Arxiv
29 May 2019, 09:27 | QARABAĞ
Şəhid Cabbarxanın “Sonuncu zəng”i - İki məzarı olan çempion - FOTOLAR 

Modern.az  saytı “Sonuncu zəng” rubrikasına davam edir. Rubrikamızda vətən uğrunda canlarından keçib şəhidlik zirvəsinə ucalan oğul və qızlarımızın ailəsi və yaxınlarıyla sonuncu zəngi, telefon danışığı, son görüşü haqqında danışılır.


Rubrikanın növbəti təqdimatı aprel şəhidi Cabbarxan Hacıağayevə həsr olunur.


Cabbarxan Hacıağayev 1996-cı ilin 4 avqustunda Bakı şəhərində anadan olub. 158 saylı tam orta məktəbdə təhsil alıb. Əsgər Cabbarxan Hacıağayev 2016-cı il aprelin 4-də cəbhədə baş verən şiddətli döyüşlər zamanı 19 yaşında şəhid olub.

2016-cı aprelin 5-də Bakı şəhərində son mənzilə yola salınıb. Cabbarxan Hacıağayev ölümündən sonra göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə "Hərbi xidmətdə fərqlənməyə görə" III dərəcəli medalı ilə təltif edilib.

 

Modern.az-ın Cabbarxan Hacıağayevlə bağlı suallarını atası İlham Hacıağayev və anası Rəyanə Hacıağayeva cavablandırıb.

Atası deyir ki, Cabbarxan 16-17 yaşa kimi "Kunq-Fu" idman növü ilə məşğul olub. O,  ümumilikdə 9 medal qazanıb. 2 medalı 3-cü yer, 2 medalı 2-ci yer, 5 medalı isə 1-ci yer tutduğuna görə verilib. Axrıncı yarışda 1-ci yer tutan Cabbarxan qızıl medal qazanıb. Lakin əsgər getdiyinə görə medalını ala bilməyib. Ölümündən sonra Əl Oyunları Sarayında Cabbarxanın adına yarış təşkil edilib və qızıl medal anasına təqdim olunub.
O. "Kunq-Fu" üzrə 4-qat Azərbaycan çempionu olub.


İlham Hacıağayev:

“Cabbarxanın başında idman yarışından qalma çapıq izi var idi. Hərbi komissarlıqda 5 gün araşdırma aparıldı. Cabbarxan 5 gün orda qaldı. Əsgər gedə bilməyəcəyi üçün günlərlə göz yaşı tökdü. Bəziləri övladını əsgərlikdən saxlatdırmaq üçün müxtəlif yollara əl atır, mən isə oğlum əsgər getsin deyə çalışırdım. Əsgərliyə aparılanda sevincdən uçmağa qanadı yox idi”.


Şəhidin anası oğlu haqqında göz yaşlarına hakim ola bilmir:

“Cabbarxan əsgərliyə getməyə çox can atırdı. Həftələri, günləri sayırdı”.


Əsgər getməzdən əvvəl evə gec gəldiyi zaman narahat olan Rəyanə xanıma Cabbarxan belə deyirmiş: “Ana, yavaş-yavaş yoxluğuma öyrən. Bu gün-sabah əsgər gedəcəm”.

“Söylədim ki, niyə belə deyirsən, 1 il 6 ay nədir ki, gedib əsgərliyini çəkib gələcəksən”. O, isə “bilmək olmaz, bəlkə orda qaldım” deyə cavab verdi”.


Cabbarxan 2014-cü il sentyabrın 7-si hərbi xidmətə yola salınıb. Yola düşməzdən öncə “Ana, gələcəm, amma başqa cür gələcəm” deyibmiş. 1 il 6 ay bitmişdi, amma müharibə başlamışdı deyə, Cabbarxan evə gələ bilmirdi. Anası böyük hazırlıq görürdü, oğlunun gəlişini dörd gözlə gözləyirdi.

Aprelin 1-dən 2-nə keçən gecə müharibə başlamışdı. Lələtəpə istiqamətində vuruşan oğlundan ana çox nigaran idi. Artıq 4 gün idi ki, ondan xəbər gəlmirdi. Yemirdi, içmirdi, tək istəyi oğlunun səsini eşidib onun yaxşı olduğunu bilmək idi.


Nəhayət Cabbarxanla anası aprelin 4-də saat 17:10-da danışa bildi. Bu, Cabbarxanın evinə sonuncu zəngi idi. Anasına son sözlərini demək, onun səsini eşitmək üçün zəng etmişdi.

Cabbarxanın anası ilə son danışığı belə olmuşdu:

- Ana, necəsən? Darıxmışam sənin üçün.

- Yaxşıyam, balam, sən necəsən? Deyirlər aləm qarışıb. Sən neynirsən orda, oğlum?

- Ana, vaxtım yoxdur. Bir-iki söz tapşırıb, söndürürəm telefonu.

- Niyə qadanı alım? Danışaq bir az, darıxmışam axı sənin üçün.

- Ana, mən əsgərlikdən gələn günü 3 gün qonaqlığım olacaq. Birincisinə plov, ikincisinə səbzi-qovurma, üçünsünə “üç bacı” dolması bişirərsən. Başqa heç nə alma. İndi gedirəm. Səsini eşitmək üçün yığdım. Sizi çox sevirəm. Allaha əmanət olun!”.

Telefon qapananda anası Rəyanə xanım çox narahat olmuşdu. Və Cabbarxanın atasına “çox narahatam, Cabbarxanın xidmət etdiyi rayona gedək” demişdi.

İlham Hacıağayev isə xanımına “çörək alıb gəlirəm, danışarıq” deyə evdən çıxmış, amma getməyi ilə qayıtmağı 1 dəqiqə çəkmişdi. Evdən əlavə pul götürüb qayıdanda ananın narahatlığı birə beş artmışdı.
Sonra da durmadan həyat yoldaşına zəng edib. Ən sonda telefona ərinin dostu cavab verib və “hərbi komissarlıqdayıq” deyib.

Ana narahat halda “Cabbarxana nəsə olub?”, - deyə soruşanda xəttin o başından “narahat olmayın, elə-belə gəlmişik” cavabı gəlib.

Rəyanə xanım hələ də sakit idi. Çünki oğluyla danışmışdı, Cabbarxan yaxşı idi, səsini eşitmiş və dinclik tapmışdı. Hardan ağlına gələrdi ki, Cabbarxanla sonuncu dəfə danışmışdı.


İlham Hacıağayev hərbi komissarlığa daxil olanda içəridəki zabit ona “əyləşin və zəhmət olmasa əvvəlcə stolun üstündəki ürək dərmanını için” demişdi. Ata çox gərgin halda “Cabbarxana nəsə olub, yaralanıb?”,-deyə soruşmuşdu. Komandir “Başınız sağ olsun, oğlunuz Cabbarxan Hacıağayev qəhrəmancasına şəhid olub” söyləmişdi.

Atanın  dünyası başına yıxılmış, “ola bilməz, axı. Bayaq danışmışıq oğlumla, ola bilməz”,- deyə hayqırmışdı. Sonra Cabbarxanın hərbi hissəsinə yenidən zəng vurmuşdular və təəssüflər olsun ki, xəbər təsdiqlənmişdi. Cabbarxan anası ilə danışandan 40 dəqiqə sonra şəhid olmuşdu.


Qonşu-qohumu xəbəri anasına necə verəcəklərini bilməmişdilər. Əvvəlcə Rəyanə xanımın qonşusu gəlmiş, hal-əhval tutandan sonra tez televizoru söndürmüşdü. Bilirdi ki, axşam xəbərlərində Cabbarxan haqda da məlumat verə bilərlər. Evə gələn qohum-qonşunun artması Rəyanə xanımın şübhələrini artırmamışdı. Hər şeydən bixəbər ana süfrə açmışıd. Anlamadığı bir şey var idi ki, niyə hər kəs qara geyinib, qadınlar başına qara yaylıq atmışdı. Buna bir məna verə bilməmişdi. Axı oğluyla danışmışdı, yaxşı idi Cabbarxan, evinə gələcəkdi.

Şəhid anası içi yana-yana danışır:


“Balamın gəlişi başqa cür oldu. Mən hələ də inanmıram onun yoxluğuna. Hələ də gözləyirəm yolunu. Elə bilirəm bir gün qapını açıb içəri girəcək, boynuna sarılıb qoxlayacam oğlumu. Heç buraxmayacam”.


Anası axrıncı dəfə oğlunu 4 avqust 2015-ci ildə - Cabbarxanın ad günündə görmüşdü. Anasına “bu, bəlkə də, mənim sonuncu doğum günümdü” demişdi Cabbarxan. Sanki şəhid olacağını bilmirş, bu məqama yüksəlmək onun ən böyük arzusu imiş, sən demə. Sanki anasının bişirdiyi tortun şamlarını söndürərkən şəhid olmağı diləmişdi Cabbarxan.


Cabbarxan Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndi istiqamətində Lələtəpə uğrunda döyüşdə düşmənin atdığı əl qumbarasının partlamasından ayağının birini itirərək, şəhid olmuşdu. Hazırda Cabbarxanın iki məzarı mövcuddur. Məzarın biri ata yurdu Xocəsəndə, digəri isə Lələtəpədədir.

Xocəsəndə özünü torpağa tapşırıblar, Lələtəpədə ayağını.

İki məzarlı şəhidimiz, Allah sənə rəhmət eləsin...



Nuranə DAXİLQIZI

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Ermənistanda hindistanlı terrorçular saxlanıldı 22 Avqust 2019, 12:10 Rusiya “Fyodor”u kosmosa göndərdi - FOTO 22 Avqust 2019, 12:02 Azərbaycanda 880 nəfər UZUNÖMÜRLÜ yaşayır 22 Avqust 2019, 11:43 Bakı metrosuna daha 2 yeni qatar buraxıldı 22 Avqust 2019, 11:34 Üç uşaq anası evdən niyə qacıb? - Kənd icra nümayəndəsi: “O hadisəyə görə izahatı alınmışdı” - YENİLƏNİB 22 Avqust 2019, 11:27 Qubada 100-ə qədər gənc “Vətən bizə əmantədir” yay düşərgəsinə qatıldı 22 Avqust 2019, 11:24 “Kənddən Şəhərə” yarmarkası davam edir 22 Avqust 2019, 11:19 Bakı Ali Neft Məktəbinə qəbul planı 100 faiz dolub 22 Avqust 2019, 11:08 Nazilikdən yeni layihə 500 nəfər əlil kiçik biznesini quracaq 22 Avqust 2019, 11:06 Azərbaycanda xəstənin cinsi fəaliyyəti bərpa olundu - Unikal ƏMƏLİYYAT 22 Avqust 2019, 10:46 Neçə rayonumuz 100 % qazlaşdırılıb? - Azəriqaz-dan AÇIQLAMA 22 Avqust 2019, 10:42 Peşə məktəblərinə qəbul olunanların qeydiyyatı başlayır 22 Avqust 2019, 10:35 MiQ-29 təyyarəsinin qəza SƏBƏBİ rəsmən açıqlandı - “Qara qutu” OXUNDU 22 Avqust 2019, 10:29 Yardımlı dağlarında YANĞIN başladı 22 Avqust 2019, 10:25 Deputatları Qafqaz Müsəlmanları İdarəsinə ÇAĞIRDILAR 22 Avqust 2019, 10:23 Elçibəy PARADOKSU 22 Avqust 2019, 10:05 Azərbaycanda zəlzələ oldu: 3-4 bal 22 Avqust 2019, 10:02 Ermənistan atəşkəsi 20 dəfə pozdu 22 Avqust 2019, 09:58 Bu gün bir neçə rayonda qaz olmayacaq 22 Avqust 2019, 09:52 Yüksək bal toplayan abituriyent niyə İlahiyyat İnstitutunu seçdi? - MÜSAHİBƏ 22 Avqust 2019, 09:43 Ağac kəsən şəxs cəzalanıb 22 Avqust 2019, 09:39 Çempionlar Liqasında pley-off - daha 3 oyun keçirildi - NƏTİCƏLƏR 22 Avqust 2019, 09:24 Elçibəyin vəfatından 19 il ötür 22 Avqust 2019, 09:17 Sabir Rüstəmxanlıdan Oqtay Rzaya VİDA YAZISI 22 Avqust 2019, 09:10 Bütün Rusiyada məşhurlaşan azərbaycanlı ailə - Mehralıyevlər 6 rus uşağını övladlığa götürüb - REPORTAJ 22 Avqust 2019, 08:47 “Qarabağ” bu gün AvroLiqanın səfər oyununa çıxır 22 Avqust 2019, 08:32 Qubada FACİƏ: Yol qəzasında 2 ölü, 3 yaralı 22 Avqust 2019, 08:28 Manatın məzənnəsi dəyişir?... 22 Avqust 2019, 08:23 ABŞ İŞİD liderlərinə görə 5 milyon dollar mükafat ayırdı 22 Avqust 2019, 00:54 Azərbaycanda qəbiristanlığın saytı yaradılacaq - VİDEO 22 Avqust 2019, 00:38 İranlı gənc Ali Rəhbərlə görüşdə hökuməti tənqid etdi 22 Avqust 2019, 00:17 Bakıda kürəkən qayınanasını döydü 21 Avqust 2019, 23:56 Rusiya, İran və Türkiyə liderləri Ankarada görüşəcək 21 Avqust 2019, 23:39 Qazax sakini restoranda bıçaqlandı 21 Avqust 2019, 23:21 Qurban Qurbanov “Qarabağ”ın sabahkı oyunundan danışdı 21 Avqust 2019, 23:02