Modern.az

Bakı məktəblərinə 33 yeni direktor təyin olunub

Bakı məktəblərinə 33 yeni direktor təyin olunub

12 İyun 2019, 18:06

2018-2019-cu dərs ilinə hazırlıq çərçivəsində Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyində fəaliyyət göstərən 13 məktəbdə əsaslı təmir işləri aparılıb.

Bu barədə  Modern.az-a Bakı Şəhəri Təhsil İdarəsibndən  məlumat verilib.

Bildirilib ki, mövcud olan 4 məktəbin binası yenilənib və ehtiyac olan ərazilərdə 2 yeni məktəbin inşası başa çatıb.

Eləcə də 224 təhsil müəssisəsində cari təmir və mühəndis kommunikasiya işləri aparılıb.

2 məktəbdə əsaslı təmir işləri davam etdirilir. 3 məktəb üçün köhnə korpusların sökülərək yeni bina və korpusların tikintisinə inşasına başlanılıb.


Məktəb direktorlarının işə qəbulu üzrə keçirilən müsabiqə nəticəsində Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki təhsil müəssisələrinə 2018-2019-cu tədris ili ərzində 33 nəfər direktor vəzifəsinə işə qəbul edilib.

2018-2019-cu tədris ilində 400 nəfərin müxtəlif vəzifələrə işə qəbulu həyata keçirilib.

2018-2019-cu tədris ilində təşkil edilən müsabiqələr vasitəsilə BŞTİ-nin tabeliyindəki ümumi təhsil müəssisələrində 61 nəfər təlim-tərbiyə işləri üzrə direktor müavini vəzifəsinə, 25 nəfər tərbiyə işləri üzrə direktor müavini (təşkilatçı) vəzifəsinə, 30 nəfər psixoloq vəzifəsinə, 29 nəfər kitabxanaçı vəzifəsinə, 16 nəfər gənclərin çağırışaqədərki hərbi hazırlığı üzrə rəhbər vəzifəsinə, 44 nəfər uşaq birliyi təşkilatı rəhbəri vəzifəsinə, 190 nəfər laborant vəzifəsinə, 5 nəfər BŞTİ-nin nəzdində fəaliyyət göstərən Təlimə Dəstək Mərkəzinə işə qəbul olunub.

Ümumilikdə, 400 nəfərin işə qəbulu həyata keçirilib:

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Əli Kərimli və Sevinc Osmanqızının vəziyyəti pisləşib:Komaya düşüblər