Modern.az

Küveyt əmiri ABŞ-da xəstəxanaya yerləşdirildi

Küveyt əmiri ABŞ-da xəstəxanaya yerləşdirildi

8 Sentyabr 2019, 22:56

Küveyt Dövlətinin Əmiri Əlahəzrət Şeyx Sabah əl-Əhməd əl-Cabir əs-Sabah tibbi müayinə üçün ABŞ-da xəstəxanaya yerləşdirilib.

Modern.az xarici mediaya istinadən xəbər verir ki, bu səbəbdən ABŞ prezidenti Donald Trampla nəzərdə tutulan görüş də təxirə salınıb.

Bildirilib ki, liderlər arasında görüş 12 sentyabr tarixində planlaşdırılırdı.

ABŞ Prezidentinin mətbuat xidmətindən verilən açıqlamada deyilir ki, tərəflər Yaxın Şərq bölgəsindəki vəziyyəti, terrorizmlə mübarizə və təhlükəsizlik sahəsində əməkdaşlıq məsələlərini müzakirə edəcəkdilər.

İki liderin görüşünün yeni tarixi daha sonra açıqlanacaq.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir