Arxiv
18 Sentyabr 2019, 11:19 | QARABAĞ
Kameranın növbəti hədəfi Xankəndindəki Qələbə paradı olacaq...

Vüsal Quliyev Qarabağ müharibəsinin başlandığı şəhərdə böyüyüb, Xankəndi şəhərində. Atası İnqilab müəllim müsabiqə yolu ilə Xankəndi Pedaqoji İnstitutuna müəllim təyin olunanda, ailə Xankəndi şəhərinə köçməyə qərar verib. Elə millətçi ermənilərin ilk xoşagəlməz münasibəti ilə də məhz həmin ərəfədə üzləşiblər, yerli orqanlar ailə üzvlərini şəhər qeydiyyatına salmaqdan imtina ediblər. Təbii ki, ermənilər üçün birdən-birə ailənin doqquz uşağını şəhərə qeydiyyata salmaq arzuolunan sayılmayıb. Və beləliklə, məkrli ermənilərin əməlləri, çirkin niyyətləri Vüsalın yaddaşına hələ uşaqlıq illərindən həkk olunub.


Sonralar erməni təcavüzü Vüsalın həyatında daha ağrılı və dərin bir iz qoyub. Məlum olduğu kimi 1988-ci il hadisələrindən sonra Xankəndi Pedaqoji İnstitutunun Azərbaycan bölməsi Şusa şəhərinə köçürülüb. Həmin ərəfədə, 1990-cı ilin yanvar ayında tələbələri Ağdamdan Şuşaya aparan avtobus ermənilərin hücumuna məruz qalıb. Tələbələrlə birgə avtobusda olan İnqilab müəllim hadisə zamanı bütün imkanları ilə tələbələrini qorumağa çalışıb. Sonda isə özü başından yaralanıb. Aldığı zədə nəticəsində İnqilab Quliyevin başında ciddi xəstəlik yaranıb. Aparılan müalicələrin heç bir nəticəsi olmayıb. İnqilab müəllim 1993-cü ildə 60 yaşında vəfat edib.


Sözsüz ki, bütün bu hadisələr Vüsalda düşmənə qisas hissini daha da artırıb, Qarabağın azadlığı onun ən böyük arzusuna çevrilib.


Vüsal Quliyev 1974-cü ildə Bərdə şəhərində anadan olub. 1980-ci ildə həmin şəhərdə 4 saylı orta məktəbdə birinci sinfə gedib. Ailə vəziyyəti ilə əlaqədar təhsilini Nizami Gəncəvi adına Xankəndi şəhər 4 saylı orta məktəbdə davam etdirib. 1988-ci ildə məlum Qarabağ hadisələri başlananda yenidən Bərdəyə qayıdıb.


Həqiqi hərbi xidmətini sərhəd qoşunlarında keçirən Vüsalın taleyinə sərhədlərimizi sovet qoşunlarından təhvil almaq kimi bir missiya da yazılıb. Məhz bu tarixi hadisədə Vüsal müstəqil Azərbaycanın sərhədçisi kimi iştirak edib.


O, nümunəvi xidmətinə görə şəxsi heyət arasında həmişə fərqlənib və dəfələrlə mükafatlandırılıb. Hətta həmin xidmət illərindən uzun illər keçdikdən sonra Vüsal Quliyev bu günlərdə Sərhəd Xidmətinin 100 illiyi münasibətilə “100 illik” medalı ilə təltif olunub.


Vüsal Quliyev 2006-cı ildən ölkənin efir məkanında ən nüfuzlu kanallardan biri olan İctimai Televiziya və Radio Yayımları Şirkətinin Qarabag  burosunda operator vəzifəsində isləyir.


Qarabağda baş verən hadisələri zaman-zaman kamerasının yaddaşına köçürən Vüsal Qarabağın tarixi, ədəbiyyatı, adət-ənənələri ilə bağlı dərin bilgilərə malikdir.


O, maraqlı həmsöhbətdir, Vüsalla istənilən mövzuda fikir mübadiləsi aparmaq maraqlıdır. Mövzunun hansı sahədən getməsindən asılı olmayaraq, sonda Vüsalın bütün söhbətləri Qarabağla yekunlaşır, bütün arzular, istəklər Qarabağla bağlı olur və o, iç dünyasındakı Qarabağ sevgisini hər an dilə gətirir:


- Vətən sevgisi, yurd məhəbbəti ən yüksək zirvədə dayanan bir hissdir. Bu hiss həm də insanın şərəfi, ləyaqəti deməkdir. İnsanın qəlb rahatlığı, könül xoşluğu ilə yaşaması üçün vətəninin azad və sülh içində olması ən vacib şərtdir. Mən bunu cəbhə bölgəsində yaşayan və işləyən bir şəxs kimi daha dərindən hiss edirəm. Təəsüf ki, biz hələ bu rahatlığı özümüzdə tapa bilmirik. Bərdədə doğulsam da, mən Xankəndi şəhərini də özümə doğma yurd yeri sayıram. Atam 1978-ci ildə Xankəndi Pedaqoji institutuna təyinat aldıqdan sonra ailəmiz bu şəhərə köçdü. Həmin vaxtlar uşaq olsam da, dünyanın ağını qarasından çox da seçə bilməsəm də, ermənilərin bizə qarşı xoş niyyətli olmamasını hiss edirdim. Ermənilər bütün vasitələrdən istifadə edib azərbaycanlıların bu şəhərdəki fəaliyyətinə, yaşamalarına həmişə əngəllik yaradıblar. 1988-ci ilin fevral ayından isə onlar öz çirkin planlarını, yersiz torpaq iddialarını açıq müstəvidə göstərməyə başladılar. Xankəndi şəhərində oxuduğum məktəb onların əsas hədəflərindən biri idi və elə ilk olaraq ermənilər bu təhsil ocağının fəaliyyətini dayandıra bildilər. Əlbəttə, hamı kimi mənə də elə gəlirdi ki, feevralda başlanan hadisələrin qarşısı dərhal alınacaq, cinayətkarlar, sabitliyi pozanlar cəzalandırılacaq. Amma belə olmadı. Həmin ilin may ayının 1-də mən səhər tezdən durub evdəkilərdən gizli Bərdədən Xankəndinə getdim. Sovet dövründə hər ilin may ayının 1-də bayram nümayişi keçirilirdi. Elə düşünürdüm ki, yəqin hər şey qaydasına düşüb, amma həmin gün Xankəndi şəhərində gördüklərim məni dəhşətə gətirdi. Nümayiş millətçi ermənilərin mitinqinə çevrildi. Hər an məni təhlükə gözləyirdi. Çox çətinliklə şəhəri tərk edə bildim.  


Vüsal öz işinin peşəkaradır. Ən mürəkkəb çəkiliş proseslərində belə kamerasının istiqamətini hədəfə dəqiqliklə yönəltməyi bacarır, ən vacib məqamlar onun diqqətindən yayınmır. Amma 13 illik operatorluq fəaliyyətində hələ də arzusunda olduğu səhnənin çəkə bilmədiyini söyləyir:

- İctimai televiziya həyatımda böyük rol oynayıb. Mən məhz burada püxtələşmişəm, peşəkarlığımı burada qazanmışam. Bu televiziyanın sayəsində 2006-cı ildən Qarabağda baş verən bütün hadisələrin şahidi olmuşam. Amma arzuladığım səhnəni çəkmək hələ ki, mənə qismət olmayıb. Ən böyük arzum Xankəndi şəhərində dalğalanacaq üçrəngli Azərbaycan bayrağını çəkib ilk olaraq İctimai televiziyaya təqdim etməkdir.

Həmsöhbətim “Kamera, yaxud silah, hansı daha güclüdür?” sualına özünəməxsus cavab verir:

- Kamera da bir silahdır, amma o, əsl silahdan fərqli olaraq tarixi dağıtmır, viran qoymur, əksinə, tarixi yaşadır, onu gələcək nəsillərə ötürür. Hazırkı vəziyyətdə isə Ermənistanın işğalçılıq siyasətinə son qoymaq üçün silahın gücünə ehtiyac var. Ali Baş Komandan cənab İlham Əliyevin bir əmri kifayətdir ki, kameramı silahla əvəzləyim. Müharibə gedən ölkədə ən böyük vəzifə, ən böyük peşə Azərbaycan əsgəri olmaqdır. Bu şərəfli adı daşımaqdan qürur hissi keçirərəm.


Vüsal Quliyev bu günlərdə Sərhəd Xidmətinin 100 illiyi münasibətilə “100 illik” medalı ilə təltif olunmasından da söhbət açır:

- Mən bu gün də özümü sərhədçi sayıram. Belə bir yüksək mükfatla təltif olunmağımdan şərəf duyuram. Fürsətdən istifadə edib  Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyevə sonsuz təşəkkürümü bildirirəm.

Vüsal gələcəyə ümidlə baxır, ölkəmizin inkişafından, ordumuzun qüdrətlənməsindən, dünya dövlətləri arasında Azərbaycanın tutduğu mövqedən qürur hissi ilə danışır:

- İndi tamam başqa zamandır. Azərbaycan dünyada inkişaf etmiş bir ölkə kimi tanınır, sevilir. Mütəmadi olaraq beynəlxalq tədbirlərin ölkəmizdə keçirilməsi də buna bariz sübutdur. Bütün sahələr üzrə dinamik inkişaf göz qabağındadır. Ordu quruculuğu sahəsində əldə olunan nailiyyətlər qürurvericidir, xalq öz ordusuna güvənir. Qarabağ probleminin həll olunmasının isə zamana ehtiyacı var, dövlətimiz, ordumuz torpaqlarımızı işğalçı tapdağı altında saxlamayacaq, biz öz torpaqlarımıza sahib olacağıq. Bu mütləqdir və məsələnin geriyə yolu yoxdur.


Bəli, zaman gələcək, dünyanın siyasi müstəvisində ədalət, döyüş meydanlarında haqq bərqərar olunacaq. Kamerasını silahla dəyişmək istəyində olan Vüsal da milyonlarla azərbaycanlı kimi arzusuna çatacaq, Qarabağın azadlığının iştirakçısı və şahidi olacaq. Kamerası isə bu dəfə əsas hədəfə tuşlanacaq, Xankəndinin baş meydanında keçiriləcək Qələbə paradına. Və həmin gün Qarabağ savaşının qurbanı olmuş atası İnqilab müəllimin Qarabağda dolaşan narahat ruhu rahatlıq tapacaq...



İlham Cəmiloğlu

 

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Türkiyə son Dünya Çempionundan xal aldı - NƏTİCƏLƏR 15 Oktyabr 2019, 01:03 Baş qərargah rəisləri Suriyadakı əməliyyatı müzakirə etdi 15 Oktyabr 2019, 00:20 Onlar “Maşın”ın finalında 15 Oktyabr 2019, 00:04 Bu ölkə Türkiyəyə silah satışını dayandırdı 14 Oktyabr 2019, 23:43 İlham Əliyev Bakıya gələn dövlət başçıları ilə birgə şam edib - FOTOLAR 14 Oktyabr 2019, 23:22 Anasını qətlə yetirib yandıran oğul 19 il həbs cəzası aldı 14 Oktyabr 2019, 23:07 İlham Əliyev Nursultan Nazarbayevlə görüşdü - FOTOLAR 14 Oktyabr 2019, 22:49 Salyanda ağır qəza 14 Oktyabr 2019, 22:30 Cinayətkarlar 14 polisi öldürdü 14 Oktyabr 2019, 22:16 Xalqı sosial şəbəkələr vasitəsilə üsyana çağırdılar 14 Oktyabr 2019, 22:00 Türkiyə 560 terrorçunu zərərsizləşdirdi 14 Oktyabr 2019, 21:45 “Azərbaycanı haqlı mübarizəsində tək buraxmamalıyıq” - Mövlud Çavuşoğlu  14 Oktyabr 2019, 21:27 “Bizim əməkdaşlığı möhkəmlətməyimiz taleyimizə yazılıb” - Şavkat Mirziyoyev 14 Oktyabr 2019, 21:14 “Özbəkistan və Azərbaycan öz gələcəyini çoxəsrlik tarixi təməl üzərində qurur” - İlham Əliyev 14 Oktyabr 2019, 20:59 Qaxda 7 avtomobil toqquşdu: xəsarət alanlar var 14 Oktyabr 2019, 20:44 Prezident krala qızılquş hədiyyə etdi 14 Oktyabr 2019, 20:28 İlham Əliyev Ərdoğanla görüşdü - YENİLƏNİB, FOTOLAR 14 Oktyabr 2019, 20:14 "Qəbələ" yeni məşqçi ilə razılaşdı 14 Oktyabr 2019, 20:03 Azərbaycana qanunsuz yolla gətirilən mobil telefonlar aşkarlanıb 14 Oktyabr 2019, 19:46 Karateçimiz dünya çempionatında qızıl medal qazanıb 14 Oktyabr 2019, 19:30 Polislər halı pisləşən sürücünün köməyinə çatdılar 14 Oktyabr 2019, 19:15 Xərçəng necə yaranır? - Nobel mükafatçısı 14 Oktyabr 2019, 19:04 Azərbaycan Prezidenti Macarıstanın Baş Naziri ilə görüşüb 14 Oktyabr 2019, 18:55 Polşa Azərbaycanlılarının Koordinasiya Şurası yaradılıb 14 Oktyabr 2019, 18:44 İlham Əliyev qırğızıstanlı həmkarı ilə görüşüb - FOTO 14 Oktyabr 2019, 18:34 Xəzərdə itkin düşən balıqçının axtarışları davam edir 14 Oktyabr 2019, 18:25 Ombudsman 6 saylı cəzaçəkmə müəssisəsində nöqsanlar aşkarladı 14 Oktyabr 2019, 18:14 Azercell tələbələrə TƏQAÜD fürsəti 14 Oktyabr 2019, 18:05 Ərdoğan Bakıda DANIŞDI: “Biz bir millətin övladlarıyıq” 14 Oktyabr 2019, 18:02 Əbülfəs Qarayev Bakıda vətəndaşları qəbul edib 14 Oktyabr 2019, 17:58 I Fəxri xiyabanda Məmməd Arazın xatirəsi anıldı - FOTOLAR 14 Oktyabr 2019, 17:57 Bağlanan bankların kreditorlarının NƏZƏRİNƏ - Ödəniş başlanır 14 Oktyabr 2019, 17:49 BMU ilə Xarkov Milli Radioelektronika Universiteti arasında ikili diplom proqramı müzakirə olunub 14 Oktyabr 2019, 17:44 53955 şagirdin məktəb dəyişməsinə icazə verilib 14 Oktyabr 2019, 17:38 Macarıstanın Baş naziri də Bakıya gəldi 14 Oktyabr 2019, 17:34