Modern.az

Ağstafadakı dəhşətli cinayətin daha bir görüntüsü yayıldı - VİDEO

Ağstafadakı dəhşətli cinayətin daha bir görüntüsü yayıldı - VİDEO

Aktual

19 İyun 2019, 00:46

Ötən gün Ağstafa rayonunun Böyük Kəsik kəndinin ərazisindəki kənd təsərrüfatı məhsullarının satış bazarında baş verən güllələnmənin daha bir videosu yayılıb.

 

Modern.az xəbər verir ki, cinayət rayonun Sadıxlı kənd sakini Elnur Süleymanov tərəfindən şəxsi münasibətlər zəminində qisas almaq niyyəti ilə “Kalaşnikov” markalı avtomat silahdan istifadə etməklə törədilib.

 

Hadisə nəticəsində dörd nəfər ölüb, dörd nəfər yaralanıb.

 

E.Süleymanov Ağstafa Rayon Polis Şöbəsinə könülü gələrək təslim olub, cinayətin aləti olan odlu silahı istintaq orqanına təqdim edib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ: Sülhməramlılar bu ərazini tərk etdi, polisimiz gəldi