Arxiv
6 Sentyabr 2019, 08:32 | DİASPOR
İstanbulda yaşayan azərbaycanlı rejissor: “Riyakar adamlar günbəgün çoxalırlar”

Dünya yaşamağa məhkum olanların müvəqqəti qərar tutduğu bir məkandır. Hər kəs var olduğunu sübut etməyə səy göstərir. Necə deyərlər, hamının başı xoş güzəran sürmək üçün mücadiləyə qarışıb. Yalnız haradan gəlib, harada olduğunu, haraya gedəcəyini bilənlər bu məkanda xoş güzərandan daha çox axirətə əliboş getməməyə çalışır...

Qəribə davranışı, özəl mədəniyyəti, nadir təfəkkürü ilə seçilir. “Allah” sözü dilindən düşmür. Tez-tez söylədiyi “şükür” kəlməsi hər dəfə eşitdiyimiz bayağı “şükür”lərdən çox fərqlənir. Ürəkdən gəldiyi, təbii olduğu, İlahi eşqdən qaynaqlandığı gözləridən görünür. Niyyəti o qədər gözəldir ki, əməllərində öz əksini tapıb...

...Atası Namiq Axundov indiki Bakı Musiqi Akademiyasını bitirib. Lənkəran 1 nömrəli Musiqi məktəbinin yaradıcılarından biri idi. 1986-cı ildə vəfat edənədək, otuz ilə yaxın həmin məktəbdə tar müəllimi işləyib. Anası Tamella xanım ixtisasca mühasib olsa da, daha çox bədii yaradıcılıqla məşğul olub, şeir yazıb. Hazırda 71 yaşı var...

Haqqında söhbət açdığım Natiq Axund 1975-ci ildə Lənkəran şəhərində dünyaya gəlib. 1992-ci ildə orta təhsilini həmin şəhərdə başa vurub. 1994-cü ildə Lənkəran Dövlət Universitetinə qəbul olunub. 1998-ci ildə oranı bitirərək tarix müəllimi ixtisasına yiyələnib. Sonra dörd il Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin teatr və kino fakültəsində təhsilini davam etdirib. Kinorejissor Eldar Quliyevin tələbəsi olub.

Lənkəranda tələbə ikən ölkədə tanınmış şən və hazırcavablar klubu, "Lumu" komandasına bir müddət kapitanlıq edib. 1998-ci ildən rejissor kimi fəaliyyət göstərməyə başlayıb. Televiziya kanallarında tele-proqram rejissoru, layihə rəhbəri, serialda rejissor, aparıcı və s. kimi işlərdə çalışıb. 2008-ci ildə "Qaçan Atlar Production" kino-şirkətini yaradıb və o vaxtdan bu şirkətə rəhbərlik edir. Film, serial, reklam, klip sahəsi üzrə təcrübəsi var. Bu illər ərzində rəhbəri olduğu şirkətin istehsal etdiyi, ictimai, aktual mövzulu sosial filmlərdə rejissor, ssenarist, prodüsser, aktyor kimi fəaliyyət göstərib. İştirak etdiyi bir çox festivallarda rejissor, ssenarist nominasiyaları üzrə qalib olub, diplom və mükafatlara layiq görülüb. 2018-ci ilin fevralından İstanbulda yaşayır...

…Natiqin üç övaladı var. Böyük qızı Rüqayyə 11, oğlu Əbülfəz 9, ikinci qızı Əsmənur 7 yaşındadırlar…

Deyir ki, yalana nifrət edir: “Riyakar adamlar gözümün düşmənidir, çalışıram ki, onlardan uzaq olum. Heyif ki, onlar günbəgün çoxalırlar. Hər yerdə, hər kollektivdə onlara rast gəlmək olur”…

Harada qərar tutmasından, millətindən asılı olmayaraq ən yaxşı insanlar sülhü təbliğ edən, xeyirxah olmağı aşılayan, bəşəriyyəti Tanrı buyurduğu kimi yaşamağa səsləyən kəslərdir. Bəli, Türkiyədə yaşayıb yaradan rejissor Natiq Axund məhz belə insanlardandır. Onun ərsəyə gətirdiyi hər bir qısametrajlı filim ibrət dərsi, haqqa-ədalətə, insanlığa çağırışdır. Bu filmlərin milyonlarla tamaşaçısı var. Onun “Ramazan payı” filmi bir neçə dilə tərcümə olunaraq müxtəlif ölkələrdə nümaiş etdirilib. Ümumiyyətlə Natiqin təqdim etdiyi qısametrajlı filmlər tamaşaçılar tərəfindən rəğbətlə qarşılanır. Onun ərsəyə gətirdiyi ibrətamiz filmlər bu gün Türkiyə televiziya məkanında davamlı olaraq yayımlanır. Bundan əlavə həmin filmlər “YouTube”nin “Natik Ahunt” və eləcə də “Facebook”un “Natiq Axund” səhifələrində də yerləşdirilib...

Bütün yaradıcı insanlar kimi, o da təkliyi xoşlayır. Bədii kitabları mütaliə etməkdən yorulmur. Teatr tamaşalarından zövq alır. Öz üzərində işləməyi bacarır. İnkişaf etmək, daha böyük işlər görmək onun başlıca amalıdır. Azərbaycanı çox sevir.


“Türklər qardaş xalq olsalar da, bizi yaxşı tanısalar da çalışıram ki, Azərbaycanı layiqincə təmsil edim. Çünki azərbaycanlılar türk xalqları arasında istedadı, uğurları ilə həmişə öndə olublar”- söyləyir...

 

Elman Eldaroğlu

 

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
“Qalatasaray” qələbəni əldən verdi 22 Sentyabr 2019, 22:24 ABŞ-da  silahlı insident 22 Sentyabr 2019, 22:06 Fuad Muradov "Xalq Cümhuriyyətinin 100 illik medalı"nı Əlibəy Hüseynzadənin qızına təqdim edib - FOTO 22 Sentyabr 2019, 21:59 Elmar Məmmədyarov həmsədrlərlə görüşür 22 Sentyabr 2019, 21:43 Avtobus qəzaya uğradı: 26 ölü 22 Sentyabr 2019, 21:27 Azərbaycan idmançıları ikinci oldu 22 Sentyabr 2019, 21:14 Keçmiş deputatdan məmurlara ÇAĞIRIŞ: “Mərdi qova-qova namərd etməyin!” 22 Sentyabr 2019, 20:47 Vurğun Əyyubun vəziyyəti ağırlaşıb 22 Sentyabr 2019, 20:37 Türkiyə 7 PKK terrorçusunu  məhv etdi 22 Sentyabr 2019, 20:18 Polis 1.3 ton narkotik vasitə aşkarladı 22 Sentyabr 2019, 20:01 Pakistanda avtobus qəzası: 26 ölü, 12 yaralı 22 Sentyabr 2019, 18:08 Bakıda 3 otaqlı ev yanıb   22 Sentyabr 2019, 17:40 Aytəkin Alxaslıdan Elçin Quliyevlə bağlı icazəsiz YAZI 22 Sentyabr 2019, 17:25 Bədii gimnastika üzrə 37-ci Dünya Çempionatının bağlanış mərasimi keçirilir 22 Sentyabr 2019, 16:39 Cəlilabadda 8 otaqlı ev yanıb   22 Sentyabr 2019, 15:25 Hərbi qulluqçu Elyarbəy Məmmədov torpağa tapşırılıb 22 Sentyabr 2019, 15:16 Tural Gəncəliyev erməniləri ifşa etdi - VİDEO 22 Sentyabr 2019, 14:39 Ağsuda iki “VAZ” toqquşub, xəsarət alan var 22 Sentyabr 2019, 14:35 Azərbaycanın ərazi sularında gəmilərin hərəkətinə icazə verilib 22 Sentyabr 2019, 14:07 “Böyük İpək Yolu”ndan təlim – “Gənclərin karyerada yüksəliş imkanları” 22 Sentyabr 2019, 14:01 Ərdoğan ABŞ-a gedib 22 Sentyabr 2019, 13:43 Amerikada qarşılıqlı ittihamlar kimin sonuna çıxacaq? – HARVARD MƏZUNU YAZIR 22 Sentyabr 2019, 13:01 Diş həkiminin xəstəliyə yoluxdurduğu aktyor - Ələkbər əminin NAĞILI 22 Sentyabr 2019, 12:41 Sabahın HAVASI: Yağış yağacaq 22 Sentyabr 2019, 12:38 Küləyin aşırdığı ağac 120 evi qazsız qoydu 22 Sentyabr 2019, 12:32 Şahdağda qarın hündürlüyü 3 santimetrə ÇATIB – Faktiki HAVA   22 Sentyabr 2019, 12:27 “Korrupsioner məmurun öz sərvətini açıqlaması intihar kimi bir şeydir” 22 Sentyabr 2019, 12:22 Şəmkirdə bir nəfər hovuzda boğuldu   22 Sentyabr 2019, 12:10 Ömrün nisgil toplusu “Dəyişmirik” çapdan çıxdı 22 Sentyabr 2019, 12:05 Bakıda Çilinin müstəqilliyinin 209-ci ili qeyd edilib 22 Sentyabr 2019, 11:56 Selcan o statusu niyə YAZDI? - Fuad Qəhrəmanlı aydınlıq gətirdi 22 Sentyabr 2019, 11:56 Sabah Azərbaycanda payız başlayacaq 22 Sentyabr 2019, 11:36 Mahir Emrelinin evini qarət edən şəxslər danışdı - VİDEO 22 Sentyabr 2019, 11:20 Ötən il dünyanın böhran regionlarında 29 milyon körpə doğulub   22 Sentyabr 2019, 10:50 Yaponiyada 400-dən çox aviareys təxirə salındı 22 Sentyabr 2019, 10:36