Arxiv
11 İyun 2019, 10:07 | DİASPOR
ABŞ prezidentinin xüsusi diplom verdiyi azərbaycanlı yeniyetmə - FOTOLAR

Deyir ki, Amerikaya gələnədək bu qədər layihəni rellaşdıra biləcəyinə inanmırmış: “Buraya gələndən sonra özümdə müxtəlif bacarıqlar kəşf etdim. İndi anlayıram ki, mən heç də aciz insan deyiləm”…

Haqqında söhbət açdığım Fatimə Məlikli 2002-ci ildə Bakıda dünyaya gəlib. Səkkizinci sinfin birinci yarısınadək 138 saylı tam orta məktəbdə oxuyub. 2016-cı ildən ABŞ-ın Kaliforniya ştatında yaşayır…


…Atası Rüfət Məlikov Azərbaycan Dillər Universitetini bitirib, tərcüməçidir. Anası Jalə Əliyeva şair, qəzəlxan, füzulişünas alim, filologiya elmləri namizədi Hacı Mailin qardaşı qızıdır. O da Azərbaycan Dillər Universitetinin məzunudur, ixtisaca ingilis dili müəllimidir. Fatimənin Ağakərim adında on bir yaşlı bir qardaşı da var…


Hazırda on birinci sinfi bitirən bu xanım səkkizinci sinfin ikinci yarsını “Auburndale Middle School”da davam etdirsə də, doqquzuncu sinifdən Tastin şəhərinin “Magnolia Science Academy Santa Ana” tədris ocağında oxuyur. Onuncu sinifdən “Santa Ana” Kollecində də təhsil alır…


Cəmi on yeddi yaşın içində olsa da, çox bacarıqlıdır. Los Ancelesdəki “Redondo Beach” kitabxanasında Azərbaycan dili bölməsinin açılmasına nail olub. Həmin bölməyə “Kaliforniya Azərbaycan Dostluq Cəmiyyəti”nin icraçı direktoru Kimiya xanım Məmmədova ilə birlikdə Azərbaycan-ingilis dillərində xeyli kitab da hədiyyə ediblər.

Sizə zarafat gəlməsin, ötən il oxuduğu məktəbin ictimai əsaslarla vitse prezidenti seçilsə də, növbəti dərs ilində prezident vəzifəsini icra edəcək. Bu ictimai səlahiyyət ona geniş imkanlar yaradıb. Şagirdlər üçün nəzərdə tutulan müxtəlif layihələrin, festivalların təşkilati işləri ona həvalə olunub. Bundan əlavə o, 2018-ci ildə təsis etdiyi “WE” adlı klubun rəhbəridir. Həmin klubun xətti ilə imkansız amerikalılar üçün şagirdlərdən beş yüz əlli qutu ərzaq toplayaraq “Orange County Food Bank” təşkilatına təqdim edib. Eyni zamanda, “WE ARE SILENT” layihəsinə əsasən, oxuduğu tədris ocağının idman zalında Floridanın məktəblərindən birində baş verən silahlı insidentlə bağlı tədbir həyata keçirib. Həmin tədbirdə şagirdlərə özlərini azad şəkildə ifadə etmək hüquqları haqqında mühazirə oxuyub. Gələn il Afrikada açılacaq məktəbin sinif otaqlarından birinin mebellə təhciz olunması üçün min dollar ianə toplayıb.

Üç ildir ki, qan xərçəngindən əziyyət çəkən insanlar üçün pul toplayıb “Qırmızı Xaç Cəmiyyəti”nə təhvil verir. Bu arada azərbaycanlı olduğunu da unutmur. Və Azərbaycanın təbliği üçün əlindən gələni etməyə çalışır. Yeni dərs ilində Nəsiminin 650 illik yubileyi ilə əlaqədar tədbir keçirməyi qərara alıb. Bu münasibətlə video klip hazırlamağı planlaşdırır. Həmin klipdə amerikalı müəllim və şagirdlər ölməz şairin əsərlərindən birini azərbaycan dilində əzbərdən söyləyəcəklər...


Ana dili ilə yanaşı, ingilis, rus, türk dillərində sərbəst danışır. Üstəlik ispan, koreya, vyetnam dillərini də orta səviyyədə bilir. 2017-ci ildə doqquzuncu sinfi yüksək balla bitirdiyinə görə ona ABŞ prezidenti Trampın imzası ilə xüsusi diplom təqdim edilib. Ötən il dəqiq elmlər üzrə keçirilən “STEAM EXPO” müsabiqəsində riyaziyyat fənnindən birinci yerə layiq görülüb. Bu il isə tarix fənni üzrə olimpiadada qızıl medal alıb. Və qiymətləri əla olduğuna görə ona yaşadığı şəhərin yerləşdiyi “Orange County”-nin rəhbərliyi tərəfindən iki nailiyyət sertifikatı təqdim olunub...


Bütün yeniyetmələr kimi onun da arzuları çoxdur. Gələcəkdə kompüter elmləri üzrə ali təhsil almaq istəyir. Artıq bu sahədə müəyyən uğurlara imza da atıb. İndiyədək dörd yeni kompüter oyunu proqramlaşdırıb və bu oyunlar həm şagird dostları, həm də müəllimləri arasında çox məşhurdur. Bütün bunlarla yanaşı, anasına ev işlərində kömək etməyi xoşlayır. Musiqi dinləməkdən, bədii kitab oxumaqdan zövq alır...


Qısa müddətdə xeyli uğur qazanmış bu təvazökar, bacarıqlı, özünə güvənən xanımı dinlədikcə,  Azərbaycan yeniyetmələrinin amerikalı həmyaşıdlarından heç də geri qalmadıqlarına sevinirsən…


Deyir ki, Vətəni çox sevir: “İstəyirəm ki, orada təhsil alan uşaqlar üçün də geniş imkanlar yaradılsın. Özümü təsdiq edəndən sonra Azərbaycana gedib müxtəlif layihələr həyata keçirməyi qarşıma məqsəd qoymuşam”…

 

Elman Eldaroğlu,
ABŞ, Miçiqan

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Trampdan İrana növbəti hədə 22 Oktyabr 2019, 00:51 Putin Makronla Suriyadakı vəziyyəti müzakirə etdi 22 Oktyabr 2019, 00:30 Röya “Xalq artisti” fəxri adı almasından DANIŞDI 22 Oktyabr 2019, 00:14 Göygöldə ağır qəza: yaralılar var 21 Oktyabr 2019, 23:59 Jurnalist Putinin müşaviri oldu 21 Oktyabr 2019, 23:42 Heydər Əliyev Fondu azərbaycanlıları sevindirdi - FOTO 21 Oktyabr 2019, 23:27 Soçidə qazaxlarla ermənilər arasında dava - VİDEO 21 Oktyabr 2019, 23:15 Prezidentdən Universitetə yubiley təbriki 21 Oktyabr 2019, 22:57 Məcburi köçkün uşaqlar Beynəlxalq Qızlar Gününü qeyd etdi 21 Oktyabr 2019, 22:42 "Traktor" qələbə qazanaraq liderlə xallarını bərabərləşdirdi 21 Oktyabr 2019, 22:24 Pakistan prezidenti bu həftə Bakıya gələcək 21 Oktyabr 2019, 22:06 Terrorçular fəhlələri atəşə tutdu 21 Oktyabr 2019, 21:53 Prezident çağırış etdi - Digər pensiyaçı məmurlardan kimlər istefa verəcək?.. 21 Oktyabr 2019, 21:44 90 sahibkarlıq subyektinə 7,2 milyon manat ixrac təşviqi ödənilib 21 Oktyabr 2019, 21:29 Prezident Hacıbala Abutalıbova: “Hesab edirəm ki, 70 yaşını keçən iqtidarda təmsil olunanlar da sizin nümunənizi təkrar edəcəklər” - YENİLƏNİB 21 Oktyabr 2019, 21:14 İran da Türkiyəyə qarşı çıxır 21 Oktyabr 2019, 21:13 Baş Nazirə qarşı homoseksual zorakılıq İTTİHAMI 21 Oktyabr 2019, 20:58 Əli Həsənov işdən çıxmaq ərizəsi yazıb: “71 yaşınız var və gənc kadrlara yer vermək üçün yaxşı nümunə göstərirsiniz”  - YENİLƏNİB 21 Oktyabr 2019, 20:47 Vitse-prezident Azərbaycana gəlir 21 Oktyabr 2019, 20:30 Masazırda faciə: 25 yaşlı gənc iş yerində öldü 21 Oktyabr 2019, 20:17 Bu ölkədə milyarderlərin sayı il ərzində 50 faiz artıb 21 Oktyabr 2019, 20:06 Yarmarkaya buraxılmayan balların aqibəti necə oldu? 21 Oktyabr 2019, 20:00 Sabah Sumqayıt və Gəncədə qaz olmayacaq 21 Oktyabr 2019, 19:49 "Heç bir pataloji hal aşkar edilməyib" - DİN rəsmisindən Tofiq Yaqublu AÇIQLAMASI 21 Oktyabr 2019, 19:40 UNEC-də “Elm həftəsi”nə start verilib - FOTO 21 Oktyabr 2019, 19:31 ABŞ-ın Azərbaycandakı səfirliyi icazəsiz mitinqlə bağlı bəyanat YAYDI 21 Oktyabr 2019, 19:22 İstanbul Konvensiyasının imzalanmasına dair təkliflər paketi hökumətə təqdim olunub - Dövlət Komitəsi 21 Oktyabr 2019, 19:13 Mübariz İbrahimovu təhqir edən  psixoloqa cəza istənilib - 3 il 21 Oktyabr 2019, 19:04 “Qarabağ” - APOEL oyunu slovakiyalı hakimlərə tapşırıldı 21 Oktyabr 2019, 18:55 Hərbi Dəniz Qüvvələrinin taktiki təlimləri bitib - VİDEO - FOTO 21 Oktyabr 2019, 18:46 XİN Avropa Şurasının İnsan hüquqları üzrə Komissarının bəyanatına münasibət bildirdi 21 Oktyabr 2019, 18:37 Qeydiyyatda olan narkomanların sayı AÇIQLANDI 21 Oktyabr 2019, 18:28 Moskvada Heydər Əliyevin xatirə lövhəsinin açılış mərasimi keçirilib - FOTO 21 Oktyabr 2019, 18:19 AFFA iki oyunçunu futboldan uzaqlaşdırdı 21 Oktyabr 2019, 18:10 Ülvi Quliyev: “Seçicilərim adından icazəsiz aksiyaları pisləyirəm” 21 Oktyabr 2019, 18:03