Arxiv
1 Avqust 2019, 11:06 | HADİSƏ
12 yaşında təcavüzə uğrayan Aytacın FƏRYADI: “Məni xilas edin!”

İstanbulda yaşayan jurnalist həmkarım Elçin məni arayaraq dedi ki, burada bir Azərbaycan vətəndaşı var, dardadır. Ona yardım etmək lazımdır, bəlkə sən yazasan bu barədə. Razılaşdım, əgər yazmaqla bir vətəndaşımıza yardım edə biləriksə, hər zaman hazırıq.

Türkiyədə sənədsiz yaşayan yüzlərlə vətəndaşımızdan biri haqda yazacaqdım. Amma duyduqlarımı yazmaq üçün iki gün düşündüm. Yazacaqlarım ağır gəldi...

Aytac Abdulayeva 1992-ci ildə  Bakının Yasamal rayonunda anadan olub. Atası rus, anası ləzgidir. Aytac atasını heç tanımayıb. Bakıda sosial problemlərlə üzləşən Aytacın anası qızını da götürüb İstanbula gəlib. Ana əvvəlcə evlərdə işləməyə başlayıb. Aytacın başına da bütün işlər o zaman gəlib. Deyir ki, 12 yaşında Türkiyə vətəndaşı Mustafa Aksoy tərəfindən təcavüzə uğrayıb:

“Anam işləməyə başladı. Məni onun işlədiyi yerə qoymurdular. Sonra anam məni də başqa birinin evinə işçi olaraq verdi. Mən həm orda qalırdım, həm də işləyib az da olsa, məvacib alırdım. Anam da məni tez-tez görməyə gəlirdi. Mən evində çalışdığım adamın qohumu tərəfindən təcavüzə məruz qaldım. Bu təcavüzdən hamilə qaldım, övladım oldu. Məni o adamla evləndirdilər. 13 yaşında ana olmuşdum. Anam məni Bakıya apara bilməyəcəyini söylədi. Orda qardaşım vardı, ailəliydi. Anam dedi ki, qardaşının başını aşağı eləyəcəyik, Bakıya getmə. Məni məcburən o adamla evləndirdilər".


Aytac 13 yaşında rəsmi nikahı olmadan Mustafa Aksoy ilə yaşamağa başlayıb. Bundan sonra daha 4 uşağı dünyaya gəlib. 5 uşaqlı gənc ana Aytac həyatıyla barışıb və sonra övladlarının atasıyla rəsmi nikaha daxil olub.  Amma qara günləri də bundan sonra başlayıb. Hər gün şiddət görüb. 


“Mən uşaqkən uşaq böyütməyə başladım. Hər gün döyüldüm. 16 yaşımdan sonra anamın məcburiyyəti ilə rəsmi nikaha da girmişəm. Mən sonrakı uşaqları istəmirdim. Hər dəfə məni döyə-döyə hamilə qoyub. Deyirdi “sənin işin nədir? Qadınsan, uşaq dünyaya gətir və onlara bax!”. Yaşım az idi, heç kimi tanımırdım. Hara gedim, kimə sığınım, bilmirdim. Təhsilim yox idi, Türkiyədə tanıdığım azərbaycanlılar da yox idi. Azyaşlı olduğum üçün də icazə olmadan heç nə edə bilmiridm.  Dəfələrlə çölə atıldım. 4 il sonra isə anam rəhmətə getdi. Bundan sonra hər şey daha pis oldu. Anam olanda, ən azından maddi cəhətdən dəstək verirdi. Ac qalmırdım. Şiddət o həddə çatdı ki, qadın sığınma evinə getdim. Sonra eşitdim ki, qardaşımın keçmiş həyat yoldaşını evinə gətirib və o da uşaqlarımın atasından hamilədir. Bunu eşidib geri qayıtdım, məqsədim  uşaqlarımı almaq idi. Məni döyərək evdən qovdu. Artıq 1 ildir ki, küçələrdə qalırsm. Hər gün bir yerdə gecələyirəm. Elə ağır günlər keçirirəm ki, nə edəcəyimi artıq bilmirəm. Bir ildir də övladlarımı görə bilmirəm. Rəsmi nikahım olsa da, məni evə qoymur, çünkü evdə qardaşımın keçmiş həyat yoldaşı və ondan da bir uşağı var".



Aytac Abdullayeva düşdüyü vəziyyətlə bağlı rəsmi orqanlara da müraciət edə bilmir. Deyir ki, bir ildir pasportunun müddəti başa çatıb. Eyni zamanda, oturma üçün rəsmi icazə müddəti də bitib.  Pasport almağa maddi gücü yoxdu. Cünki bunun üçün Azərbaycanın Türkiyədəki konsulluğuna 55 ABŞ dolları ödəməlidir:

"Mən günlərlə ac qalan insanam. Rəsmi işə də girə bilmirəm. Sənədim yoxdu ki, iş tapım. Günlük iş olanda çalışıram. Pasport alsam belə, mənim oturma icazəm üçün Mustafa Aksoyun rəsmi izni lazımdır. Bunun üçün onun da sənədlərindən istifadə olunmalıdır. Amma o, məni eşitmək belə istəmir. Vəkil tutmağa da maddi imkanım yoxdur. Əlim-qolum hər tərəfdən bağlanıb, artıq yolun sonundayam". 


İndi Aytac Abdullayevanın ümidi Azərbaycan dövlətinədir. Onu bu vəziyyətdən qurtarsınlar deyə, xahiş edir:

"Mən 12 yaşından əzab çəkən 27 yaşlı 5 uşaqlı anayam. Bütün mənə edilən zülmlərə dözdüm, ölməmək üçün mücadilə etdim. Övladlarım üçün yaşadım. İndi onların həyatından narahatam. Analarına təcavüz edən atayla qalmalarını istəmirəm. Sənədlərimin düzəlmısini, rəsmi olaraq boşanmamı və övladlarımı istəyirəm.  Artıq 12 yaşında deyiləm. Mən heç uşaq olmadan böyümüş anayam. Xahiş edirəm mənim səsimi duyun!".


Aytacın son olaraq bir çağırışı da var: "Atalar, analar övladlarınızı yalnız qoymayın. Onları təcavüzçülərin nikahına salmayın. Övladlarınıza sahib çıxın!".

 

Məhsəti Şərif,
İstanbul

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Bakıda tikinti materialları bazarında yanğın başlayıb 2 Aprel 2020, 00:57 Bakıda qəza törədən sürücü qaçıb 2 Aprel 2020, 00:45 Koronavirus bu şəxsə bir ayda 4 milyard dollar qazandırdı - Foto 2 Aprel 2020, 00:26 Kəlbəcərsizliyin 27 ili  2 Aprel 2020, 00:08 Ordumuzun Aprel zəfərindən 4 il ötür 2 Aprel 2020, 00:01 Dünyada koronavirusa yoluxanların sayı milyona çatır 1 Aprel 2020, 23:47 Köçkünlər evdə qalmaq üçün Qarabağa qayıtmalıdırlar - ƏLÖVSƏT AĞALAROVLA #evdəqal SÖHBƏTİ 1 Aprel 2020, 23:35 Bakıda ağır yol qəzası: yaralı var 1 Aprel 2020, 23:17 Fransada daha 509 nəfər koronavirusdan öldü 1 Aprel 2020, 23:02 Koronavirus hava ilə yayıla bilir - VİDEO 1 Aprel 2020, 22:44 Ərdoğanla Putin koronavirusa qarşı mübarizəni müzakirə etdi 1 Aprel 2020, 22:29 UEFA klublara əlavə vaxt verir 1 Aprel 2020, 22:15 Bakı Media Mərkəzinin hazırladığı videoçarx İtaliyada böyük maraqla qarşılanıb 1 Aprel 2020, 22:03 Pandemiya ABŞ-ı bürüyüb - Yoluxanların sayı 200 mini ötdü 1 Aprel 2020, 21:49 Türkiyədə daha 2 148 nəfər koronavirusa yoluxdu 1 Aprel 2020, 21:38 Bu şəxslərə aylıq 250 manat mükafat veriləcək - RƏSMİ 1 Aprel 2020, 21:17 Gəncədə karantin rejimini pozan sakinlər cərimələndi 1 Aprel 2020, 21:03 İtaliyada daha 727 nəfər koronavirusdan ölüb 1 Aprel 2020, 20:48 Dövlət dili normalarını pozanlar bu qədər CƏRİMƏLƏNƏCƏK 1 Aprel 2020, 20:35 100 il əvvəl QARABAĞ necə azad olundu - Xosrov bəy Sultanovu bir daha tanıyaq 1 Aprel 2020, 20:19 Sumqayıtda karantin rejimini pozan yüzə yaxın şəxs cərimələndi 1 Aprel 2020, 20:01 Aqil Abbas haqqı 1 Aprel 2020, 19:56 ÜST-ün Baş direktorundan İlham Əliyevə: Azərbaycan müsbət bir nümunədir 1 Aprel 2020, 19:37 Çempionlar Liqasının yarımçıq qalan oyunları bu ayda başlayacaq 1 Aprel 2020, 19:18 Deputatlar onlayn iclas keçirdilər - FOTO 1 Aprel 2020, 19:06 Gənclərə güzəştli kreditlər veriləcək - Prezident fərman İMZALADI 1 Aprel 2020, 18:42 Millət vəkili pandemiya ilə bağlı veriləcək imtiyaz və güzəştlərdən DANIŞDI 1 Aprel 2020, 18:40 Milli Məclisin daha bir komitəsi onlayn iclas keçirib 1 Aprel 2020, 18:32 Dolların sabaha olan MƏZƏNNƏSİ 1 Aprel 2020, 18:23 Bakıda xüsusi karantin rejimini pozan daha bir obyekt cərimələndi 1 Aprel 2020, 18:23 Ombudsmandan əlillərlə bağlı vacib MÜRACİƏT 1 Aprel 2020, 18:17 “Qoy Uca Tanrı Azərbaycan xalqını qorusun!” - Mehriban Əliyeva 1 Aprel 2020, 18:09 Avrokuboklar və milli çempionatlar iyulda bərpa oluna bilər 1 Aprel 2020, 18:00 Sahibkarlara, məşğulluğun təmin edilməsinə ciddi güzəştlərin tədbiqi nəzərdə tutulub 1 Aprel 2020, 17:55 Deputatdan TƏKLİF: “Karantin dövründə mobil bankomatlar yaradılsın” 1 Aprel 2020, 17:50