Modern.az

Bakı–Tbilisi–Ceyhan kəməri ilə daşınan neftin həcmi açıqlandı

Bakı–Tbilisi–Ceyhan kəməri ilə daşınan neftin həcmi açıqlandı

İqtisadiyyat

17 Sentyabr 2026, 10:45

Yanvar-avqust aylarında Bakı–Tbilisi–Ceyhan (BTC) neft ixrac kəməri ilə nəql olunan neft 8,7 faiz azalaraq 16 milyon 746 min ton təşkil edib.

Dövlət Statistika Komitəsindən Modern.az-a bildirilib ki, nəqletmənin 76,6 faizi Bakı–Tbilisi–Ceyhan əsas ixrac neft boru kəməri ilə həyata keçirilib.

Dövr ərzində BTC kəməri ilə nəql edilmiş neftin 81,9 faizini (13 milyon 717,4 min ton) Azərbaycanda hasil edilən neft, 18,1 faizini (3028,5 min ton) isə Türkmənistan və Qazaxıstandan daxil olan neft təşkil edib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Türkiyə Fələstin xəyanətinə niyə susdu? Putin türk dünyasına gətirilir