Modern.az

Qazax sakini restoranda bıçaqlandı

Qazax sakini restoranda bıçaqlandı

21 Avqust 2019, 23:21

Qazax şəhərində bıçaqlanma hadisəsi baş verib.

Modern.az  "Report"a istinadən xəbər verir ki, hadisə şəhərdə yerləşən restoranların birində qeydə alınıb.

Belə ki, 1981-ci il təvəllüdlü Nizami Məzahir oğlu Rəhimov 2 bıçaq xəsarəti ilə Qazax rayon Müalicə və Diaqnostika Mərkəzinə yerləşdirilib.

Onun kim tərəfindən və hansı səbəbdən bıçaqlandığı isə hələki məlum deyil. Faktla bağlı araşdırma aparılır.

Sizə yeni x var
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi