Modern.az

Dünya şöhrətli amerikalı kapitalist vəfat etdi

Dünya şöhrətli amerikalı kapitalist vəfat etdi

Aktual

12 Sentyabr 2019, 00:18

Dünya şöhrətli amerikalı kapitalist Tom Bun Pikens-balaca 92 yaşında vəfat edib.

Modern.az xarici mediaya istinadən xəbər verir ki, neft maqnatı 2017-ci ildə hündürlükdən yıxılaraq iflic olub və 2 ildir səhhəti ilə bağlı problemlər yaşayıb.

Qeyd edək ki, Bun Pikens-balaca 1928-ci il mayın 22-də Oklahoma ştatında anadan olub. 1956-cı ildə “Mesa Petroleum” şirkətini quran biznesmen öz şəxsi neft imperiyasını yaradıb. O, ABŞ və Kanadanın neft emalı sahəsində müflis olmuş şirkətlərini alaraq daha da güclənib. Pikensin sərvəti 3 milyard dollar dəyərləndirilir.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukrayna ordusu dəhşət saçdı: Rusiya ərazisi vuruldu