Modern.az

İran S-300-ün analoqunu yaratdı

İran S-300-ün analoqunu yaratdı

19 Avqust 2019, 21:58

İranda, layihəsi barədə bir neçə il əvvəl məlumat verilən Bavar-373 (Vera-373) zenit-raket kompleksinin yaradılması üzərində işlər başa çatıb.

Modern.az xəbər verir ki, İRNA agentliyinin Müdafiə Nazirliyinə istinadən verdiyi məlumata görə, hava hücumundan müdafiə sistemi gələn həftə təqdim ediləcək. Güman ki, onun təqdimatı 22 avqustda qeyd olunan müdafiə sənayesi gününə təsadüf edəcək.

Tehran, xüsusən də Rusiya S-300-lərinin satınalmalarına təsir göstərən beynəlxalq sanksiyalardan asılı olmamaq üçün əvvəlcədən öz hava hücumundan müdafiə sistemlərinin inkişafı qayğısına qalıb. Düzdür,  Moskva İslam Respublikasına öz sistemlərini onsuz da tədarük edirdi, amma onlar İranın ehtiyaclarını ödəmək üçün az idi...

İran Müdafiə Nazirliyi bildirir ki, yeni Bavar-373 kompleksi xüsusiyyətlərinə görə Rusiyanın S-300 modelinə bənzəyir və hədəfləri 200 km radiusda, maksimum 27 kilometr yüksəklikdə vurmaq iqtidarındadır.

Whatsapp
Bizə yazın!
Keçid et
Son dəqiqə- Paşinyan Qazaxın Əskipara kəndinə gəldi