Modern.az

Mərkəzi Bank hərrac keçirdi

Mərkəzi Bank hərrac keçirdi

Aktual

14 Avqust 2019, 21:03

Bu gün  Bakı Fond Birjasında (BFB) Azərbaycan Respublikasının Mərkəzi Bankının (AMB) 50101676S dövlət qeydiyyat nömrəli, 200 milyon manat həcmində, 28 gün tədavül müddətli qısamüddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçirilib.

BFB-dən Modern.az-a verilən məlumata görə,  hərrac zamanı 14 investor tərəfindən qiyməti 99.5158 AZN (6.26%) olan 23 sifariş təqdim edilib. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 585,670,200.00 AZN olub.

AMB-nin qərarına əsasən, notların kəsmə qiyməti 99.5158 AZN (6.26%), orta ölçülmüş qiyməti 99.5158 AZN (6.26%) müəyyən edilib. Hərrac nəticəsində notların yerləşdirilmiş həcmi 200,000,000.00 AZN təşkil edib.

Notlar 11.09.2019 tarixində ödənəcək.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Paşinyan Qazaxa gəldi - Ermənilər üzərinə hücum çəkdi