Modern.az

Çingiz Qənizadə növbəti dəfə seçicilərilə görüşüb  

Çingiz Qənizadə növbəti dəfə seçicilərilə görüşüb  

27 May 2019, 12:47

Milli Məclisin deputatı Çingiz Qənizadə 80 saylı İmişli- Beyləqan seçki dairəsinə daxil olan  İmişli rayonunun  Bəhrəmtəpə qəsəbəsində  seçiciləri ilə görüş keçirib.

 

Modern.az xəbər verir ki, deputat Bəhrəmtəpə qəsəbəsində  seçicilərlə ümumi problemlərin müzakirəsini aparıb.

 

 Deputatla görüş zamanı qəsəbə sakinlərinin bir neçə ümumi xahişi də olub.

 

Belə ki, seçicilər kənd məktəbinə içməli suyun çəkilməsi ilə bağlı xahiş ediblər. Hansı ki içməli su məktəbin 15 metrlik ərazisindən keçir.

 

Sakinlərin digər xahişi daş-çınqıl “karyer”ləri ilə bağlı olub.  Belə ki, yaxınlıqdakı daş-çınqıl “karyer”lərində qanunsuz işlərin getməsi və digər ərazilərin “karyer”lər vasitəsilə  zəbt olunması məsələsi də gündəmə gətirilib. Bu da qəsəbədə əlavə toz-torpağın yaranmasına və artıq torpaqların zəbt olunmasına gətirib çıxarıb.

 

Həmçinin ayağı amputasiya olunmuş seçicilərdən biri əlil arabası ilə təmin olunmasını da xahiş edib. Deputat seçicisini əlil arabası ilə yaxın günlərdə təmin edəcəyinə söz verib.

 

 Parlament üzvü, görüş zamanı ölkədəki ictimai-siyasi durum, cənab prezidentin son aylarda atdığı addımlar, Dağlıq Qarabağ məsələsi barədə fikir mübadiləsi aparıb. Kənd sakinlərinin kəndlə bağlı ümumi  problemlərini dinlədikdən sonra, sakinləri fərdi qaydada qəbul edərək şikayətlərini qeyd edib.

 

Sonda deputat hər bir şikayəti araşdıracağına, maksimum imkanı daxilində kömək edəcəyinə söz verib.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyada ağır döyüşlər: Ukrayna partizanları əraziləri bombalayır