Rusiyanın Belqorod vilayətində yerləşən Valuyki dairəsinin Printsevka kəndində uşaq meydançasına pilotsuz uçuş aparatı (PUA) ilə zərbə endirilib və nəticədə 13 yaşlı qız həyatını itirib.
Modern.az xəbər verir ki, bu barədə Belqorod vilayətinin qubernator səlahiyyətlərini icra edən Aleksandr Şuvayev məlumat verib.
Onun sözlərinə görə, hücum zamanı 7 yaşlı qız baş, bel və ayaqlarından çoxsaylı qəlpə xəsarətləri alıb. Yaralı dərhal həkimlər tərəfindən Valuyki Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.
Hadisə nəticəsində 9 yaşlı qız da qəlpə yaraları alıb.