Modern.az

Fərhad Abdullayev Gürcüstanda mühüm görüşlər keçirdi - GÖRÜNTÜ

Fərhad Abdullayev Gürcüstanda mühüm görüşlər keçirdi - GÖRÜNTÜ

Aktual

Bu gün, 09:52

Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin nümayəndə heyəti Gürcüstanın Batumi şəhərində işgüzar səfərdə olub.

Modern.az-ın məlumatına görə, sentyabrın 9-da Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayevin rəhbərlik etdiyi nümayəndə heyəti Batumiyə səfər edib.

Nümayəndə heyətinin tərkibində Konstitusiya Məhkəməsinin hakimi Rəşid Rzayev və Aparat rəhbəri Anar Babayev də yer alıblar.

Səfər çərçivəsində Azərbaycan nümayəndə heyəti Gürcüstan Konstitusiya Məhkəməsinin sədri Revaz Nadariya və məhkəmənin hakimləri ilə görüşüb.

Görüşdə Azərbaycan-Gürcüstan münasibətlərinin inkişaf dinamikası, hüquq və məhkəmə sistemləri arasında əməkdaşlığın genişləndirilməsi, qanunun aliliyinin möhkəmləndirilməsi və konstitusiya ədalət mühakiməsinin inkişafı məsələləri müzakirə olunub.

Tərəflər həmçinin konstitusiya məhkəmələri arasında qarşılıqlı təcrübə mübadiləsinin genişləndirilməsi, məhkəmə təcrübəsində qarşıya çıxan hüquqi məsələlər və müasir məhkəmə islahatları barədə fikir mübadiləsi aparıblar.

Sentyabrın 10-da Azərbaycan nümayəndə heyəti Acarıstan Muxtar Respublikası hökumətinin sədri Zurab Pataradze və Ali Şurasının sədri Tsotne Ananidze ilə də görüşüb.

Görüşdə Azərbaycan-Gürcüstan məhkəmə-hüquq münasibətlərinin hazırkı vəziyyəti, əməkdaşlığın genişləndirilməsi imkanları və əlaqələrin gələcək perspektivləri müzakirə edilib.

Səfər çərçivəsində keçirilən görüşlərdə Azərbaycanın Batumidəki baş konsulu Fuad Əzizov da iştirak edib.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiya daha bir ölkəyə hədə-qorxu gəldi: Qoşunlar hərəkətə keçir - Xəbəriniz Var?