Arxiv
22 İyun 2019, 12:26 | TƏHSİL
Moskva Dövlət Universitetinin Bakı filialı tələbə qəbulu elan edir - ŞƏRTLƏR

M.V. Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialı 2019/2020-ci tədris ili üçün aşağıdakı istiqamətlər üzrə tələbə qəbulu elan edir (bakalavr pilləsi, rus dilində təhsil, əyani şöbə):

 

Hazırlıq istiqamətləri və təhsil proqramları

Qəbul planı

Dövlət sifarişli yerlərin sayı

Ödənişli yerlərin sayı

Filologiya fakültəsi

45.03.01 Filologiya

33

30

3

Təhsil proqramı “Rus dili və ədəbiyyatı”

11

10

1

Təhsil proqramı “Müasir Qərbi Avropa dilləri və ədəbiyyatı” (ingilis və italyan dilləri)

22

20

2

Tətbiqi riyaziyyat fakültəsi

02.03.01 Riyaziyyat və kompüter elmləri

26

25

1

Kimya fakültəsi

04.03.01 Kimya

27

25

2

Psixologiya fakültəsi

37.03.01 Psixologiya

30

25

5

İqtisadiyyat fakültəsi

38.03.01 İqtisadiyyat

14

13

1

38.03.02 Menecment

13

12

1

Fizika fakültəsi

03.03.02 Fizika

27

25

2

 

Bundan əvvəl Azərbaycan Respublikası (AR) büdcəsi hesabına bakalavr səviyyəsi üzrə ali təhsil almayan Azərbaycan vətəndaşları və Azərbaycan Respublikasında daimi yaşayan və əvvəllər Azərbaycan Respublikası büdcəsi hesabına bakalavr səviyyəsi üzrə ali təhsil almayan əcnəbilər üçün təhsil ödənişsizdir. Bu şəxslər yalnız dövlət sifarişi ilə ayrılmış yerlərə iddia edirlər və qəbul sınaqlarında topladıqları ballara və qəbul planına uyğun olaraq bu yerlər üçün ümumi müsabiqədə iştirak edirlər. MDU-nun Bakı filialının bakalavr pilləsinə daxil olmaq istəyən şəxslər Filialda keçiriləcək qəbul sınaqlarında iştirak etmək hüququ qazanmaq üçün Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən keçirilən yaz qəbul imtahanlarında (12 may və 19 may 2019-cu il) hər hansı bir ixtisas qrupu üzrə 150 və ya daha çox bal toplamalıdırlar.

 

Bundan əvvəl Azərbaycan Respublikası büdcəsi hesabına ali təhsil almış Azərbaycan Respublikası vətəndaşları və əvvəllər Azərbaycan Respublikası büdcəsi hesabına ali təhsil almış Azərbaycan Respublikasında daimi yaşayan əcnəbilər, həmçinin vətəndaşlığı olmayan şəxslər və Azərbaycan Respublikasında daimi yaşamayan əcnəbilər üçün təhsil forması ödənişlidir. Bu şəxslər yalnız ödənişli yerlərə iddia edə bilərlər, onlar qəbul sınaqlarında topladıqları ballara və qəbul planına uyğun olaraq bu yerlər üçün ümumi müsabiqədə iştirak edirlər və Filialın təşkil etdiyi qəbul sınaqlarına DİM-in keçirdiyi test imtahanında iştirak etmədən buraxılırlar.

 

Azərbaycan vətəndaşları üçün bakalavr pilləsi üzrə illik təhsil haqqı 1750 manat, xarici vətəndaşlar üçün isə 1100 ş.v. təşkil edir.

Bakalavr pilləsinə ərizə qəbulu elektron qaydada 29 may 2019-cu ildən 1 iyul 2019-cu ilədək (qeydiyyat 10:00-da yekunlaşacaq) keçirilir. Ərizəni Filialın http://msu.az saytında və yaxud DİM-in http://dim.gov.az/ saytında vermək olar.

İmtahanqabağı məsləhət və imtahan günlərində Filiala qəbul olmaq istəyən şəxslərin üzərində aşağıdakı sənədlər olmalıdır:

 

Şəxsiyyəti təsdiq edən sənəd;

Elektron qeydiyyat sistemindən çap olunmuş şəxsi imzası olan buraxılış vərəqəsi.

Birinci məsləhət və birinci imtahan zamanı abituriyent özü ilə şəxsiyyət vəsiqəsi və buraxılış vərəqəsindən əlavə, orta məktəbi müvəffəqiyyətlə bitirməsi haqqında attestat və ya məktəbdən arayış (attestat olmadığı halda) gətirməlidir.

Bütün məsləhət saatları və imtahanlar Bakı şəhəri, Binəqədi rayonu, Xocasən qəs, Universitet küç.,1 ünvanında keçiriləcək.

Miqrasiya Xidməti tərəfindən verilən daimi (seriya DYİ) və ya müvəqqəti yaşayış (seriya MYİ) haqqında sənədi olan xarici vətəndaşlar qeydiyyat zamanı bu sənədin seriya və nömrəsini göstərməlidirlər.

 

Yuxarıda göstərilən sənədləri olmayan (FİN kodu olmayan) xarici vətəndaşlar elektron qeydiyyat sistemində xarici pasportun məlumatlarını göstərməli və Filiala 2-4 iyul 2019-cu il tarixlərində (2 iyul saat 10:00-dan 17:00-dək və 3-4 iyul tarixlərində saat 10:00-dan 12:00-dək) Bakı şəhəri, Binəqədi r-nu, Xocahəsən qəsəbəsi, Universitet küçəsi, 1 ünvanına şəxsən gələrək imtahana buraxılış vərəqəsini və ərizəni təsdiqləməlidirlər.

Qeydiyyatdan keçmək üçün aşağıdakı sənədlər tələb edilir:

 

  • Şəxsiyyəti təsdiq edən sənəd;
  • Elektron qeydiyyat sistemindən çap olunmuş şəxsi imzası olan buraxılış vərəqəsi;
  • Elektron qeydiyyat sistemindən çap olunmuş şəxsi imzası olan ərizəsi;
  • Ümumi orta təhsil, orta peşə təhsili və ya ali təhsil haqqında sənədin əsli və əgər sənəd Azərbaycan Respublikası və ya Rusiya Federasiyası tərəfindən verilməyibsə, notarial qaydada rus dilində tərcüməsi;
  • 3x4 ölçülü 4 ədəd fotoşəkil (6 aydan az müddət əvvəl çəkilmiş rəngli, başıaçıq, mat kağızda).

Qəbulla bağlı bütün məlumatlar, o cümlədən sənəd qəbulunun müddəti, qəbul sınaqlarının tarixləri, həmçinin siyahılar MDU-nun Bakı Filialının http://msu.az/ saytında və məlumat stendlərində yerləşdirilir.

 

Aşağıdakı məlumata diqqət yetirilməsi xahiş olunur:

Filialın qəbul imtahanlarından keçə bilməyən abituriyentlər DİM-in digər ali məktəblərə keçirdiyi müsabiqədə iştirak edə bilərlər; Filiala qəbul olunan şəxslər DİM siyahılarından çıxarılır və sonradan Azərbaycan Respublikasının digər ali məktəblərinə daxil olmaq üçün müsabiqədə iştirak etmirlər; Filialda təhsil prosesi M.V. Lomonosov adına MDU-nun tədris planları və proqramları üzrə həyata keçirilir; Dərslər, əsasən, M.V. Lomonosov adına MDU-nun professor-müəllim heyəti tərəfindən aparılır; Filialın məzunlarına MDU-nun diplomu verilir.

 

E-mail:[email protected]

Əlaqə nömrəsi: +99412 409 33 71

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
İsti hava 6 nəfərin həyatına son qoydu 20 İyul 2019, 21:24 Moskvada 12 min insan etiraza qalxdı 20 İyul 2019, 21:09 Astarada DTX polkovniki həbs edildi 20 İyul 2019, 20:51 Nazir 261 nəfəri xidmətə qəbul etdi 20 İyul 2019, 20:32 Direktor olmaq üçün 2 273 namizəd ərizəsini təsdiqlədi 20 İyul 2019, 20:19 Türkiyə diplomatlarını öldürənlər ələ keçirildi 20 İyul 2019, 20:02 Qusarda qoyun oğruları tutuldu 20 İyul 2019, 17:43 Dənizdə batdığı ehtimal edilən şəxsin axtarışları aparılır 20 İyul 2019, 17:15 Gömrük Komitəsinin sədri media ilə əlaqələri genişləndirmək istəyir 20 İyul 2019, 17:06 Bakıda yanğın - 6 nəfər təxliyə olundu 20 İyul 2019, 16:52 Yaqub Mahmudov jurnalistlərə təbrik ünvanladı 20 İyul 2019, 16:32 Gömrük 46 min dollarlıq telefonlara 28 min manat rüsum alıb - RƏSMİ 20 İyul 2019, 16:25 Bakıda “avtoşluq” edib sosial şəbəkələrdə yayan sürücü həbs edildi 20 İyul 2019, 16:16 Vilayət Eyvazov sıra baxışı keçirdi 20 İyul 2019, 16:14 Ekspert yay məktəblərinə qarşı çıxdı 20 İyul 2019, 15:26 Zakir Həsənov düşmənə zərbə endirməyi tapşırdı 20 İyul 2019, 15:17 Mirmahmud Mirəlioğlu Leyla Yunus haqda sərt DANIŞDI: “Erməni gəlini” 20 İyul 2019, 15:00 İlham Əliyev Belçika Kralını təbrik edib 20 İyul 2019, 14:38 İlham Əliyev Avropa Olimpiya Komitələrinin prezidentini qəbul etdi - YENİLƏNİB 20 İyul 2019, 14:09 Prezident onları mükafatlandırdı – 10  mindən 50 minə qədər... 20 İyul 2019, 13:46 Sabahın hava proqnozu – külək əsəcək 20 İyul 2019, 13:43 Taksi sürücüsünə 16 bıçaq zərbəsi vurub quldurluq etdilər  20 İyul 2019, 13:39 Milli Mətbuat günündə Azercell-dən hədiyyə! 20 İyul 2019, 13:34 Anar Məmmədxanlı barəsində sənədli film çəkildi: “Kapitan”  20 İyul 2019, 13:29 Şəmkir sakininin cibindən 5500 manat oğurlandı 20 İyul 2019, 13:28 Avaraçılıq və dilənçiliklə məşğul olan 22 nəfər saxlanıldı 20 İyul 2019, 13:20 Azərbaycan Vaşinqtonda 2-ci Nazirlər Konfransında iştirak edib 20 İyul 2019, 13:19 Ötən gün Bakıda 1102 sürücü cərimələndi 20 İyul 2019, 13:17 İcra məmurlarına qarşı çıxan 954 şəxs cəzalandırılıb 20 İyul 2019, 13:16 Lukaşenko 6 min məhkumu əfv etdi 20 İyul 2019, 13:12 Azan gəmilər limanına yan alarkən 20 İyul 2019, 12:57 Pənah Hüseyndən Leyla Yunusa sərt CAVAB: “Ağılsız köpək” 20 İyul 2019, 12:39 Zelenski müdafiə nazirini itələdi - VİDEO 20 İyul 2019, 12:35 Van Damm Bodrumda dincəlir - FOTOLAR 20 İyul 2019, 12:21 İsmayıllıda arvadı ilə dalaşan ər intihar etdi 20 İyul 2019, 12:12