Arxiv
3 İyul 2019, 03:09 | MƏDƏNİYYƏT
İctimai xadim, yaradıcı insan - Leyla Əliyeva: “Gedim bir az ağlayım - VİDEO

Bu gün Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın doğum günüdür. 

Modern.az-ın məlumatına görə, Leyla Əliyeva 1985-cı ilin iyulun 3-də Moskva şəhərində anadan olub.

O, Bakıda 160 saylı məktəbdə oxuyub. İsveçrədə və Böyük Britaniyada ali təsil alıb. Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunda magistr pilləsini bitirib. L.Əliyeva Heydər Əliyev Fondunun vitse-prezidenti olmaqla yanaşı, həmçinin Moskvada rus dilində nəşr olunan "Baku" jurnalının baş redaktoru, Rusiya Azərbaycanlı Gənclər Təşkilatının (RAGT) sədri, İslam Əməkdaşlıq Təşkilatının Gənclər Forumunun baş əlaqələndiricisidir.

2006-cı il aprel ayının 30-da Rusiyanın tanınmış iş adamı Araz Ağalarovun oğlu Emin Ağalarovla ailə həyatı qurub. 1 dekabr 2008-ci ildə Mikayıl və Əli adlı əkiz oğlanları dünyaya gəlib. 2015-ci ildə isə cütlüyün özü qarşılıqlı anlaşma şəraitində ailə münasibətlərinə son verdiklərini, ancaq dost olaraq qaldıqlarını bəyan ediblər.

Leyla Əliyeva 2011-ci il, iyulun 4-də Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Azərbaycan diasporunun inkişafı sahəsindəki xidmətlərinə gorə "Tərəqqi" medalı ilə təltif olunub. 

O, bu gün ictimai xadim olaraq bir sıra sahələrdə aktiv fəaliyyət göstərir. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə bir neçə ildir gerçəkləşdirilən “Xocalıya ədalət” beynəlxalq kampaniyası çərçivəsində dünyanın müxtəlif ölkələrində Xocalı soyqırımı həqiqətləri bəşəriyyətin diqqətinə çatdırılıb. Kampaniyanın məqsədi Xocalı soyqırımı haqqında həqiqətlərin dünyada yayılması, bu faciənin Azərbaycan xalqına qarşı soyqırımı kimi tanınmasına nail olmaqdır. 
Bugünədək Avropa, Asiya, Afrika, Şimali və Cənubi Amerikanın onlarla ölkəsində faciə ilə əlaqədar tədbirlər keçirilib. Tədbirlər çərçivəsində müxtəlif ölkələrin parlamentləri və dövlət qurumları qarşısında etiraz aksiyaları, piketlər, habelə seminarlar, konfranslar keçirilib, kitablar nəşr olunub, filmlər çəkilib. “Xocalıya ədalət” kampaniyası sayəsində Xocalı faciəsi bir sıra dövlətlər və beynəlxalq təşkilatlar tərəfindən tanınıb.

Qeyd edək ki, Leyla Əliyeva həm də yaradıcılıq fəaliyyətilə də məşğuldur, o şeir yazır, rəsm əsərləri çəkir.

Leyla Əliyevanın rus dilində yazdığı bəzi şeirlər ilk dəfə yazıçı-publisist Mahir Qabiloğlunun tərcüməsində Modern.az saytında dərc olunub. Onun 56 şeiri Azərbaycan dilində Modern.az-da işıq üzü görüb.

Leyla Əliyevanın Azərbaycan dilinə tərcümə olunmuş həmin şeirlərindən birini təqdim edirik. “Gedim bir az ağlayım” adlı bu məşhur şeirə həm də mahnı bəstələnib. Mahnını Xalq artisti Gülyanaq Məmmədova Xalq artisti Nurəddin Mehdixanlıyla birgə ifa edib.
“Gedim bir az ağlayım” mahnısının musiqisi bəstəkar Ruslan Səfəroğluya məxsusdur.

Gedim bir az ağlayım 

Gedim bir az ağlayım, 
Elə-belə... astaca. 
Ürəyimi gizlədim yastığımın altında. 
Pəncərəni açaraq 
Kövrəlmiş ürəyimi 
Bəlkə həyətə atım?! 
Həyatın ağuşuna?! 
Yox, yaxşısı budur ki, 
Gedim bir az ağlayım, 
Elə-belə... astaca. 

Kimsə duyuq düşməsin 
Kədərimdən, qəmimdən, 
Durub yol alım bağa 
Astaca ağlamağa... 
Götürüm ürəyimi 
Atım çoşan ümmana – 
Dalğaların qoynuna. 
Heç dinə də bilməsin - 
“Niyə sığmır sinəmə?” 
Gah tufan, gah da rüzgar 
Apardıqca uzağa... 

Yox! Yaxşısı budur ki, 
Qoy dirrikdə basdırım, 
Dirilib çiçək olsun. 
Ya da ki, bala tutum, 
Acısın unutdurum. 
Özümü aldatsam da, 
Qoy ruhu ovundurum, 
Acısın unutdurum. 

Ya dostları çağırım 
Axşam vaxtı mən şama - 
Şərab içək doyunca. 
Könlümü də versinlər, 
Büllur qabda ortaya, 
Dostlar ondan dadsınlar, 
Dadıb, gəlsinlər cana. 

Budur, orda uşaqlar 
Atılırlar-düşürlər, 
Bəlkə topları yoxdu? 
Qoy verim ürəyimi 
Qovsunlar yorulunca... 

Yox! 
Artıq kədərlənmək yox! 
Ürəyin dediyiylə 
Oturmaq yox, durmaq yox! 
Atım onu bazarda, 
Ya da sizə verəcəm, 
Elə-belə, bədava. 

Gecənin sükutunda 
Ürəyimlə tənhayam. 
Yağış yağır, islanır 
Çətir tutmuram ona 
Qoy incisin... 
Nə qədər 
oyun açıb başıma... 

Hərdən üsyana qalxıb 
Həm Günəşə, həm Aya 
Hayqırıram: “Götürün, 
Verdim onu Allaha!” 
Amma qərar vermədim, 
Neyçin qərar vermədim, 
Bu geniş ürəyimi 
Sənə bağışlamağa?!  

VIDEO
BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Hərbi müəssisələrdə və təcridxanalarda epidemioloji vəziyyət stabildir 29 May 2020, 20:00 Nazirlikdən hava xəbərdarlığı - temperatur 4 dərəcə aşağı enəcək 29 May 2020, 19:56 Uşaq bağçaları nə vaxt açılacaq? - TƏBİB-dən AÇIQLAMA   29 May 2020, 19:52 Koronavirus xəstələri üçün 7 min çarpayı ayrılıb 29 May 2020, 19:44 Qışda koronavirusun ikinci dalğası ola bilər - RƏSMİ 29 May 2020, 19:36 Tural Gəncəliyev Qarabağ separatçılarının rəhbərinə CAVAB VERDİ 29 May 2020, 19:30 Rayonlara gediş-gəliş nə vaxt bərpa olunacaq? - RƏSMİ AÇIQLAMA 29 May 2020, 19:25 Şənbə və bazar günləri məhdudiyyətlər tətbiq olunacaq - Operativ Qərargah 29 May 2020, 19:18 190 manat iyunda da veriləcək? - RƏSMİ CAVAB 29 May 2020, 19:10 Xaricdən gələnlər arasında çox sayda koronavirusa yoluxanlar var 29 May 2020, 19:05 Koronavirus xəstələrinin evdə qalması məcburi olacaq 29 May 2020, 19:01 Yas yerlərində kütləvi yoluxma halları var - Operativ Qərargah 29 May 2020, 18:59 Azərbaycanda koronavirusdan ölənlərin yaş qrupları açıqlandı 29 May 2020, 18:51 Gəncə və Naxçıvana uçuşlar bu tarixdə bərpa olunacaq 29 May 2020, 18:47 Azərbaycanda koronavirusa yoluxanların 5 faizi uşaqlardır 29 May 2020, 18:43 Rayonlarda karantin rejimi yenidən sərtləşdirilə bilər 29 May 2020, 18:40 Azərbaycanda koronavirusa ən çox yoluxma bu bölgədə olub - RƏSMİ 29 May 2020, 18:36 Gələn həftə Britaniyadan Azərbaycana çarter reysi təşkil olunacaq 29 May 2020, 18:32 Hansısa rayonda ocaq aşkarlanarsa, orda xüsusi karantin rejiminin tətbiq olunacaq - Operativ Qərargah 29 May 2020, 18:25 Tibbi maska ilə bağlı cərimə Milli Məclisdə müzakirə olunur 29 May 2020, 18:17 Maskalardan istifadə və sosial məsafənin qorunmasına nəzarət ciddi olacaq - İbrahim Məmmədov 29 May 2020, 18:10 Azərbaycanda koronavirusa yoluxma sayı rekord həddə çatı - daha 2 nəfər vəfat etdi 29 May 2020, 18:03 Operativ Qərargah brifinq keçirir - Canlı yayım 29 May 2020, 18:00 Pərvin Kərimzadə: “Qobu Park-3” ardıcıl və məqsədyönlü siyasətin davamıdır   29 May 2020, 17:58 UNEC-in 90 illiyinə həsr olunan beynəlxalq elmi konfrans keçirilib 29 May 2020, 17:51 Əli Əsədov MDB Hökumət Başçıları Şurasının iclasında iştirak edib 29 May 2020, 17:46 Qüvvədə qalan qadağaların tam SİYAHISI 29 May 2020, 17:40 Böyük Britaniya honkonqlulara vətəndaşlıq verə bilər 29 May 2020, 17:35  Kinoteatr və əyləncə mərkəzləri  BAĞLI QALDI 29 May 2020, 17:28 Maska taxmaq məcburi olan yerlərin TAM SİYAHISI 29 May 2020, 17:26 Bu tarixdən dövlət qurumları tam heyətlə fəaliyyətə başlayır 29 May 2020, 17:21 Kafe-restoranların iş saatı uzadıldı 29 May 2020, 17:15 Açıq havada keçirilən idman yarışlarına icazə verildi 29 May 2020, 17:08 Dörd əsrdən çox yaşı olan konyak 146 min dollara satıldı 29 May 2020, 17:03 İri ticarət mərkəzləri və “Mall”lar bu tarixdə AÇILIR 29 May 2020, 16:58