Arxiv
31 İyul 2019, 13:55 | ÖLKƏ
Azərbaycanda siqaret çəkənlərin STATİSTİKASI: Kişilər qadınlardan 100 dəfə çoxdur  

Müasir dövrümüzdə bəşəriyyətin qarşısında duran ən ciddi problemlərdən biri də tütündür. Tütünün insan orqanizminə ziyanları haqqında nə qədər təbliğat aparılsa da təəssüflər olsun ki, ondan istifadə edənlərin sayı getdikcə artmaqdadır. Hələ 1970-ci ildə Ümumdünya Səhiyyə Assambleyası ağ ciyər və ürək-damar xəstəliklərinin inkişafına, həmçinin bronxial xərçəng, xroniki bronxit, emfizema və bir çox xəstəliklərə səbəb olan siqaret çəkməklə bağlı dünyanın bütün səhiyyə orqanlarına müraciət edib. Problemə qarşı lazımi tədbirlərin görülməsinin vacibliyini bildirib.

 

Hazırda dünyada siqaret çəkənlər arasında əvvəlki illərə nisbətən qadınların da sayı getdikcə artmaqdadır.

Bəs, Azərbaycanda ümumi statistika nə yerdədir? Azərbaycanda daha çox qadınlar siqaretə meyillidir, yoxsa kişilər?

 

Azərbaycan Səhiyyə Nazirliyinin İctimai səhiyyə və islahatlar mərkəzinin həkim metodisti Lətafət Dadaşova Modern.az-a açıqlamasında siqaretin ziyanları və siqaret çəkənlərin ümumi statistikası haqda məlumat verib.

 

O qeyd edib ki, dünyada 1 milyarddan çox insan siqaret çəkir.

 

“1 milyarddan çox siqaret çəkən insanların 80%-dən çoxu aşağı və orta gəlirli ölkələrdə yaşayır. Çox təəssüflər olsun ki, hər il dünyada 7 milyondan çox insan siqaret çəkmə nəticəsində meydana gələn xəstəliklər səbəbi ilə həyatını itirir. Həmin 7 milyon insanın 10%-i, yəni 700 mini siqaret çəkənlər deyil, passiv tütünçəkən  (ətraf mühitə yayılan tütün tüstüsü ilə nəfəs alan insanlar) insanlardır. Bu, dünyada iş qabiliyyətli insanların əmək məhsuldarlığının itirilməsi və ölümü, insanların xəstəlikəri nəticəsində onların mülaicəsinə sərf olunan səhiyyə xərclərinin artması səbəbindən hər il 1,4 trilyon ABŞ dolları həcmində iqtisadi itkilərə səbəb olur. Həmçinin qlobal olaraq 13-15 yaşlı yeniyetmələrin ən azı 10%-i tütündən istifadə edir. Təəssüflər olsun ki, Avropada yeniyetmələrin 18%-i tütündən istifadə edir”.

 

Lətafət Dadaşova ölkəmizdə tütünçəkmədə kişilərin sayının qadınlara nisbətən daha çox olduğunu bildirib.

 

“Ölkəmizdə tütün çəkən kişilərin sayının hələ də yüksək olmasına baxmayaraq Ümumdünya Səhiyyə Təşkilatının hesablamalarına görə Azərbaycanda ümumiyyətlə, böyüklər arasında tütün çəkmənin azalma tendensiyası var. Yəni getdikcə azalma müşahidə olunur. Lakin bununla yanaşı passiv tütün çəkmə, yəni ətraf mühitə yayılan tütün tüstüsü ilə nəfəs alma Azərbaycanda da yüksəkdir. Yəni passiv tütün çəkmə dünyanın bütün inkişaf etmiş ölkələrində olduğu kimi Azərbaycanda da yüksəkdir”.

 

Lətafət Dadaşova ölkəmizdə tütün çəkənlərin statistikasını da açıqlayıb.

 

“Hələ Dövlət Statistika Komitəsinin 2017-ci il üçün verdiyi məlumata əsasən yaşı 15 yaşdan yuxarı olan kişilər arasında siqaret çəkmə təxminən 33,1% təşkil edir. Lakin həmin göstərici qadınlarda kişilərə nisbətən 100 dəfə azdır. Biz müşahidə edirik ki, Azərbaycanda qadınların kişilərə nisbətən siqaret çəkməyi dəfələrlə daha azdır. Lakin nəzərə alsaq ki, qadınlar məlumatın gizlədilməsinə meyillidirlər, bu statistikanı etibarlı hesab etmək olmaz. Yəni qadınlar siqaret çəkdiklərini daha çox gizlədirlər”.

 

Nazirlik nümayəndəsinin sözlərinə görə, kişilər arasında siqaret çəkmənin dəqiq statistikasına gəldikdə isə demək olar ki, 20 yaşdan 44 yaşa qədər kişilərin 26,4%-i siqaret çəkir.

 

“45 yaşdan 64 yaşa qədər kişilərin 50%-i, 65 yaşdan yuxarı kişilərin 36%-i tütün məhsullarından istifadə edir.

 

Lakin qeyd etmək lazımdır ki, biz 2017-ci ildə Azərbaycanda qeyri-infeksion xəstəlik amillərinin araşdırılması üzrə tədqiqat aparmışdıq, bu tədqiqatın nəticələrinə görə 18 yaşdan yuxarı əhali arasında tütünçəkmə göstəricisi 24% faiz təşkil etmişdi. Eyni zamanda həmin tədqiqata əsasən qadınlar arasında tütünçəkmə 0.2%, kişilər arasında isə 48,8% olub”.

 

Nuranə DAXİLQIZI

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Ulduz futbolçunun arvadı maşını belə idarə etdi - VİDEO 24 Avqust 2019, 00:51 “Beşiktaş” ilk qələbəsini qazandı 24 Avqust 2019, 00:34 Şəkidə toyda 48 yaşlı kişini bıçaqladılar 24 Avqust 2019, 00:19 Əhməd Davudoğlunun partiyası YAP adlandırıldı 24 Avqust 2019, 00:01 Azərbaycan nefti ucuzlaşdı 23 Avqust 2019, 23:46 Toydan qayıdan sürücü qəzaya düşdü: yaralılar var 23 Avqust 2019, 23:30 "İnterpol" narkotik satan azərbaycanlını axtarır 23 Avqust 2019, 23:13 “Qarabağ”ın ev oyununu rusiyalı hakimlər idarə edəcək 23 Avqust 2019, 22:57 Deputatın həbs olunan oğlunun yeni VİDEOSU yayıldı 23 Avqust 2019, 22:39 Şəkidə yanğını söndürmək mümkün olmayıb 23 Avqust 2019, 22:19 194 ölkənin axtardığı İlan İsraildə tapıldı 23 Avqust 2019, 22:03 Bakıda 8 yaşlı uşaq faciəvi şəkildə ölüb 23 Avqust 2019, 21:44 Ərdoğan Rusiyaya gedir 23 Avqust 2019, 21:30 Putin İlham Əliyevi parada dəvət etdi 23 Avqust 2019, 21:16 Dünyanın ən varlı insanlarından biri vəfat etdi 23 Avqust 2019, 21:02 ABŞ-dan Rusiyaya qarşı yeni sanksiyalar   23 Avqust 2019, 20:46 Bakıda kürəkən qayınanasını döyərək bu hala saldı - FOTOLAR 23 Avqust 2019, 20:33 İndoneziya Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir 23 Avqust 2019, 20:16 Azərbaycan millisi çempionata qələbə ilə başladı 23 Avqust 2019, 20:04 Azərbaycanda bu məhsulların qiymətləri ucuzlaşdı - SİYAHI   23 Avqust 2019, 20:00 DYP hava ilə bağlı sürücülərə müraciət etdi  23 Avqust 2019, 19:49 Müdafiə Nazirliyindən İsrail dronları ilə bağlı AÇIQLAMA 23 Avqust 2019, 19:35 Aprel şəhidlərinin ailələri mərhum pilot Rəşad Atakişiyevin ailəsini ziyarət  ediblər 23 Avqust 2019, 19:20 Qəbələdə meşə yanğınına daha bir helikopter cəlb olundu - Video 23 Avqust 2019, 19:10 ETSN-dən əhaliyə müraciət: “Meşələrimiz hər birimizin evidir, xahiş edirik onu yanğından qoruyun!” 23 Avqust 2019, 19:00 Müəllimlərin işə qəbulu üzrə müsahibə mərhələsi yekunlaşdı     23 Avqust 2019, 18:51 "Azərbaycanda mövcud olan sabitlik insanların həyatı üçün böyük sərvətdir” - Əli Əhmədov 23 Avqust 2019, 18:40 JuHİ araşdırmaçı jurnalistlər üçün “Təhlükəsiz tədqiqat” seminarı təşkil edib - Foto 23 Avqust 2019, 18:30 “Nar+” ilə hesabınızı daha asan idarə edin!   23 Avqust 2019, 18:20 Azərbaycanın FIFA referisi Çempionlar Liqasının oyununa təyinat alıb 23 Avqust 2019, 18:11 İlham Əliyev Vladimir Zelenskini təbrik etdi 23 Avqust 2019, 17:59 İstirahət günlərinin HAVASI – Yağış yağacaq, şimşək çaxacaq 23 Avqust 2019, 17:43 Növbəti 3 gün üçün manatın məzənnəsi 23 Avqust 2019, 17:37 “Sərhədçilərimizin irəli çəkdiyi yeni mövqelərə qalxdıq” - Qarabağ veteranı Qazaxda gördüklərindən DANIŞDI 23 Avqust 2019, 17:35 Qəbələdəki yanğınlara helikopter və təyyarə cəlb edilib 23 Avqust 2019, 17:34