Modern.az

Ağdamda yanğın olan ərazidə minalar partladı - YENİLƏNİB1

Ağdamda yanğın olan ərazidə minalar partladı - YENİLƏNİB1

Hadisə

22 İyul 2026, 22:25

Ağdam rayonunda yanğın baş verən ərazidə mina partlayışları müşahidə olunur.

Modern.az Report-a istinadən xəbər verir ki, rayonun yenidən qurulan Sarıcalı kəndinə yaxın açıq ərazidə baş verən yanğın mina və partlamamış hərbi sursatlarla çirklənən yerlərə yayılıb.

Yanğın zamanı bir neçə mina partlayışı müşahidə olunub. Partlayışlar yanğınlara operativ müdaxilə edilməsi işlərinə mane olur, alovun söndürülməsi işlərini ləngidir.

***

20:40

Fövqəladə Hallar Nazirliyinin “112" qaynar telefon xəttinə Ağdam rayonu, Sarıcalı kəndində açıq ərazidə yanğın baş verməsi barədə məlumat daxil olub.

Bu barədə Modern.az-a FHN-dən məlumat verilib.

Məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri əraziyə cəlb olunub.

Hazırda yanğının söndürülməsi istiqamətində əməliyyat davam edir.

Əlavə məlumat veriləcək.

***

19:36

Ağdamın Sarıcalı kəndində açıq ərazidə yanğın baş verib.

Modern.az-ın xəbərinə görə, yanğın hadisəsi rayonun işğaldan azad edilmiş Sarıcalı kəndi ərazisində qeydə alınıb.

Yanğının söndürülməsi üçün əraziyə FHN-nin Ağdam Rayon Yanğından Mühafizə Hissəsinin 2 yanğınsöndürən maşını və şəxsi heyəti cəlb olunub.

Hazırda yanğının söndürülməsi istiqamətində işlər davam etdirilir.

Yanğının başvermə səbəbi araşdırılır.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Zelenskiyə ŞOK HÜCUM! - Öldürmək istədilər - Son anda...