Arxiv
9 İyul 2019, 08:25 | İQTİSADİYYAT
Mənzil bazarında qiymətlər DƏYİŞİB

Yay mövsümündə bir çox sahələrdə olduğu kimi, daşınmaz əmlak bazarında da canlanma müşahidə olunur. Bu isə öz növbəsində tikinti materialları bazarına da təsir edir.
Daşınmaz əmlak bazarında hazırkı qiymətər necədir?

 

“Əmlak” Ekspert Mərkəzinin direktoru Ramil Osmanlı Modern.az-a deyib ki, hazırda daşınmaz əmlak bazarında qiymətlərdə nisbi artımlar müşahidə olunur.


“Amma qiymət artımları nisbi xarakter daşıyır. Bu, əsasən qiyməti 120 min manatdan aşağı olan mənzillərin hesabına baş verib. İpoteka kreditləşməsinə cəlb oluna bilən və ümumilikdə nağd əməliyyatlar üzrə xüsusi çəkisi daha yuxarı olan mənzillərin qiymətində nisbi artım var. Amma bütünlükdə bazar üzrə dinamikanı qənaətbəxş hesab etmək olmaz. Bazar üzrə ümumi dinamika ötən ilin müvafiq dövrü ilə müqayisədə aşağıdır. Yəni istər əməliyyatların sayında, istər bazara müraciətlərin sayında ötən ilin müvafiq dövrü ilə müqayisədə azalmalar var. Bu, bir tərəfdən ipoteka kreditlərinin həcminin azalması, təkliflərin təxminən ötən ilin müvafiq dövrü ilə müqayisədə aşağı düşməsi, digər tərəfdən də nağd pul kütləsinin qismən məhdudlaşdırılması nəticəsində baş verib. Nağd əməliyyatların sayında da ötən il ilə müqayisədə azalma müşahidə olunub”.

 

Ekspert bildirib ki, torpaq sahələrinin qiymətində nisbi artım var.

“Torpaq bazarında müəyyən aktivlik müşahidə olunur. Bu da mövsümlə əlaqəli bir dəyişimdir, həm fərdi yaşayış evlərinə tələbat artıb, həm də torpaq sahələrinə tələbdə artım var. Bu da qiymətə təsir edən amillərdəndir”.

 

“Tikinti materiallarının qiyməti artır”

 

Ramil Osmanlı deyib ki, bəzi tikinti materiallarının qiymətində də artım müşahidə olunur.

“Xüsusilə taxtanın qiymətində artım var. Bu da mövsümlə əlaqələlidir.  Təklif portfelinin azalması, tələbin artımı qiymətlərlərin yüksəlməsinə səbəb olur. Taxta Azərbaycana əsasən Rusiyadan idxal olunduğuna görə, yay fəslində taxtanın emalı azalır. Emalın azalması təklifin azalmasına gətirib çıxarır. Bazarda digər tikinti materiallarının qiyməti də artır”.

“Kirayə mənzil bazarında qiymətlər ucuzlaşıb”

 

Kirayə mənzil bazarı ilə bağlı sualları cavablandıran ekspert bildirib ki, hər il iyun ayından iyul ayının sonuna qədər kirayə mənzil bazarında durğunluq olur:

“Bu durğunluq əsasən tələbələrin getməsi ilə bağlıdır. Hazırda təklif azaldığı üçün kirayə mənzil bazarında qiymətlərin 10-15 faiz azalması müşahidə olunur. Bu qısamüddətli bir dövrü əhatə edir, yəqin ki, avqust ayının ortalarından etibarən qiymətlər yenidən artacaq”.

 

“Vəziyyəti yaxşı olan bağlar 1000-1500 manata icarəyə verilir”

 

“Bağ evlərinin kirayəsində isə qiymət artımı var” – deyən Ramil Osmanlı, bildirib ki, qış mövsümu ilə müqayisədə bağ evlərinin qiyməti 3 dəfəyə yaxın artıb:


“Bu da hər il üçün xarakterik olan bir prosesdir. Bağ mövsümünə maraq göstərənlər müxtəlif təbəqələrdən olur. Əsasən dincəlmək üçün xaricə və regionlara getmək imkanı olmayan, tətil müddəti məhdud, ailə tərkibi geniş olan insanlar daha çox Bakı və Bakıətrafı ərazilərdə dincəlməyə üstünlük verirlər. Belə tələbin olması da qiymətlərə təsir edir. Mərdəkan, Şüvəlan, Novxanı bağlarında qiymət artımı daha çoxdur. Yay ərəfəsində vəziyyəti yaxşı olan bağlar təxminən 1000-1500 manata icarəyə verilir”.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Yüksək bal toplayan abituriyent niyə İlahiyyat İnstitutunu seçdi? - MÜSAHİBƏ 22 Avqust 2019, 09:43 Ağac kəsən şəxs cəzalanıb 22 Avqust 2019, 09:39 Azərbaycanda 3 uşaq anası itkin düşüb 22 Avqust 2019, 09:34 Çempionlar Liqasında pley-off - daha 3 oyun keçirildi - NƏTİCƏLƏR 22 Avqust 2019, 09:24 Elçibəyin vəfatından 19 il ötür 22 Avqust 2019, 09:17 Sabir Rüstəmxanlıdan Oqtay Rzaya VİDA YAZISI 22 Avqust 2019, 09:10 Bütün Rusiyada məşhurlaşan azərbaycanlı ailə - Mehralıyevlər 6 rus uşağını övladlığa götürüb - REPORTAJ 22 Avqust 2019, 08:47 “Qarabağ” bu gün AvroLiqanın səfər oyununa çıxır 22 Avqust 2019, 08:32 Qubada FACİƏ: Yol qəzasında 2 ölü, 3 yaralı 22 Avqust 2019, 08:28 Manatın məzənnəsi dəyişir?... 22 Avqust 2019, 08:23 ABŞ İŞİD liderlərinə görə 5 milyon dollar mükafat ayırdı 22 Avqust 2019, 00:54 Azərbaycanda qəbiristanlığın saytı yaradılacaq - VİDEO 22 Avqust 2019, 00:38 İranlı gənc Ali Rəhbərlə görüşdə hökuməti tənqid etdi 22 Avqust 2019, 00:17 Bakıda kürəkən qayınanasını döydü 21 Avqust 2019, 23:56 Rusiya, İran və Türkiyə liderləri Ankarada görüşəcək 21 Avqust 2019, 23:39 Qazax sakini restoranda bıçaqlandı 21 Avqust 2019, 23:21 Qurban Qurbanov “Qarabağ”ın sabahkı oyunundan danışdı 21 Avqust 2019, 23:02 Bakının mərkəzini su basdı - SƏBƏB 21 Avqust 2019, 22:43 Oğul pensiya kartına görə atasını çəkiclə öldürdü 21 Avqust 2019, 22:25 Alman alimlərindən yeni kəşf 21 Avqust 2019, 22:09 Prezident Əli Nağıyevin qardaşına general-leytenant rütbəsi verdi 21 Avqust 2019, 22:02 Rəqib "Qarabağ"dan çəkinir 21 Avqust 2019, 21:52 Mingəçevirdə uşaq ölü doğuldu 21 Avqust 2019, 21:34 Babasıgilə qonaq gedən uşaq hamamda boğuldu 21 Avqust 2019, 21:19 Fazil Mustafa Qabil Hüseynlinin müdafiəsinə qalxdı 21 Avqust 2019, 21:02 Almaniyada azərbaycanlı miqrantlarla kütləvi dava: Xüsusi təyinatlılar işə qarışdı 21 Avqust 2019, 20:46 “Müxalifət üçün Vətən, dövlət, xalq, milli-mənəvi dəyərlər yadlaşıb” - Vüqar Rəhimzadə 21 Avqust 2019, 20:33 Bakıda velosiped oğrusu yaxalandı 21 Avqust 2019, 20:18 Qazaxda Rusiya vətəndaşı öldü 21 Avqust 2019, 20:03 Prezident Vergi Məcəlləsində dəyişiklik etdi 21 Avqust 2019, 19:58 Müsabiqənin yazılı imtahan mərhələsi keçirilib - FOTO 21 Avqust 2019, 19:50 İcra başçısı vətəndaşların problemlərin həlli ilə bağlı göstəriş verdi - FOTO 21 Avqust 2019, 19:46 Küçələrin işıqlandırılması "Azərişıq" ASC-nin səlahiyyətində deyil 21 Avqust 2019, 19:42 Bakıda uşağını zəncirlə bağlayan anaya cinayət işi açıldı - RƏSMİ 21 Avqust 2019, 19:33 Paytaxtda avtoxuliqanlıq edən şəxs məsuliyyətə cəlb olunub     21 Avqust 2019, 19:23