Arxiv
7 Sentyabr 2019, 09:27 | MƏDƏNİYYƏT
Youtube-da 10 milyonluq baxış sayı olan azərbaycanlılar - Flora Kərimova:Onlar da dolanmağa yol axtarırlar”

Bu gün sosial şəbəkələr gündəmi izləmək üçün ən yaxşı vasitədir. Müasir dövrün gəncləri sosial şəbəkələr vasitəsi ilə rahat şəkildə sözlərini deyir, hətta öz istedadlarını nümayiş etdirmək üçün şəbəkələrin yaratdığı meydanda at oynatmağı da yaxşı bacarırlar.
Hazırda sosial şəbəkələrdə ən çox izlənən belə gənclərdən Nahidə Babaşlı, Aytən Rəsul, Sura İskəndərli, Nigar Muharrem və başqalarını misal göstərə bilərik.

 

Bir zamanlar musiqi təhsilli müğənnilər çətin proseslərdən keçərək, efirlərə çıxırdılar. Hazırda  isə hətta musiqi təhsili belə olmayanlar sosial şəbəkələr vasitəsilə qısa zamanda məşhurlaşaraq, efirlərə dəvət olunurlar.  


Xalq artisti Flora Kərimova Modern.az-a bildirib ki, əsas olan istedaddır.

 

“Mən uşaqlar tanıyırdım ki, anaları musiqi məktəbinə gətirirdilər, uşaqlar notdan başqa heç nə çala bilmirdilər, notu öyrəndikləri üçün bilirdilər, amma öyrəndikərini tətbiq edə bilmirdilər. Təhsilin var, amma öyrəndiklərini işinə tətbiq edə bilmirsənsə, sən axı necə musiqiçisən?! İstedadlı gənclərimizi sıxıb onların qol-qanadını sındırmaq düzgün deyil. Yaxşı oxuyursa, seviləcək. Vaxtıilə bəzi qadın müğənnilərimiz geyimləri ilə, şəkil çəkdirməkləri ilə özlərinə diqqəti cəlb edirdilər, indiki gənclər isə mahnılarına gələn 10 milyonluq baxış sayı ilə məşhur olurlar. Burada pis nə var ki?! Gəncləri sıxmaq olmaz. Onlar pul qazanmağa, dolanmağa yol axtarırlar. Lakin bəziləri həmin “milyonları” göstərməklə, “mənəm-mənəm” etməklə istedadlarını kobud şəkildə çatdırırlar. Gənclər “mənəm-mənəm” deyəndə sənətkarları da, dinləyiciləri də qıcıqlandırırlar. Məsləhətim odur ki, “mənəm-mənəm” deməyi yığışdırsınlar”.

 

Flora xanım onu da qeyd edib ki, efirə hər adam yol tapa bilmir.

 

“İstedadlı gəncləri jurnalistlər tanıtmalıdır, onların başına vurulmamalıdır ki, sənin savadın yoxdur. Məsələn, “Xəzər” TV-nin efirində reklama 800 AZN tələb olunur. Bəs görəsən, həmin istedadlı gənclər öz ifalarına gələn 10 milyonluq izlənməni hər kəsə bildirmək üçün 800 AZN-i haradan tapsınlar? Ona görə də gənclərə qarşı obyektiv olmalıyıq. Mən indi çox şey danışa bilərəm. Amma əgər mən həmin gəncin dolanışığına kömək edə bilmirəmsə, ixtiyarım da yoxdur ki, nəsə deyəm.

 

Mən məktəbdə oxuyanda “Nəğmə” dərsindən həmişə “2” alırdım. Allah incəsənət xadimi Tofiq Bakıxanovun  canını sağ eləsin, instituta qəbul zamanı o, mənim əlimdən tutdu. Onda “Sevməyən qoy sevməsin” mahnısını oxuyurdum. Məni imtahansız qəbul etdilər, amma ordakı müəllimin biri mənə “sən oxuya bilmirsən” dedi. Lakin zaman öz sözünü dedi. Bax belə istedadlı gəncləri o cür “fərdlər”in əlindən qurtarmaq lazımdır. Əgər istedadlı gənclərimiz istedadlarını nümayiş etdirirlərsə, onlara dayaq olmaq lazımdır. Onlar ki, narkoman deyillər, tərbiyəsiz deyillər, sadəcə hər kəs kimi istedadıyla dolanışığını yaxşılaşdırmağa çalışırlar”.

 

Bəstəkar, əməkdar incəsənət xadimi Faiq Sücəddinov isə qeyd edib ki, adları çəkilən gənclərin sosial şəbəkələrdə 10 milyon izlənmə yığmasına inanmır.

 

“Mən Zamiqin “Kaman” mahnısını misal gətirmək istərdim. Həmin mahnı 22 milyon baxış sayı qazanıb. Bunun şəxsən özüm şahidi olmuşam. O ki qaldı təhsilli və ya təhsilsiz söhbətinə, qeyd etmək istəyirəm ki, bu, istedad, bacarıq məsələsidir. Yaxşı oxuyanı efirə dəvət edirlər, pis oxuyanı eləmirlər. Bu proses 1990-cı illərdən davam edir. Həmişə belə olub ki, yaxşı qalıb, pis gedib. Pis gedib, yaxşı gəlib. Həmişə də belə davam edəcək. Üzeyir Hacıbəylinin “Koroğlu”su, Rauf Hacıyevin, Arif Məlikovun, Ramiz Mirişlinin mahnıları 100 illərlə qalacaq. Bunlar isə gəlib gedərdir”.

 


F.Sücəddinov bildirib ki, həmin gənclərin ifası 10 milyon deyil, 100 milyon “layk” alsa da, bir müddət sonra unudulacaq.

 

“Nə olsun ki, 10 milyondur, ya 100 milyondur. Mənim və digərlərinin xoşuna gəlmirsə, bir müddət sonra onlar da gedəcək. Məsələn, 2004-cü ildə televiziyada “Azəri Star” müsabiqəsi var idi. Onların iştirakçıları indi də məşhurdurlar. Onların da çoxunun təhsili yox idi. Bunu “faciə”yə çevirmək olmaz. Önəmli olan təhsil deyil, istedadı varsa, məsələ bitib deməkdir”.

 

Tək “Həsrət nəğməsi” mahnısıyla “Youtube”da 24 milyon baxış sayı qazanan gənc müğənni Nigar Muharrem də öz fikirlərini bizimlə bölüşüb.

 

“Mən istedaddan da əlavə işləmək bacarığını əsas götürürəm. Yəni o qədər istedadlı gənclər olub ki, yeni ideyaları və işləmək həvəsləri olmadığından sənətdə qalmayıblar. Artıq onlar göz önündə deyillər. Lakin daim çalışan, əziyyət çəkən insan həmişə göz önündə də olacaq, efirlərə də çağırılacaq”.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
"Qarabağ"ın qrupunda gözlənilməz nəticə 20 Sentyabr 2019, 00:44 Vilayət Eyvazov İdarə rəisini təqaüdə göndərdi 20 Sentyabr 2019, 00:27 Bakıda qadın qonşusu tərəfindən döyülüb 20 Sentyabr 2019, 00:14 25 yaşlı “Əsrin müqaviləsi” - Böyük dəyişikliyə uğurlu başlanğıc 20 Sentyabr 2019, 00:00 "Sonrakı matçlara daha da ciddi hazırlaşmalıyıq" - Qurban Qurbanov 19 Sentyabr 2019, 23:43 Azərbaycan nefti ucuzlaşıb 19 Sentyabr 2019, 23:30 Elmar Məmmədyarov Macar həmkarı ilə görüşdü 19 Sentyabr 2019, 23:13 “Qarabağ”  doğma meydanda məğlub oldu - 0:3 19 Sentyabr 2019, 22:49 Türkiyədən azərbaycanlılar kütləvi deport edilmir - RƏSMİ 19 Sentyabr 2019, 22:26 Sumqayıtın bəzi ərazilərinqə qaz olmayacaq 19 Sentyabr 2019, 21:57 “Maşın” şouda bu məşhurlar yarışacaq - FOTO 19 Sentyabr 2019, 21:42 İlham Əliyev Ümumçin Xalq Nümayəndələri Yığıncağı Daimi Komitəsinin sədrini qəbul edib - YENİLƏNİB 19 Sentyabr 2019, 21:32 "Çox mənəvi üzüntü yaşayıram" - Fuad Qəhrəmanlı 19 Sentyabr 2019, 21:15 Ayağı kəsilən Xalq artistinin arzusu ... 19 Sentyabr 2019, 21:04 Daha bir KİVDF yaradıldı - RƏSMİ 19 Sentyabr 2019, 20:52 Kərim Kərimova Prezidentin fərdi təqaüdü veriləcək - SƏRƏNCAM 19 Sentyabr 2019, 20:41 Neft sənayesi işçiləri təltif edildi - SİYAHI 19 Sentyabr 2019, 20:29 “Mənə hakimiyyətdən təzyiq olmayıb” - Fuad Qəhrəmanlının qızı danışdı - VİDEO 19 Sentyabr 2019, 20:13 "Qarabağ" "Sevilya"ya qarşı bu heyətlə oynayacaq 19 Sentyabr 2019, 20:02 BDU-da qurultay keçirildi 19 Sentyabr 2019, 19:26 Rövşən Rzayev almaniyalı diplomatlarla görüşüb 19 Sentyabr 2019, 19:03 Fərid Şahbazlı ATƏT-də çıxış etdi: “Azərbaycanda QHT-lər dövlətin əsas tərəfdaşıdır” 19 Sentyabr 2019, 18:51 Xırdalanda 4 yük avtomobili yanıb   19 Sentyabr 2019, 18:47 “Qafqaz neoliti” filmi təqdim olundu 19 Sentyabr 2019, 18:31 “Əsrin müqaviləsi” Azərbaycanı dünyada sabit, təhlükəsiz ölkə kimi tanıtdı 19 Sentyabr 2019, 18:28 Binəqədidə avtomobil qaz xəttinə çırpıldı -  Qaz kəsildi 19 Sentyabr 2019, 18:17 Gürcüstan azərbaycanlıları baş nazirdən universitet yaradılmasını tələb edir 19 Sentyabr 2019, 17:53 Nazirlik rəsmi qeydiyyata alınan işsizlərin sayını açıqladı 19 Sentyabr 2019, 17:50 Azərbaycan güləşçisi dünya çempionatında bürünc medal qazanıb 19 Sentyabr 2019, 17:47 Aparıcıdan “Qarabağ”a dəstək - VİDEO 19 Sentyabr 2019, 17:41 FHN 168 binanın istismarına müsbət rəy verdi 19 Sentyabr 2019, 17:35 “Atəşgah Sığorta”ya məxsus maşın qəzaya düşdü - İki nəfər ölüb 19 Sentyabr 2019, 17:11 Manatın məzənnəsində dəyişiklik? 19 Sentyabr 2019, 17:11 Müsavatda başqanlığa QADIN namizəd 19 Sentyabr 2019, 17:04 Kənd Təsərrüfatı Nazirliyindən İsmayıllıda zəhərlənənlər barədə AÇIQLAMA: Günvurmaya oxşayır 19 Sentyabr 2019, 16:45