Modern.az

Qəbələdə qəfəsdən qaçan meymun AXTARILIR

Qəbələdə qəfəsdən qaçan meymun AXTARILIR

Aktual

16 Sentyabr 2019, 08:09

Qəbələnin Bunud kəndi yaxınlığındakı "Sərin" zooparkında qəfəsdən meymun qaçıb. Bir neçə gündür ki, ərazidə meymun axtarışı davam edir.

Azadlıq aşiqi olan yazıq Meymun  kəndə sığınsa da, burada onu rahat buraxmırlar. Meymunu kəndin Qobu ərazisində görənlər olub. Lakin ağadan ağaca  tullanaraq, onu tutmaq istəyənlərin əlindən xilas olub. Meymunu görənlərdən biri -balaca  məktəbli İsa  deyir ki,nə qədər cəhd etsələrdə, onu tuta bilməyiblər

Uşaqlar meymunu tutub, vəd olunmuş məbləği -mükafatı qazanmaq istəyirlər. Əlbəttə, bu iş öz həyət və bağ sahələrindən əziyyətlə fındıq yığıb, onu təhvil verənlərə daha maraqlı görünür.

Meymunun  qəfəsdən qaçdığı ilk günlər göydə vertalyotlar da  fırlanırdı. Onların da meymun axtarışlatına çıxdığı güman edilir.

...Bunuddan dünən gəlmişəm. Meymundan hələ xəbər yoxdur.

 

Nazim Nəsrəddinov

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır