Arxiv
18 Sentyabr 2019, 10:33 | AKTUAL
BANM-da “Yaşıl Enerjinin İdarə Olunması” üzrə Beynəlxalq Yay Məktəbinə start verildi

Bakı Ali Neft Məktəbi və İtaliyanın Milan-Bikokka Universitetinin birgə təşkilatçılığı, həmçinin İtaliyanın Azərbaycandakı səfirliyi və "Maire Tecnimont” Şirkətlər Qrupunun dəstəyi ilə 16-24 sentyabrda Bakıda “Yaşıl Enerjinin İdarə Olunması - Dayanıqlı ətraf mühit üçün enerji həlləri” mövzusunda keçiriləcək Yay Məktəbinin açılışı olub. 

 

Modern.az xəbər verir ki, açılış mərasimində Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov, İtaliya Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Auqusto Massar, Milan-Bikokka Universitetinin İqtisadiyyat fakültəsinin professoru, “Yaşıl Enerjinin İdarə Olunması” Yay Məktəbinin direktoru Silvana Stefani, Azərbaycan Texniki Universitetinin rektoru Vilayət Vəliyev, İtaliyanın “Maire Tecnimont” Qrupun podratçısı “Kinetics Technology” şirkətinin Bakıdakı nümayəndəliyinin rəhbəri  Nikolo Heilpern, SOCAR-ın vitse-prezidentinin müavini Asif Şəfəqqətov çıxış ediblər. 

 

Rektor Elmar Qasımov çıxışında neft-qaz sənayesinin inkişaf etdiyi ölkədə alternativ enerji mənbələrinə həsr olunan tədbirlərin keçirilməsinin əhəmiyyətindən danışıb. O bildirib ki, ölkəmizdə ətraf mühitin mühafizəsinə, sənayenin yaratdığı ekoloji problemlərin alternativ üsullarla aradan qaldırılmasına böyük önəm verilir. 

 

“Bu gün ekoloji problemlərin qarşısını almaq üçün alim, elmi-tədqiqat işçiləri ilə yanaşı, mühəndislər də müxtəlif üsullar axtarıb-tapırlar. Bu baxımdan hesab edirəm ki, yüksək ixtisaslı mühəndislər yetişdirən Bakı Ali Neft Məktəbinin “Yaşıl Enerjinin İdarə Olunması” üzrə Yay Məktəbinə ev sahibliyi etməsi təqdirəlayiqdir”. 

İtaliya Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Auqusto Massar bildirib ki,  enerji çatışmazlığı, iqlim dəyişikliyi, ətraf mühit problemləri hər zaman alimləri və qlobal şirkətləri düşünməyə vadar edir. 

 

“Təbiət bizə hədiyyədir. Biz onu qorumağın alternativ yollarını tədqiq edib, yeni üsullar tapmalıyıq. Milan-Bikokka Universitetinin illərdir bir sıra ölkələrdə “Yaşıl Enerjinin İdarə Olunması” Yay Məktəbini təşkil etməsi mənim üçün olduqca qürurvericidir. Azərbaycanda ilk dəfə keçirilməsinə baxmayaraq, Bakı Ali Neft Məktəbinin yüksək təşkilatçılığı sayəsində təşkil ediləcək tədbirlərin yaşıl enerjinin idarə olunması istiqamətində faydalı olacağına inanıram”.

 

Milan-Bikokka Universitetində İqtisadiyyat fakültəsinin professoru, “Yaşıl Enerjinin İdarə Olunması” Yay Məktəbinin direktoru Silvana Stefani 2013-cü ildə ilk dəfə Milanda təşkil edilən Yay Məktəbinin daha sonra İspaniya, Qazaxıstan kimi ölkləri də əhatə etdiyini qeyd edib. 

 

“Bu il Yay Məktəbi çərçivəsində Azərbayanda keçirilən silsilə tədbirlər, növbəti illərdə Misir və Birləşmiş Ərəb Əmirliklərində də təşkil ediləcək. Biz Azərbaycanda reallaşdırılan Yay Məktəbinin sonunda qlobal enerji problemlərinin həllinə töhfə verəcək nəticələrin əldə olunacağına ümidvarıq. S.Stefana qeyd edib ki, azərbaycanlı alim və tələbələr digər ölkələrdə keçirilən “Yaşıl Enerjinin İdarə Olunması” Yay Məktəbində də  iştirak edə bilərlər. 

 

Tədbirdə İtaliya, Birləşmiş Krallıq, Fransa, Almaniya, İspaniya, İsveç, İsveçrə, Belçika, Rumıniya, Qazaxıstan kimi  ölkələri 50-dən çox nümayəndə təmsil edir. 

 

İştirakçılar yerli və beynəlxalq ekspertlər tərəfindən keçiriləcək mühazirələri dinləmək, eləcə də, müxtəlif məşğələlərdə iştirak etmək imkanı qazanacaq. 

 

Yay Məktəbinin proqramına yerli və beynəlxalq ekspertlərin birgə müzakirələri, ölkəmizdə fəaliyyət göstərən istehsal strukturlarına təşkil edilən texniki səfərlərdə iştirak, ekskursiyalar, Bakı şəhərinin tarixi yerlərinə gəzinti kimi sosial və mədəni fəaliyyətlər də daxildir.

 

Ümumi konseptə uyğun olaraq mühazirələrin mövzuları yaşıl enerji üzrə dayanıqlı inkişaf modellərinin təkmilləşdirilməsinə təkan verəcək. 

 

“Dünyada Enerji – Bərpa olunan enerji”,”, “Enerji resursları və onların ekologiyaya təsiri”, “Külək və günəş enerjisi”, “Azərbaycanda enerji mənbələri”, “Bioyanacaqlar”, “Elektrik enerjisi bazarları”, “İqlim dəyişikliyi fonunda maliyyə məhsulları”, “Kənd təsərrüfatında orqanik tullantıların təkrar emalı”, “Fotoqalvanik enerji”, “Təkrar emaldan əldə olunan enerji”,  “Yaşıl enerjinin modelləşdirilməsi”, “İtaliya enerji sektorunda istiqamətlər və perspektivlər”, “Qazaxıstanda enerji və iqtisadiyyat” , “Elektrik enerjisi ilə işləyən avtomobillər” və “Yaşıl kimya” mövzuları ətrafında müzakirələr aparılacaq. 

 

 Bakı Ali Neft Məktəbinin tələbələri və müəllimləri Yay Məktəbinin fəal iştirakçılarıdırlar. 

 

Belə ki, Bakı Ali Neft Məktəbinin Neft-qaz mühəndisliyi kafedrasının professoru Siyavuş Azakov “Yaşıl Enerjinin İdarə Olunması” sessiyasında “Azərbaycanın iqdisadiyyatı yaşıl olacaqmı?”,  Kimya Mühəndisliyi kafedrasının baş müəllimi Sevda Zərgərova “Təkrar emal olunan məhsullardan alınan enerji”, İnnovasiya və Tədqiqat Mərkəzinin direktoru Farad Kamyabi “Azərbaycanda enerji”, Mühəndislik fakültəsinin dekan müavini Rima Quliyeva “Enerji mənbələri və onların ekologiyaya olan təsirləri” mövzuları üzrə mühazirələrlə çıxış edəcəklər.

 

Yay Məktəbinin sonunda iştirakçılara sertifikatlar və hədiyyələr veriləcək.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Braziliya sularına 100 tondan çox neft sızıb 19 Oktyabr 2019, 22:54 Rusiyada bənd uçması nəticəsində ölənlərin sayı 15-ə çatdı 19 Oktyabr 2019, 22:33 Bəndin uçması nəticəsində ölənlərin sayı 15-ə çatdı 19 Oktyabr 2019, 22:14 Mətbuat Şurası mitinqdə jurnalistlərin işinin monitorinqini aparıb 19 Oktyabr 2019, 21:47 “Barış çeşməsi”  kimləri susuz qoyacaq? - TƏHLİL 19 Oktyabr 2019, 21:26 Sumqayıt sakini avtomobilində ölü tapıldı 19 Oktyabr 2019, 20:58 Bakıda taksi sürücüsünə qarşı soyğunçuluq 19 Oktyabr 2019, 20:37 Qurbanov yüksək sürətlə maşın sürdüyünə görə cəzanlandırdığı oyunçusundan danışdı 19 Oktyabr 2019, 20:22 “Xəbərdarlıqdan sonra qeyri-qanuni əməllərin törədilməsi cinayət məsuliyyəti doğuran haldır” - Əli Həsənov 19 Oktyabr 2019, 20:03 Ərdoğan: “Trampa da dedim, razılaşma pozulacaqsa, “Barış bulağı” davam edəcək” 19 Oktyabr 2019, 18:02 14 marşrut xəttinin hərəkət sxemi bərpa edildi 19 Oktyabr 2019, 17:59 Böyük Britaniya parlamenti Brexit müqaviləsini səsverməyə çıxarır 19 Oktyabr 2019, 17:49 Milli Şuranın mitinqində 60 nəfər saxlanılıb - RƏSMİ 19 Oktyabr 2019, 17:36 Rəsmi Bakı Fransa məhkəməsinin qərarını alqışladı 19 Oktyabr 2019, 17:30 Əli Əhmədov: “Sanki onlar insanların rahatlığını pozmaqdan həzz alırlar” 19 Oktyabr 2019, 17:18 "28 May", "Cəfər Cabbarlı" və "Xətai" stansiyalarının fəaliyyəti bərpa olunub 19 Oktyabr 2019, 17:11 Bakı polisi: “Qanunsuz aksiya cəhdinin qarşısı alınıb, saxlanılanlar var 19 Oktyabr 2019, 16:46 “Avtoşluq” edən futbolçu “Qarabağ”ın heyətindən kənarlaşdırıb 19 Oktyabr 2019, 16:38 Tramp CNN-ni məhkəmə ilə hədələdi 19 Oktyabr 2019, 16:06 Merkel: G7 sammitinin keçiriləcəyi yeri seçmək Trampın hüququdur 19 Oktyabr 2019, 15:56 Türkiyə kürdləri barışığı pozmaqda ittiham etdi 19 Oktyabr 2019, 15:42 Azərbaycan hərbi xərclərini kəskin artırdı – “Müharibəyə hazır olmalıyıq” 19 Oktyabr 2019, 15:28 "28 May" istiqamətində 14 marşrut xəttinin hərəkət sxemi müvəqqəti dəyişdirilib 19 Oktyabr 2019, 15:13 Suriya erməniləri Qarabağa getməkdən imtina etdilər və... 19 Oktyabr 2019, 14:52 Rusiyada dəhşətli yanğında beşi uşaq olmaqla, yeddi nəfər ölüb 19 Oktyabr 2019, 14:38 Azərbaycana gələn avtomobildə pirotexniki vasitələr aşkarlanıb 19 Oktyabr 2019, 14:24 Sosioloq kişiləri yıxdı-sürüdü: “Qadın kimi qaş qaldırmağa, saç boyamağa maraq göstərirlər” 19 Oktyabr 2019, 14:11 Şirvana qonaq gələn Hacıqabul sakini itkin düşüb 19 Oktyabr 2019, 14:10 Azərbaycanda gələn il inflasiya neçə faiz olacaq? 19 Oktyabr 2019, 14:05 Şəmkirdə 2 uşaq anası itkin düşüb 19 Oktyabr 2019, 13:31 Bazar günü Bakıya yağış yağacaq 19 Oktyabr 2019, 13:20 Bu il əmək yarmarkalarında iş tapanların sayı... 19 Oktyabr 2019, 13:08 Mətbuat Şurası mitinqlə bağlı jurnalistlərə çağırış etdi 19 Oktyabr 2019, 12:57 Bu partiya Milli Şuranın icazəsiz mitinqində iştirak etməyəcək 19 Oktyabr 2019, 12:53 Bakının “28 may”, "Cəfər Cabbarlı" və “Xətai” stansiyaları müvəqqəti bağlandı  - Mitinqə görə 19 Oktyabr 2019, 12:44