Arxiv
16 İyun 2019, 14:10 | TƏHSİL
Prezident təmirə 40 milyon manat ayırdı - Məktəblərdə yenə də şagirdlərdən pul yığılır

Prezident İlham Əliyev “Bakı şəhərində və onun qəsəbələrində təhsil müəssisələrinin tikintisi və təmiri ilə bağlı tədbirlər haqqında” sərəncam imzalayıb. Sərəncama əsasən, Bakı şəhəri və onun qəsəbələrində təhsil müəssisələrinin tikintisi, əsaslı təmiri və bərpası işlərinin davam etdirilməsi məqsədilə Bakı Şəhər İcra Hakimiyyətinə  40.0 (qırx) milyon manat ayrılıb. 2018/2019-cu tədris ilinin son günlərində isə Bakının əksər orta məktəblərində şagirdlərdən məktəblərin təmiri üçün 5, 10, 20, hətta 50 manat yığılıb. Məbləğ orta məktəbin yerləşdiyi qəsəbəyə və təhsil alan şagirdlərin maddi vəziyyətinə görə dəyişir. Rəsmilər hər nə qədər “məktəblərdən pul yığılmır, pul yığıla bilməz” desələr də, görünən kəndə bələdçi gərək deyil!

 

Təhsil eksperti Kamran Əsədov Modern.az-abildirib ki, “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası” təhsili konkret proqramlar əsasında qarşıya qoyulmuş hədəf və məqsədlərin fonunda inkişaf dinamikası baxımdan mühüm əhəmiyyət kəsb edir:

“Dövlət Strategiyasının əsas hədəfləri sırasında Azərbaycanın inkişaf konsepsiyasına uyğun olaraq hər bir şəxs üçün bərabər, keyfiyyətli təhsil imkanlarının yaradılması, təhsil sisteminin institusional əsaslarının, infrastrukturunun və insan resurslarının inkişaf etdirilməsi məsələlərinə xüsusi yer verilib. Bütün bunlar texnologiyaları çevik mənimsəməyə, əmək bazarında layiqli yer tutmağa və ömür boyu təhsil prosesinə qoşulmağa imkan verən strateji və konseptual məqamlardır. Bu baxımdan, Azərbaycanda təhsil infrastrukturunun müasir tələblərə uyğun qurulması, təhsilin məzmununun yeniləşdirilməsi, təhsil alanların nailiyyətlərinin qiymətləndirilməsi üzrə yeni model və mexanizmlərin tətbiqi, əmək bazarının tələbatına uyğun kadr hazırlığı və təminatının yaxşılaşdırılması, təhsil-müəssisələrinin informasiya-kommunikasiya texnologiyaları ilə təmin edilməsi və təhsil sisteminin informasiyalaşdırılması, məktəbəqədər, texniki peşə, ali təhsil, xaricdə təhsil, istedadlı uşaqların inkişafı, xüsusi qayğıya ehtiyacı olan uşaqların təhsilinin təşkili və digər bu kimi sahələrdə mühüm irəliləyişlər və uğurlar əldə olunub”.

 

K.Əsədov qeydedib ki, dövlətin təhsillə bağlı strategiyasının həyata keçirilməsində Heydər Əliyev Fondunun fəaliyyəti xüsusilə diqqət çəkir:

“Heydər Əliyev Fondu təhsil sahəsinə hər zaman xüsusi diqqət ayırıb. Fondun prezidenti, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın bu sahəyə verdiyi önəmin bariz nümunəsi kimi ölkənin hər yerində, ən ucqar kəndlərdə belə, yeni məktəb binalarının tikintisini və həyata keçirilən digər layihələri misal göstərmək olar. Fondun xətti ilə inşa olunan orta məktəblərin sayı bu gün 3500-dən yuxarıdır. Fondun təhsil sahəsində gördüyü işlər sırasında müxtəlif bölgələrdə reallaşdırılan “Yeniləşən Azərbaycana yeni məktəb” proqramı müstəsna əhəmiyyət daşıyır. Son 3 ildə Azərbaycanda məktəbə hazırlıqla əhatəlilik səviyyəsi 24%-dən 65%-ə qədər qalxıb, heç vaxt məktəbəhazırlıq təşkil edilməyən yüzlərlə yaşayış məntəqəsi əhatə edilib. Ölkə ərazisində məktəbəhazırlığın əhatə dairəsinin 90 faizə çatdırılmasını nəzərdə tutulub. 2018-2019-ci dərs ilində ölkə üzrə 722 məktəbin təmayüllü 1206 onuncu sinfinə 27 005 nəfər şagird cəlb olunub. Bütün bunlar təhsil sisteminə, onun infrastrukturunun inkişafına ayrılmış vəsaitlərin səmərəli istifadə olunduğunu göstərir”.

 

Ekspert məktəblərdə təmir üçün yığılan pullara görə, direktorları ittiham edib:

“Orta məktəblərdə şagirdlərdən təmir üçün vəsait yığılması yolverilməzdir. Məktəbin təmiri üçün şagirdlərdən hər hansı bir vəsait yığıla bilməz. Çünki bütün təmir və tikinti işləri dövlət büdcəsinin vəsaiti hesabına həyata keçirilir. Şagirdlərdən bu məqsədlə pul yığılması qanunsuzdur və bunu direktor öz məqsədi üçün edir”.

 

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Bakıda qonşular arasında qanlı mübahisə 16 Noyabr 2019, 00:46 Tiflisdə  yenidən etirazlar başladı 16 Noyabr 2019, 00:24 Bakıda yanğın: 10 nəfər təxliyə olundu 16 Noyabr 2019, 00:09 Azərbaycan neftinin qiyməti dəyişdi 15 Noyabr 2019, 23:47 Gəncədə həyat yoldaşını qətlə yetirən şəxs saxlanıldı 15 Noyabr 2019, 23:32 Aksiyada polisə qarşı nalayiq hərəkət edən jurnalist cərimələnib 15 Noyabr 2019, 23:16 “Instagram” laykların sayını gizlətməyə başlayıb 15 Noyabr 2019, 23:03 Bakıda 25 yaşlı gənc küçədə bıçaqlandı 15 Noyabr 2019, 22:46 Boşanan kişilər üçün sığınacaq yaradılır 15 Noyabr 2019, 22:29 Gəncədə oğul atasını qətlə yetirdi 15 Noyabr 2019, 22:13 Tramp impiçment  barədə danışdı 15 Noyabr 2019, 21:54 Mühacir skandalı böyüyür: Arif Hacılı mətbuat konfransı keçirəcək 15 Noyabr 2019, 21:37 5 PKK terrorçusu zərərsizləşdirildi 15 Noyabr 2019, 21:25 Krım zooparkında cırtdan donuzlar məhv edildi - SƏBƏB 15 Noyabr 2019, 21:11 Generaldan plyonka ilə bağlı göstəriş - RƏSMİ 15 Noyabr 2019, 20:55 İlham Əliyev Xalq Cəbhəsi dövründən danışdı: Bu canilər vətəndaş müharibəsi təşkil etmişdilər   15 Noyabr 2019, 20:37 "Yaxşı nəticələr qazanmaq üçün optimist olmalıyıq" - Nikola Yurçeviç 15 Noyabr 2019, 20:19 İŞİD-in əsas rəhbərlərindən daha biri həbs edildi 15 Noyabr 2019, 20:06 Bərdədə 19 yaşlı gənc bıçaqlandı 15 Noyabr 2019, 20:00 Azərbaycan həmişə ABŞ-ın dəstəyini hiss edib - SPİKER 15 Noyabr 2019, 19:48 Rəfael Piriyev deportasiya edilmək üçün Fransadan Almaniyaya GƏTİRİLDİ 15 Noyabr 2019, 19:36 Azərbaycan meyvə-tərəvəz ixracını artırıb   15 Noyabr 2019, 19:20 “Azəriqaz”ın yeni rəhbəri istixana sahibləri ilə görüşüb - FOTO 15 Noyabr 2019, 19:10 Bu yollarda sürət həddi endirildi 15 Noyabr 2019, 19:00 Fikrət Məmmədov vətəndaşları qəbul edib - FOTO 15 Noyabr 2019, 18:50 Yasamalın yeni icra başçısının sakinlərlə ilk görüşü - FOTOLAR 15 Noyabr 2019, 18:42 Vergilər Nazirliyində iqtisadçı ekspertlərlə görüş keçirilib - FOTO 15 Noyabr 2019, 18:32 Göygöldə yol qəzası baş verdi - Ölən və yaralananlar var 15 Noyabr 2019, 18:24 Bu gün hamı Universitet deyirdi - FOTO   15 Noyabr 2019, 18:15 İlham Əliyev ABŞ-ın Xristian Liderlər Konqresinin rəhbərini qəbul edib 15 Noyabr 2019, 18:07 S-400 raketləri Azərbaycanda yerləşdirilə bilərmi? 15 Noyabr 2019, 18:00 Əməliyyat təliminin son mərhələsi keçirilib - VİDEO 15 Noyabr 2019, 17:54 Lerikin 3 kəndinə qaz verildi - FOTO 15 Noyabr 2019, 17:45 İstirahət günlərinin HAVA PROQNOZU 15 Noyabr 2019, 17:37 Müsavat mühacir alveri ilə bağlı yeni açıqlama yaydı 15 Noyabr 2019, 17:30