Modern.az

Azərbaycanda taxıl biçini ilə bağlı yaranan problemlər...

Azərbaycanda taxıl biçini ilə bağlı yaranan problemlər...

6 İyul 2019, 13:05

Azərbaycanda   bu il ümumilikdə  1 milyon 9 min 139,8 hektar sahədə taxıl əkini aparılıb. Bunlardan 677 min 793 hektarı buğda, 331 min 346,8 hektarı arpa sahəsidir.

 

Artıq bir neçə  aydır ki, biçin işləri başlayıb. Biçin ilə əlaqədar Modern.az-a danışan Kənd Təsərrüfatı Nazirliyinin (KTN) İctimiayyətlə əlaqələr şöbəsinin mətbuat katibi  Vüqar Hüseynov deyir ki, heç bir bölgədə texniki çatışmazlıq yoxdur.

 

“Kombayn və ya başqa texniki çatışmazlıq olsaydı biçini yekunlaşdıra bilməzdik. Artıq biçin başa çatmaq üzrədir. Dəqiq hesabat hazır olmasa da, təxminən 87  faiz taxıl biçilmiş sayılır. Aran rayonlarında biçin yekunlaşıb, dağlıq ərazilərdə isə  yekunlaşmaq üzrədir.  Xüsusən dağlıq ərazilərdə Cəlilabad və Yardımlı rayonlarında növbəli biçin təşkil etmişik.  Yəni bir kəndin ərazisində biçin tamamilə qurtardıqadan sonra  növbəti kəndin ərazisinə keçirilir”.

 

 Vüqar Hüseynov bildirir ki, dağlıq , maili ərazilərdə kombaynların işləməsi ilə  əlaqədar problemlər yaranır.

 

“Həmin ərazilərdə texniki problemlərin yaranması artıq bizdən aslı olan səbəb deyil.  Çünki maililik bucağı çox böyük olur, kombaynın aşma təhlükəsi yaranır.  Danışıqlar aparırıq ki,  həmin ərazilərdə heç olmasa işin 50 faizini özəl kombaynlar görsün.  Ümumilikdə, ölkə ərazisində biçin prosesi tezliklə başa çatacaq.  Hər il olduğu kimi bu il bəzi yüksək dağılq ərazilərdə taxıl hələ indi saralır . Buna görə o sahələr  yekun işləri biraz gecikdirə bilər.  Lakin bu da ümumi biçin prosesini gecikdirməyəcək”.

 

Əzizə Zeynal

Whatsapp
Bizə yazın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir