Modern.az

Azərbaycanla sərhəddəki tarixi komplekslə bağlı yeni qalmaqal

Azərbaycanla sərhəddəki tarixi komplekslə bağlı yeni qalmaqal

Aktual

Bu gün, 11:48

Gürcüstanda David Qareci (Gareja) monastır kompleksi ilə bağlı məsələ yenidən gündəmə gəlib.

Modern.az xəbər verir ki, Gürcüstanın Baş naziri İrakli Kobaxidze jurnalistin sualını cavablandırarkən David Qareci ilə bağlı guya Azərbaycanıa gizli razılaşmanın olması barədə aparılan kampaniyanı sərt şəkildə tənqid edib.

Baş nazir bildirib ki, David Qareci məsələsi və digər mövzular ətrafında bəzi media vasitəsilə aparılan kampaniyalara “anti-dövlət fəaliyyəti” kimi qiymət verilməlidir.

“David Qareci ilə bağlı kampaniya və onların qaranlıq media vasitəsilə apardıqları digər kampaniyaların yalnız bir qiymətləndirilməsi var - bunlar müvafiq cavab verilməli olan anti-dövlət fəaliyyətləridir”, - deyə Kobaxidze bildirib. Onun sözlərinə görə, Gürcüstanda müxtəlif problemlər, o cümlədən korrupsiya ilə bağlı məsələlər mövcuddur və heç kim bu problemləri “yalan kampaniyaların” arxasında gizlədə bilməz.

Kobaxidze David Qareci məsələsi ətrafındakı kampaniyanın sifarişli xarakter daşıdığını deyib.

O qeyd edib ki, buna baxmayaraq, müəyyən şəxslər və konkret media qurumu dövlət üçün həssas olan məsələ ətrafında kampaniya aparmağa çalışıb. Baş nazirin sözlərinə görə, bu da kampaniyanın sifarişçiləri və icraçılarının “anti-dövlət mahiyyətini” göstərir.

Baş nazir David Qareci məsələsinin hüquqi müstəvidə inkişaf etdirilə biləcəyini də istisna etməyib:

“Bu kampaniya o qədər həssas məsələ ilə bağlıdır ki, ona hüquqi qiymət verilə bilər. Lakin bütün bunlara müvafiq qurumlar və idarələr qərar verməlidir”.

Qeyd edək ki, David Qareci (Gareja) kompleksi Azərbaycan–Gürcüstan sərhədinin yaxınlığında yerləşən qədim monastır kompleksidir. Kompleksin ayrı-ayrı hissələri Azərbaycan və Gürcüstan ərazilərində yerləşir. Bu səbəbdən David Qareci məsələsi iki ölkə arasında sərhədin delimitasiyası ilə bağlı ən həssas mövzulardan biri hesab olunur. Azərbaycan tərəfi məsələnin beynəlxalq hüquq və mövcud tarixi-kartoqrafik sənədlər əsasında həll edilməsini müdafiə edir.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiya daha bir ölkəyə hədə-qorxu gəldi: Qoşunlar hərəkətə keçir - Xəbəriniz Var?