Modern.az

Qarabağda keçirilən “ümumerməni oyunları”nda BİABIRÇILIQ – Diaspor erməniləri Yerevana qayıdacaq

Qarabağda keçirilən “ümumerməni oyunları”nda BİABIRÇILIQ – Diaspor erməniləri Yerevana qayıdacaq

Qarabağ

7 Avqust 2019, 15:31

Ermənilərin Azərbaycanın işğal altındakı torplaqlarında keçirdikləri "VII Ümumerməni Oyunları"nın ötən gün açılışı olub.  Avqusutun 17-nə kimi davam edəcək və 5244 idmançının qatılacağı "yarışlar" 17 idman növünü əhatə edəcək.

 

4 ildən bir keçirilən yarışlarda qanında cüzi də olsa, erməni qanı olan istənilən şəxs iştirak edə bilər.

Modern.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, Paşinyan hakimiyyətinin imicini yaxşılaşdırmaq və Azərbaycanı təxribata çəkmək üçün hazırlanmış “oyun şou”su ciddi uğursuzluqla üzləşib.

 

Belə ki, təşkilatı məsələlərə diqqət yetirilməməsinə görə Qarabağa Ermənistan və diaspordan gələn ermənilərə vaxtında qalmaq üçün yerlər ayrılmayıb.

"Ümumerməni Oyunları" Beynəlxalq Komitəsinin sədri İşxan Zakaryan problemi açıq dilə gətirməli olub.


“Oyunların Qarabağa keçirilməsinə görə burada Yerevandakı şəraitin olmadığını nəzərə almalıyıq. Qarabağdakı  mehmanxanalarda 800 yer olduğu halda, bura 5 mindən artıq idmançı gətirilib”.

 

Zakaryan bəzi idmançıların kənd evlərində, ağır şərtlər altında yaşadığını söyləyib.

“Məsələn, Suriyadan olan idmançılar kənddə qaldı. Rusiyadan gələnlərin də bir qismi kəndlərə qalmalı olub”.

İdman yarışlarının keçirilməsi üçün idman obyektlərinin, texniki avadanlıqların qənaətbəxş olmaması, komfortlu yaşayış şəraitinin qurulmaması diaspordan gələn idmançıların əksəriyyəti arasında narazılıq yaradıb.

 

Bu səbəbdən Qarabağdakı qondarma rejim rəhbərliyinə təşkilat komitəsindən ciddi iradların daxil olduğu xəbər verilir.

Qarabağda infrastukturun yetəri səviyyədə olmamasına görə oyunlar avqustun 9-da Ermənistan ərazisində davam etdiriləcək. 
 

Xatırladaq ki, erməni diasporunun ən böyük nümayəndə heyəti Rusiyadan (14 şəhərdən 368 idmançı), ABŞ-dan (11 şəhərdən 318 idmançı), Fransadan (6 şəhərdən 178 idmançı), Avstraliyadan (86 idmançı) gəlib. İsveç ermənilərini isə cəmi 1 idmançı təmsil edəcək. "Yarışlar"a qatılacaq idmançıların yarıdan çoxu Yerevan, Gümrü, Vanadzor və Qarabağ erməniləridir.

Whatsapp
Bizə yazın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır