Arxiv
27 Avqust 2019, 15:17 | İQTİSADİYYAT
“Binə” və “Sədərək”də ticarət niyə “ölür”... - SƏBƏBLƏR

Bakının ən böyük ticarət mərkəzləri olan “Binə” və “Sədərək”də alıcılıq qabiliyyəti son zamanlar xeyli aşağı düşüb.  Belə ki, əvvəllər insanların alış-veriş üçün  kütləvi şəkildə axın etdiyi bu məkanları artıq şəhərdəki mağazalar əvəzləyir.

Bəs  marağın belə azalmasına və şəhərdəki mağazaların rəqabətdə önə keçməsinə səbəb nədir?

Məsələ ilə bağlı iqtisadçı ekspert Natiq Cəfərli Modern.az-a danışıb.

Natiq Cəfərli deyir ki, şəhərdə olan mağazalarla “Sədərək”, “Binə” qiymətləri arasında son vaxtlar xeyli azalma var.

“3-4 il əvvələdək “Sədərək”, “Binə” kimi ticarət mərkəzləri ilə şəhərdəki mağazalar arasında 30-40 faiz qiymət fərqi var idisə, indi bu rəqəmlər 5-10 faizədək düşüb. İnsanlar da elə böyük ticarət mərkəzlərindəki xaotik məqamları nəzərə alaraq, şəhərə üstünlük verirlər. Belə ki, “Binə”  və ya “Sədərək”də avtomobili saxlamaq üçün xeyli əziyyət çəkməli olursan. Üstəlik mağazalar həddən artıq isti, həm də sıx-sıx yerləşib. Bəzən araba daşıyan insanlar normal gəzməyə imkan vermir, problem yaradırlar. Buna görə də əhali çox vaxt 5-10 faiz itkini gözə alıb, “Sədərək” və ya “Binə”yə gedərək, bu qədər əziyyətə qatlanmaqdan imtina edir”.

Ekspertin sözlərinə görə, son zamanlarda insanlarda belə bir fikir formalaşıb ki, “Sədərək” və “Binə”dəki mallar şəhərdəkinə nisbətdə daha keyfiyyətsizdir. 

“Keyfiyyətli məhsulun şəhərdə olduğunu düşünən insanlar aradakı qiymət fərqinə əhəmiyyət vermədən “Binə” və “Sədərək”ə getmirlər. Lakin şəhərdə satılan malların çoxu elə topdansatış  şəklində “Sədərək” və “Binə”dən gətirilir.   Onu da deyim ki, axır vaxtlar  alıcılıq qabiliyyəti aşağı düşdüyünə  görə, şəhərdəki bəzi mağazalarda kampaniyalar təşkil olunur ki, bu da insanları daha çox cəlb edir”.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Nazirlik: Sahələrdən 28 min 226 ton şəkər çuğunduru yığılıb   23 Sentyabr 2019, 12:59 Sabahın hava PROQNOZU açıqlandı 23 Sentyabr 2019, 12:57 Sərhəd zastavasına silahlı hücum olub - Baş leytenant bıçaqlandı - FOTOLAR 23 Sentyabr 2019, 12:53 Cahangir Novruzova “Xalq artisti” fəxri adı təqdim olunub 23 Sentyabr 2019, 12:39 Bakıda sərnişin avtobusu qəzaya düşdü - FOTO 23 Sentyabr 2019, 12:35 “Keşikçidağ”da “Avropa İrs günləri” keçirilib 23 Sentyabr 2019, 12:32 Nuşirəvan Məhərrəmov kabel TV operatorlarının işindən narahatdı 23 Sentyabr 2019, 12:25 Ekspertlərdən parlamentə və hökumətə distant təhsillə bağlı ÇAĞIRIŞ 23 Sentyabr 2019, 12:17 Azərbaycanda payız başladı 23 Sentyabr 2019, 12:14 Sosial şəbəkələrdə narkotiki təbliğ edən şəxs həbs edildi 23 Sentyabr 2019, 12:03 Milli Məclisdə abortlarla bağlı fikir ayrılığı yarandı - Cinsiyyəti təyin etməyə icazə verilsin, verilməsin?.. 23 Sentyabr 2019, 12:02 Naqif Həmzəyev gənc partiya fəalları ilə görüşüb - FOTO 23 Sentyabr 2019, 11:54 Sabiq xarici işlər naziri: “Azərbaycan Ermənistanla bu görüşə getməməliydi” 23 Sentyabr 2019, 11:49 Bir əsgərimiz də şəhid oldu 23 Sentyabr 2019, 11:32 Avtobus sürücülərinin hər kəsi Hikmət adı ilə hədələdiyi “Avtobus Hikmət” kimdir? - Cavab gözləyirik 23 Sentyabr 2019, 11:24 Əcnəbi sözlər dilimizi “intihar”a sürükləyir 23 Sentyabr 2019, 11:10 370 İngilis dili müəllimi təlimlərə cəlb olunacaq 23 Sentyabr 2019, 11:04 ADU-da Çin “Zhongjujie” bayramı qeyd olunub 23 Sentyabr 2019, 10:49 Nəsimi festivalı zamanı dahi şairə həsr olunan xalça sərgisi açılacaq - FOTOLAR 23 Sentyabr 2019, 10:46 Los Anceles Paşinyanı belə “qarşıladı” - FOTO+VİDEO 23 Sentyabr 2019, 10:37 “Papanin”də yollar 7 ildən sonra açıldı - FOTOLAR 23 Sentyabr 2019, 10:36 Paşinyan Sorosla baş tutmayan görüşündən danışdı 23 Sentyabr 2019, 10:26 Kartof toxumlarının tədarükünə başlanıb 23 Sentyabr 2019, 10:21 Ötən gün yol qəzalarında 2 nəfər ölüb 23 Sentyabr 2019, 10:19 Fuad Muradov: Türkiyədə qanunsuz yaşayan azərbaycanlılarla bağlı uzun zaman davam edən danışıqlar həllini tapır 23 Sentyabr 2019, 10:13 Bakı Ali Neft Məktəbinin startapı ABŞ-da qəbul olunub 23 Sentyabr 2019, 10:10 Mehriban Əliyeva: “Biz postsovet məkanında müasir qiymətləndirmə sistemini tətbiq edən ilk ölkələrdənik” 23 Sentyabr 2019, 10:08 10 milyonuncu sakinimizin yeni FOTOLARI 23 Sentyabr 2019, 09:54 “Valideynlər öz düşüncələrinə görə nəticə çıxarmaqdansa, gəncləri sakitcə dinləsələr…” - Fuad Bakışlı yazır 23 Sentyabr 2019, 09:44 Ermənistan ordusunun hərbçisi ölüm ayağındadır 23 Sentyabr 2019, 09:36 Qubad İbadoğlu Vurğun Əyyubla bağlı xəbərlərdə təmkinli olmağa ÇAĞIRDI 23 Sentyabr 2019, 09:33 Ermənilər atəşkəsi 22 dəfə pozdu 23 Sentyabr 2019, 09:29 “Kapadokyanın filialı” Lazada - Dağlar arxasında bir kənd var... - FOTOLAR 23 Sentyabr 2019, 08:37 Azərbaycan və Ermənistan xarici işlər nazirləri bu gün GÖRÜŞÜRLƏR 23 Sentyabr 2019, 08:32 “Qırmızı Şaman”ın izi ilə... - Qədim türk yurdu Saxa Respublikasından REPORTAJ 23 Sentyabr 2019, 08:13