Modern.az

Ağasif Şakiroğlu ilə İlqar Məmmədov arasında GƏRGİNLİK: "Vəfana sahib çıx!"

Ağasif Şakiroğlu ilə İlqar Məmmədov arasında GƏRGİNLİK: "Vəfana sahib çıx!"

Aktual

1 Avqust 2026, 23:49

Gələcək Azərbaycan Partiyasının sədri Ağasif Şakiroğlu və REAL Partiyasının keçmiş sədri İlqar Məmmədov arasında gərginlik yaşanıb.

Modern.az xəbər verir ki, buna səbəb İlqar Məmmədovun sosial media hesabında etdiyi son paylaşımı olub.

A. Şakiroğlu özünün facebook hesabında İ. Məmmədovu qeyri-ciddi postları ilə gündəmə gəlməkdə ittiham edib: "Qeyri cidddi postları ilə gündəmə hər dəfə gələn İlqar Məmmədov sosial media hesabında bu dəfə də bunları yazıb: “Sizcə, yaxın illərdə Ermənistan Avropa İttifaqının üzvü olsa, dünən Mərakeş–İspaniya sərhədində baş verənlər bizdə də təkrarlanarmı? Yəni 50 min avropalı zülmdən qurtulmaq üçün sərhədi yarıb Azərbaycana qaçarmı? Məncə, bacarmazlar, çünki quru sərhədlərimiz bağlıdır”…

Bu qeyri ciddi adama sual verərdim, amma sual verməyi özümə qarşı etik hesab etmirəm. Çünki sual və əks arqument ciddi şəxslərə yönəlməlidir məncə..

Mən bu “kişiyə” bir dəfə demişəm, təkrar edirəm - ilk öncə qlobal məsələlərə sahiblənmək, özünün olmayan ağlını göstərmək istəyirsənsə ilk vəfanı unutma və vəfana sahib çıx… Bəlkə də eynəyin tərləndə, papağın istilikdən düşəndə, hətda ola bilər ki, həmin anda, həmin dövrdə boynun tez-tez tərləyəndə bəlkə də həzz almısan… Amma unutma ki, heç də bütün ətrafındakılar sənlə eyni həzzi almış olub.. Vəfası korlanmış sənə son dəfə xəbərdarlıq edirəm: Özünlə xalqımızı bir tutma. Buna sənin nə mənəvi nə də mənəviyyatsız haqqın çatmır! Tövsiyyəm o dəfə olduğu kimidir, başını aşağı sal - vəfana sahib çıx!"

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
DƏHŞƏTLİ HÜCUM! Rusiya paytaxta raketlər yağdırdı - Ölənlər var