Modern.az

Toydan qayıdan sürücü qəzaya düşdü: yaralılar var

Toydan qayıdan sürücü qəzaya düşdü: yaralılar var

23 Avqust 2019, 23:30

Gəncədə yol-nəqliyyat hadisəsi baş verib.

Modern.az APA-ya istinadən xəbər verir ki, hadisə Gəncə-Samux yolunda qeydə alınıb.

Belə ki, 20-BL-353 dövlət nömrə nişanlı "VAZ-2106" markalı avtomobil hərəkət zamanı idarəetmədən çıxaraq aşıb. Qəza nəticəsində avtomobilin sürücüsü – Hüseynov Rasim və iki sərnişin yaralanıb.

Hadisə zamanı sözügedən şəxslərin toydan qayıtdığı və sürücünün sərxoş vəziyyətdə olduğu bildirilib. Qəzaya səbəb isə yüksək sürət olub.

Faktla bağlı araşdırmalar davam edir.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
ŞOK VİDEO! Rusiya sülhməramlıları yenidən Qarabağa qayıtdı?