb. Dünyanın müxtəlif qitələrində yerləşən dövlətlərlə, aparıcı beynəlxalq təşkilatlarla ikitərəfli və çoxtərəfli əməkdaşlıq münasibətlərinin dərinləşdirilməsi, respublikamızda həyata keçirilən mütərəqqi islahatlar barədə dünya ictimaiyyətində obyektiv rəyin formalaşdırılması, enerji resurslarının ixracı və diversifikasiyası prosesinin gerçəkləşdirilməsi dövlət başçısı İlham Əliyevin siyasətində diqqəti  xüsusi çəkən prioritetlərdir. Məhz bu diplomatik reallıqlar fonunda respublikamızın Avropa üçün geosiyasi və iqtisadi əhəmiyyəti daha da yüksəlib, avrostrukturlara inteqrasiya prosesi sürətlənib”.

 

D.Cəbrayılova qeyd edib ki, Prezident İlham Əliyevin apardığı uğurlu siyasət nəticəsində Azərbaycanın dünyada rolu gün keçdikcə artır:


“Bu gün Azərbaycanın necə sürətli inkişaf etdiyi dünyaya məlumdur. Bu inkişaf cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə davam edir. Müxtəlif maraqların toqquşduğu Cənubi Qafqaz regionunda balanslaşdırılmış xarici siyasət xətti yürüdən Azərbaycan bütün beynəlxalq və regional məsələlərə münasibətdə beynəlxalq norma və prinsiplərə əsaslanaraq ayrı-ayrı dövlətlər və təşkilatlarla bərabərhüquqlu və qarşılıqlı hörmətə əsaslanan əlaqələrə üstünlük verir. Buna görə də Azərbaycanın regionun lider dövlətinə çevrilməsi təbiidir”.

Whatsapp
Bizə yazın!
Keçid et
Paşinyan Qazaxa gəldi - Ermənilər üzərinə hücum çəkdi