Modern.az

Vəkillər Kollegiyasına üzv olmaq istəyənlər – İmtahanların vaxtı AÇIQLANDI

Vəkillər Kollegiyasına üzv olmaq istəyənlər – İmtahanların vaxtı AÇIQLANDI

Aktual

14 Avqust 2019, 18:36

Vəkillər Kollegiyasına üzv olmaq istəyən namizədlər üçün növbəti test imtahanının vaxtı açıqlanıb.

 

Modern.az-ın məlumatına görə, Vəkillər Kollegiyası ilə Dövlət İmtahan Mərkəzi arasında əldə olunan razılığa əsasən, sentybarın 8-də ixtisas imtahanlarının yazılı test mərhələsinin keçirilməsi nəzərdə tutulub.

 

Dövlət İmtahan Mərkəzinin Bakı şəhəri, Abdulvahab Salamzadə 28 ünvanında yerləşən kompüter mərkəzində təşkil olunacaq imtahan kompüter vasitəsilə- elektronlaşdırılmış qaydada həyata keçiriləcək. İmtahanda 245 namizəd iştirak edəcək.

 

 

Kollegiyadan bildirilib ki, regionlarda vəkillərin sayının azlığını nəzərə alaraq, vəkilliyə qəbulla bağlı imtahanda sənədlərin təqdim olunma ardıcıllığı ilə deyil, qeydiyyat ünvanı Bakı şəhəri olmayan namizədlərin yazılı test imtahanında iştirakına üstünlük veriləcəkdir. İmtahanda iştirak edəcək namizədlərə telefon vasitəsilə məlumat veriləcək.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü