Modern.az

Şəkidə baş vermiş yanğınlar 300 hektara yaxın ərazini əhatə edib  

Şəkidə baş vermiş yanğınlar 300 hektara yaxın ərazini əhatə edib  

25 Avqust 2019, 09:15

Avqustun 24-də Şəkidə baş vermiş yanğınlar tam söndürülüb, bununla belə, 300 hektara yaxın ərazi yanıb.

 

Modern.az APA-ya istinadən məlumat verir ki, avqustun 24-ü günorta saatlarından başlayaraq Şəki rayonunun müxtəlif ərazilərində kol-kos, quru ot və biçilmiş taxıl sahələrində yanğınlar baş verib. Ümumilikdə rayon üzrə gün ərzində 12 müxtəlif ərazidə yanğın qeydə alınıb. Küləkli hava şəraiti səbəbindən yanğının söndürülməsində problemlər yaşanıb.

 

Ərazilərdə baş verən yanğının söndürülməsinə Fövqəladə Hallar Nazirliyinin (FHN) Şəki, Zaqatala, Qax  və Yevlax  rayonlarının  Dövlət Yanğından Mühafizə Hissələrinin ümumilikdə 10 yanğınsöndürən maşını, 100 nəfərə yaxın şəxsi heyəti, Mülkü Müdafiə Qoşunlarının şəxsi heyəti və Şəki Meşə Mühafizəsi və Bərpası Müəssisəsinin əməkdaşları cəlb edilib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır