Arxiv
23 Avqust 2019, 19:20 | AKTUAL
Aprel şəhidlərinin ailələri mərhum pilot Rəşad Atakişiyevin ailəsini ziyarət  ediblər

2016-cı ilin aprelində şəhid olmuş polkovnik-leytenantı Sənan Axundovun həyat yoldaşı Nəcibə Axundova,  Əbdülməcid Axundovun anası Ceyran Axundova və tanınmış jurnalist, aprel şəhidlərimizdən bəhs edən “Qalibiyyət, şahidlər və şəhidlər” kitabının müəllifi Aida Eyvazlı  qəzaya uğramış MiQ-29 döyüş təyyarəsinin mərhum pilotu Rəşad Atakişiyevin ailəsini ziyarət  edib.

 

Modern.az-nın əmlumatına görə, ziyarət zamanı Nəcibə Axundova və Ceyran Axundova  ailəyə təsəlli olmağa çalışıblar.

 

Nəcibə Axundova pilot Rəşad Atakişiyevin həyat yoldaşı Könül Hüseynovaya baş sağlığı verərək  deyib ki, bundan sonra özünüzdə güc tapmağı bacarmalısız:

 

“Eynilə sizin yaşadıqlarınızı mən də yaşamışam. Ailə başçısını, sevdiyin insanı itirməyin nə demək olduğunu çox yaxşı anlayıram. İtki elə hissdir ki, nə qədər təsəlli verənlər olsa da, bu yaranı heç nə ovundura bilmir. Çalışın, ayaqda durun. Bundan sonra ancaq övladlarınızın  gələcəyini düşünün. Möhkəm olmağınız çox önəmlidir. Bundan sonra övladlarınızın sizə daha çox ehtiyacı olacaq. Səbrli olun!. Vətən sağ olsun!”.

 

Ceyran Axundova da pilot Rəşad Atakişiyevin anası Tatyana Atakişiyevaya övlad itkisinin sağalmaz dərd olduğunu deyib:

 

“Mən də övlad itirmişəm. O da vətən yolunda şəhid olub. Övlad dərdini heç nə təsəlli edə bilməz. Bu dərd ölənə qədər bizimlədir. Allah səbr versin!”

 

Jurnalist Aida Eyvazlı mərhum pilotumuz Rəşad Atakişiyevin həyat yoldaşı Könül Atakişiyevaya kitabını ərməğan edərək, “şəhidlər ölməz, vətən bölünməz” sözlərini səsləndirib:

 

“Biz media işçiləri olaraq hər zaman yanınızdayıq. Pilotumuz RəşadAtakişiyev bütün Azərbaycanın oğludur. Hər zaman qəlbimizdə yaşayacaq”.

 

Arayış: Rəşad Atakişiyev 1985-ci il yanvar ayının 7-də Samux rayonunun Alabaşlı qəsəbəsində anadan olub. Şəmkir rayonundakı şəhid Şöhrət Hüseynovun adını daşıyan Qılıncbəyli kənd orta məktəbini bitirib. 2002-ci ildə Azərbaycan Ali Hərbi Təyyarəçilik Məktəbinə daxil olaraq 2006-cı ildə həmin məktəbi bitirib. Seçdiyi peşəni daha dərindən öyrənməyə səy göstərib. “Polkovnik-leytenant” hərbi rütbəsinə qədər yüksəlib.

 

R.Atakişiyev Azərbaycan Ordusunda xidmət etdiyi müddət ərzində peşəkar, nümunəvi, vətənpərvər zabit kimi tanınıb. Onun xidmətləri həmişə yüksək qiymətləndirilib. Hərbi hissənin qarşısında qoyulmuş vəzifələrin yerinə yetirilməsində fərqləndiyinə görə bir neçə medal ilə təltif olunub.
Azərbaycan və Türkiyə Hərbi Hava Qüvvələrinin “Turaz Qartalı” devizi altında keçirilən birgə taktiki-uçuş təlimlərində, eləcə də ötən ilki Azərbaycan Silahlı Qüvvələrinin 100 illiyi ilə bağlı keçirilən hərbi paradda nümunəvi çıxışı ilə yadda qalıb. 

 

Rəşad Atakişiyevin 2 oğul övladı var. Birinin 3, digərinin 7 yaşı var.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
“Yeraltı təkanlar davam edəcək” - Respublika Seysmoloji Xidmət Mərkəzi 24 Fevral 2020, 00:47 Çindən kənarda koronavirusa yoluxanların sayı 1 769-a çatdı 24 Fevral 2020, 00:32 Hacıqabulda mikroavtobus piyadanı vurub öldürdü 24 Fevral 2020, 00:16 Prezidentin komandası seçkilərdə  məğlub oldu 23 Fevral 2020, 23:57 "Fənərbağça"nın baş məşqçisi istefa verdi 23 Fevral 2020, 23:40 Azərbaycanda koronovirusla bağlı səs yazısına aydınlıq gətirildi - RƏSMİ 23 Fevral 2020, 23:23 ABŞ Qara dənizdə Rusiya ilə qarşılaşdı 23 Fevral 2020, 23:04 İtaliyada koronavirusdan daha bir nəfər ölüb 23 Fevral 2020, 22:43 "Qalatasaray" 21 illik tilsimi qırdı 23 Fevral 2020, 22:21 Azərbaycan millisi Böyük Dəbilqəni 4 medalla başa vurdu 23 Fevral 2020, 22:06 Daha bir ölkə İranla sərhədi bağladı - SƏBƏB 23 Fevral 2020, 21:52 Zəlzələdə əri və 3 övladını itirən ananın fəryadı - VİDEO 23 Fevral 2020, 21:41 “Status-kvo ən ideal variantdı, bacardığımız qədər danışıqları uzatmalıyıq” – Erməni politoloq 23 Fevral 2020, 21:17 "Qarabağ"dan daha bir qələbə 23 Fevral 2020, 21:09 İranda daha bir güclü zәlzәlә oldu 23 Fevral 2020, 20:56 “İtaliya hər zaman Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyib” - Azər Kərimli 23 Fevral 2020, 20:33 XİN-dən Türkiyəyə başsağlığı 23 Fevral 2020, 20:22 MSK daha iki seçki məntəqəsində səsvermənin nəticələrini ləğv etdi 23 Fevral 2020, 20:10 Daha bir seçki məntəqəsində nəticələr ləğv edildi 23 Fevral 2020, 20:07 67 saylı dairədə 2 məntəqədə seçkilər ləğv olundu 23 Fevral 2020, 19:33 Prezident İlham Əliyev Ərdoğana başsağlığı verdi 23 Fevral 2020, 19:01 MSK 60 saylı Salyan-Neftçala dairəsi ilə bağlı QƏRAR VERDİ 23 Fevral 2020, 18:41 Madər Musayevin dairəsindəki 1 məntəqədə pozuntular TƏSDİQLƏNDİ 23 Fevral 2020, 18:23 Ərəb koalisiyası husilərin partlayıcı ilə dolu qayığını məhv etdi 23 Fevral 2020, 18:13 Bu dairənin 11 məntəqəsində seçkilərin nəticəsi LƏĞV OLUNDU 23 Fevral 2020, 17:52 43 saylı seçki dairəsindən uduzan namizədin şikayətinə baxıldı 23 Fevral 2020, 17:47 Türkiyə koronavirusla əlaqədar İranla sərhədi bağlayıb 23 Fevral 2020, 17:41 Daha bir seçki dairəsi ilə bağlı qərar verildi 23 Fevral 2020, 17:25 11 saylı Qaradağ seçki dairəsi ilə bağlı şikayət təmin olunmadı 23 Fevral 2020, 17:04 Paşinyanın Qarabağda əsgərlik çəkən oğlunun YENİ VİDEOSU 23 Fevral 2020, 17:01 İranda zəlzələdə xəsarət alanların sayı 75-ə çatıb 23 Fevral 2020, 16:44 Mixail Zabelinin dairəsindən verilən şikayətlə bağlı QƏRAR 23 Fevral 2020, 16:41 MSK növbəti iclasını keçirir – Yeni şikayətlərə baxılacaq 23 Fevral 2020, 16:31 Azərbaycanda fotoistinad mədəniyyəti: “Bu məsələ məhkəmə predmeti olmalıdır”– FOTOQRAFLARLA SORĞU 23 Fevral 2020, 16:15 Diaspor rəhbəri İtaliyadakı azərbaycanlılara səsləndi 23 Fevral 2020, 16:02