Modern.az

“Qarabağ” Bakıda məğlub oldu - VİDEO

“Qarabağ” Bakıda məğlub oldu - VİDEO

19 Sentyabr 2019, 22:49

Avropa Liqasının qrup mərhələsinin I turu çərçivəsində keçirilən “Qarabağ” - "Sevilya" oyunu yekunlaşdı.

Modern.az xəbər verir ki, oyun "Sevilya"nın 0:3 hesablı qələbəsi ilə yekunlaşıb.

 

***

 

Avropa Liqasının qrup mərhələsinin I turu çərçivəsində keçirilən “Qarabağ” - "Sevilya" oyununda daha bir qol vurulub.

Modern.az xəbər verir ki, qarşılaşmanın 85-ci dəqiqəsində Torres komandasının 3-cü qolunu vurub.   Bununla da “Qarabağ”  doğma meydanda böyük hesabla məğlub olur: 0-3



***

“Qarabağ” - “Sevilya” oyununda ikinci qol vurulub.

Modern.az xəbər verir ki, Bakıda keçirilən matçın 78-ci dəqiqəsində “Sevilya”nın oyunçusu Munir baxımlı qola imza atıb: 0-2

 

***

 

“Qarabağ” - “Sevilya” oyununda hesab açılıb.

Modern.az xəbər verir ki, oyunun 62-ci dəqiqəsində Çiçarito cərimə zərbəsindən hesabı açır - 0:1

 

***

 

UEFA Avropa Liqasında 2019-2020-ci illər mövsümünün qrup mərhələsinin birinci turu çərçivəsində keçirilən “Qarabağ” - “Sevilya” oyununda ikinci hissə başlayıb.

Modern.az xəbər verir ki, ilk hissədə hər iki komandanın cəhdlərinə baxmayaraq, hesab açılmayıb.

Qeyd edək ki, A qrupunun digər matçında Kipr APOEL-i Lüksemburq "Düdelanj"ı ilə qarşılaşır.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir