Modern.az

ABŞ-a işləyən rusiyalı casusun ailəsi jurnalisti görüb evdən qaçdı

ABŞ-a işləyən rusiyalı casusun ailəsi jurnalisti görüb evdən qaçdı

11 Sentyabr 2019, 14:23

Rusiya prezidenti Administrasiyasının keçmiş əməkdaşı, ABŞ kəşfiyyatına işlədiyi təxmin edilən və iki il əvvəl Mərkəzi Kəşfiyyat İdarəsi tərəfindən Moskvadan evakuasiya olunan Oleq Smolenkovun ailəsi Virciniya ştatındakı evlərindən qaçıb.

 

Virtualaz.org xəbər verir ki, bu haqda Smolenkova məxsus olduğu bildirilən evlə üzbəüz evin sahibi Qreq Talli RİA Novosti-yə bildirib.

Xatırladaq ki, ilk dəfə CNN telekanalı Mərkəzi Kəşfiyyat İdarəsinin 2017-ci ildə Rusiyadan “çox qiymətli və yüksək vəzifəli” agentini evakuasiya etdiyini bildirib. Telekanal həmin agentin Kremldə işlədiyini və “Putinin planları haqda xəbərdar olduğunu” xəbər verib. Məlumatda deyilirdi ki, agentin evakuasiyası barədə qərar prezident Donald Trampın səlahiyyətlərinin icrasına başlayandan bir neçə ay sonra Ağ evdə Rusiya xarici işlər naziri Sergey Lavrovla görüşünən sonra qəbul edilib. Həmin görüşdə Tramp kəşfiyyatın təqdim etdiyi çox məxfi informasiyanı Rusiya tərəfi ilə bölüşüb. Nəticədə kəşfiyyat narahat olub ki, Trampın bu boşboğazlığı Rusiyadakı mühüm agentin həyatını təhlükəyə ata bilər. Bu sensasion xəbərin ardınca rusiyalı jurnalistlər müəyyən ediblər ki, söhbət prezident Administrasiyasının əməkdaşı, 2017-ci ildə üç uşağı və arvadı ilə birlikdə Montenegroya məzuniyyətə gedib oradan “yoxa çıxan” Oleq Smolenkovdan gedə bilər. Və ardınca jurnalistlər daşınmaz əmlak saytlarından ABŞ-ın Virciniya ştatında, Stafford şəhərində Oleq Smolenkov adlı şəxsin 2017-ci ildə dəyəri 1 milyon dollara yaxın olan ev aldığını üzə çıxarıblar. Həmin evin fotolarını da internetdən tapıblar.

 

Smolenkovun harada yaşadığı deşifrə edilən kimi jurnalistlər onun evinin qarşısında növbə çəkməyə başlayıblar. Bildirilir ki, “Daily Beast” nəşrnin reportyoru Slepakovun evinin qarşısında avtomobildə növbə çəkirmiş. Qonşu evin sahibinin dediyinə görə, Smolenkovun ailə üzvləri iki avtomobillə evə yaxınlaşanda reportyoru görüblər, həyətə daxil olublar və cəmi 15 saniyə sonra hər iki maşınla tələsik evi tərk ediblər. “Və bu da hər şeyi deyir”,-qonşu evin sahibi Qreq Talli bildirib.

“Vedemosti” isə yazır ki, Smolenkov son beş ildə prezident Putinin beynəlxalq məsələlər üzrə köməkçisi Yuri Uşakovun aparatında baş müşavir işləyirdi. Mənbələrin bildirdiyinə görə, həmin vəzifədə Smolenkovun “həssas informasiyalara” çıxışı ola bilərdi. Mənbələr Smolenkovun məxfi sənədlərlə iş icazəsinin olmadığını deyiblər, amma əlavə ediblər ki, o həmkarlarından “çox şey eşidə bilər”. Məlumata görə Smolenkov işgüzar, amma hər şeyə maraq göstərən adam olub, onu illərdir tanıyan həmkarları isə Slepakovla açıq söhbət ediblər.

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir