Modern.az

Erməni ordusu 6 ayda 29 hərbçi itirib

Erməni ordusu 6 ayda 29 hərbçi itirib

13 İyul 2019, 10:25

Azərbaycan ərazilərini işğalda saxlayan Ermənistan ordusunun itkiləri barədə yeni məlumat açıqlanıb.

 

Modern.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, bu ilin 6 ayı ərzində düşmən ordusu 29 hərbi qulluqçusunu itirib.

Onlardan 8-i müddətli hərbi qulluqçu, 13-ü müqavilə əsasında xidmət edən, 3-ü gizir və 5-i isə zabitdir.

İtkilər barədə statistikanı Baş prokurorun müşaviri Qor Abramyan açıqlayıb. Onun sözlərinə görə, ötən ilin eyni dövrü ilə müqayisədə itki sayı 2 dəfə az olub. Belə ki, 2018-ci ilin 6 ayında düşmən ordusu 31 hərbçisini itirib. Ölənlərin əksəriyyəti işğal altındakı Qarabağ torplaqlarında xidmət keçən zaman keçinib.

 

Yerli hüquq müdafiəçiləri isə Ermənistan rəhbərliyinin real itki sayını gizlətdiyini düşünür.     

 

 

Sizə yeni x var
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI