Modern.az

Qırğızıstan azərbaycanlıları: “Bizə heç bir təhlükə yoxdur”

Qırğızıstan azərbaycanlıları: “Bizə heç bir təhlükə yoxdur”

9 Avqust 2019, 11:27

“Qırğızısıtanda baş verən hadisələr qırğızlar kimi bizi də narahat edir.  Ölkədə baş verənləri biz də narahatlıqla izləyirik. Ancaq ümumi halda baş verənlərin bizə heç bir təhlükəsi yoxdur”.

 

Bunu Modern.az-a açıqlamasında  “Azəri” İctimai Birliyinin sədri,  Qırğızıstan Respublikası Baş Prokurorluğunun fəxri işçisi, əməkdar hüquqşünas  Əzizağa Əliyev deyib.

Birlik sədrinin sözlərinə görə, soydaşlarımız aksiya keçirilən yerlərdə  görünmür:

 

“Ümumilikdə Qırğızıstanda bütün işlər öz axarı ilə davam edir. İnsanlarımız da normal qaydada işə gedirlər. Sadəcə olaraq kütləvi iğtişaşlar olan yerlərdən uzaq gəzirlər. Bu, Qırğızıstanın daxili məsələsidir. Ümid edirik ki, bir neçə günə ölkə sabit vəziyyətinə geri dönəcək”.

 

Xatırladaq ki, avqustun 8-nə keçən gecə Qırğızıstanın sabiq prezidenti Almazbek Atambayevin həbs olunması ilə bağlı əməliyyat ölkədə vəziyyəti gərginləşdirib.

Sabiq prezidentin tutulması ilə bağlı əməliyyatda bir xüsusi təyinatlı aldığı güllə yarasından xəstəxanada dünyasını dəyişib. Qırğızıstan mətbuatının yaydığı məlumata görə, qarşıdurmada yaralananların sayı 50-yə çatıb. 

 

Artıq Qırğızıstanın güc strukturları sabiq prezident Almazbek Atambayevi saxlandığı malikanədən çıxarıblar. Atambayev artıq hökumət qüvvələrinə təslim olub

Almazbek Atambayev korrupsiya, “qanuni oğru” Əziz Butukaevin qanunsuz azad edilməsi, vəzifədən sui-istifadə, torpaq sahəsinə qanunsuz sahib olmaq və digər maddələrlə ittiham edilir.

Almazbek Atambayev 2011-ci ildən 2017-ci ilədək Qırğızıstana rəhbərlik edib.

 

 

Twitter
Sizə yeni tvit var
Keçid et
TƏCİLİ: Sülhməramlılar bu ərazini tərk etdi, polisimiz gəldi