Modern.az

Bakıda xəstə kişi binadan yıxılıb öldü

Bakıda xəstə kişi binadan yıxılıb öldü

16 Sentyabr 2019, 21:13

Bakıda xəstə kişi binadan yıxılıb ölüb.

Modern.az  "Trend"ə istinadən xəbər verir ki, hadisə paytaxtın Nərimanov rayonu ərazisində baş verib.

Belə ki, Nərimanov rayonu, Ə.Əliyev küçəsi 26, ev 7, mənzil 670-də yaşayan 1954-cü il təvəllüdlü Yunusov Rasim Məhəmməd oğlunun üzərində bədən xəsarətləri olan meyiti yaşadığı binanın həyətindən aşkarlanıb.

Hüquq-mühafizə orqanları əməkdaşları hadisə yerinə, yaşadığı evin balkonuna və meyitə baxış keçiriblər.

İlkin ehtrimala görə, R.Yunusov bu gün səhər saatlarında yaşadığı evin balkonundan yıxılaraq dünyasını dəyişib və o, qan təzyiqindən əziyyət çəkirmiş.

Faktla bağlı araşdırma aparılır.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi