Arxiv
6 Avqust 2019, 19:26 | QARABAĞ
Qarabağın azərbaycanlı icması bəyanat verdi: “Erməni icmasına səslənirik ki…”

Dağlıq Qarabağ Bölgəsinin azərbaycanlı icması Azərbaycanın işğal edilmiş ərazilərində keçirilən “Pan-Ermənistan oyunları” ilə bağlı bəyanat verib.

Modern.az-ın məlumatına görə, İcma rəhbəri Tural Gəncəliyevin imzaladığı bəyanatda aşağıdakılar bildirilib:

“Ermənistan KİV-lərində yayılan məlumata əsasən, 5 avqust 2019-cu il tarixində Azərbaycanın işğal edilmiş ərazilərində qondarma “Pan-Ermənistan oyunları”nın “açılış mərasimi” keçirilib. Ermənistan və ölkəmizin ərazilərində fəaliyyət göstərən cinayətkar qurumun iştirakı ilə keçirilmiş “açılış mərasimi”ndə Ermənistan baş naziri Nikol Paşinyan çıxış edib.

 

Nikol Paşinyan çıxşı zamanı təmsil etdiyi ölkənin Azərbaycana qarşı hərbi işğal siyasəti apardığını bir daha nümayiş etdirərək, həyata keçirilən təcavüzü açıq şəkildə səsləndirməkdən belə çəkinməyib və Azərbaycanın beynəlxlaq təşkilatlar və dünya ictimiayyəti tərəfindən tanınan suveren ərazisi-Dağlıq Qarabağın Ermənistana aid olduğunu bəyan edib.

 

Ermənistanda hakimiyyətə gələrkən özünü “demokratik dəyərlərə sadiq” birisi kimi qələmə verməyə çalışan Nikol Paşinyan əgər əvvəlcə müxtəlif ziddiyyətli bəyanatlar verməklə danışıqlar prosesinə maneələr yaradırdısa, sonuncu çıxışı zamanı o, Ermənistanın təcavüzkar olduğunu açıq bəyan etdi və əsl sifətini göstərmiş oldu. Əslində onun bəyanatı təsdiq edir ki, Ermənistanın əsl niyyəti məhz işğal siyasətidir və Ermənistan və Dağlıq Qarabağdakı cinayətkar rejim tərəfindən indiyə qədər səsləndirilən “öz müqqədəratını müəyyən etmək hüququ” işğal siyasətinin arxasında gizlənməkdən başqa bir şey deyil.

 

Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması ölkəmizin işğal edilmiş ərazilərində keçiriləcək sözügedən “idman oyunları” ilə bağlı bəyan edir ki, həmin oyunlar öz torpaqlarından qovulmuş azərbaycanlı icmanın əsas insan hüquqlarının pozulması və etnik təmizləmənin törədildiyi məkanda keçirilir. Belə olan halda, bu oyunların keçirilməsi azərbaycanlılara qarşı diskriminasiya şəraiti yaradır və qəbuledilməzdir.

 

Azərbaycanın beynəlxalq tanınmış sərhədləri bərpa olunduqdan və ölkəmizin işğal olunmuş ərazilərindən qovulmuş yüzminlərlə azərbaycanlı geri döndükdən sonra idman oyunları və digər birgə tədbirlərin həyata keçirilməsi mümkün ola bilər. Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması əvvəlki bəyanatlarında artıq vurğulamışdı ki, Ermənistanın hərbi təcavüzündən öncə Dağlıq Qarabağın erməni və azərbaycanlı icmaları sülh şəraitində idman yarışlarında birgə iştirak edirdilər. Lakin, Ermənistanın hərbi təcavüzü buna son qoymuşdur. Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması idman oyunlarının keçirilməsinə qarşı çıxış etmir və oyunların ədalətli sülhə və barışığa xidmət etməli olduğunu vurğulayır.

 

Ermənistan və cinayətkar rejimin KİV-lərində “Pan-Ermənistan oyunları” üçün hətta müvafiq “təhlükəsizlik” tədbirlərinin görüldüyü qeyd edilib. Bəyan etmək istərdik ki, Dağlıq Qarabağ bölgəsi də daxil olmaqla Azərbaycan Respublikası yeganə suveren qismində öz ərazisinin istənilən hissəsində təhlükəsizlik və digər nəzarət tədbirlərini həyata keçirmək hüququna malikdir. Təcavüzkar Ermənistan tərəfindən işğalın nəticələrini “möhkəmləndirmək” üçün atılan istənilən addım Ab initio beynəlxalq hüquqa ziddir və heç bir fayda verməyəcək.

 

Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması olaraq erməni icmasına səslənirik və onları tez bir zamanda əsarəti altında yaşadıqları qanunsuz cinayətkar rejimin nəzarətindən qurtulmağa və Azərbaycanın ərazi bütövlüyü çərçivəsində hər iki icmanın ədalətli və daimi sülh şəraitində birgə yaşaması üçün çağırışımızı qəbul etməyə dəvət edirik".

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Qazpulu borcu olanlara SMS gələcək 26 Yanvar 2021, 17:09 Milli parklarda piknik etmək olar 26 Yanvar 2021, 17:09 Tbilisidə "Müstəqilliyə aparan yol: Azərbaycan–Gürcüstan" müsabiqəsinə yekun vurulub 26 Yanvar 2021, 17:03 “Azəriqaz”dan sərfiyyatın çox yazılması iddiasına REAKSİYA 26 Yanvar 2021, 16:58 Xəzərdə həvəskar balıq ovuna qadağa yoxdur - Nazirlik  26 Yanvar 2021, 16:55 Ombudsmanın əməkdaşları Xırdalandakı partlayış yerinə getdilər 26 Yanvar 2021, 16:50 Xırdalandakı partlayışın səbəbi - “Azəriqaz”dan AÇIQLAMA 26 Yanvar 2021, 16:47 Şuşada “Xarı bülbül” Muğam Festivalı keçiriləcək 26 Yanvar 2021, 16:44 Fransa XİN-nin Dövlət katibi Bakıdan Yerevana gedəcək 26 Yanvar 2021, 16:40 Ceyhun Bayramovla Çavuşoğlu Türkiyə gəmisinə hücumu müzakirə etdilər 26 Yanvar 2021, 16:36 Azərbaycanda ceyranların sayı ARTDI 26 Yanvar 2021, 16:30 Yoluxma yenə artdı, ölü sayı AZALDI 26 Yanvar 2021, 16:25 Bakıda intihar edən gəncin kimliyi bilindi - YENİLƏNİB 26 Yanvar 2021, 16:23 Çörək və unun satışı vergidən azad olunur 26 Yanvar 2021, 16:20 Sahibkarlara 39 milyon manat maliyyə dəstəyi göstərildi 26 Yanvar 2021, 16:15 Aqrar sektorun inkişafı daim diqqət mərkəzindədir - Deputat 26 Yanvar 2021, 16:12 Tağı Əhmədov xəstəxanaya yerləşdirildi 26 Yanvar 2021, 16:09 Prezidentin vəzifədən azad etdiyi 80 yaşlı nazir atası kimdir? - DOSYE 26 Yanvar 2021, 16:03 Nazir regional idarələrə yeni rəislər təyin etdi 26 Yanvar 2021, 16:00 Prezident Oqtay Şahbazovu işdən azad etdi 26 Yanvar 2021, 15:55 Ramin Quluzadə yeni vəzifəyə TƏYİN OLUNDU 26 Yanvar 2021, 15:50 İtaliya baş nazirsiz qaldı 26 Yanvar 2021, 15:45 Daşaltı döyüşünün iştirakçısı: “Nə qədər ki, Qafqazda erməni var, sakit dayana bilmərik!” - MÜSAHİBƏ 26 Yanvar 2021, 15:39 Ermənilər Xocavənddə faşist liderə heykəl qoydular - FOTO 26 Yanvar 2021, 15:34 Diaspordan Paşinyana ŞƏRT: “İstefa ver, Ermənistana investisiya yatıraq” 26 Yanvar 2021, 15:30 Dağıntılar altında qalan azyaşlının cəsədi tapıldı - VİDEO 26 Yanvar 2021, 15:18 Xəzərdə zəlzələ olub 26 Yanvar 2021, 15:12 İranda daha 79 nəfər koronavirusdan öldü 26 Yanvar 2021, 15:06 “Düşünürəm ki, qısa zamanda vaksinin müsbət təsirini görəcəyik” 26 Yanvar 2021, 15:00 AQTA-dan ictimai iaşə müəssisələrinin sahiblərinə müraciət - FOTO 26 Yanvar 2021, 14:56 Çingiz Qənizadədən polis əməkdaşları haqqında çəkilən videoya REAKSİYA 26 Yanvar 2021, 14:44 UNEC-in alimi dünyanın 2-ci ən böyük iqtisadi onlayn platformasına ekspert seçilib 26 Yanvar 2021, 14:38 Naftalanın icra başçısı vətəndaşlarla növbəti onlayn qəbul keçirib - FOTO   26 Yanvar 2021, 14:33 İlham Əliyev fransalı dövlət katibini qəbul edib 26 Yanvar 2021, 14:28 "Azərbaycanda internet azaddır" - İlham Əliyev 26 Yanvar 2021, 14:22